GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sumqayıtda xəstəlik mənbəyi olan oturacaqlar illərdir niyə yığışdırlmır? - VİDEO

Sumqayıtda xəstəlik mənbəyi olan oturacaqlar illərdir niyə yığışdırlmır? - VİDEO

Tarix: 21-11-2022, 19:07 Bölmə :Cəmiyyət Baxış: 289


Bir müddət əvvəl dövlət kanalı olan AzTV Sumqayıtın məhəllələrində oturacaqların bərbad vəziyyətdə, köhnə, sınıq-salxaq  olmasından, bunun Gənclik şəhərinə yaraşmamasından  və sakinlərin narazılığı haqda videoreportaj hazırlayaraq yayımlamışdır.  

Amma Sumqayıtda oturacaqlarla bağlı problem təkcə məhəllələrdə mövcud deyildir. Sumqayıtda bu sarıdan digər ictimai yerlərdə, parklarda, bulvarda da xoşagəlməz hal yaşanır.

Belə ki, uzun illərdir ki, Heydər Parkında, Sumqayıt Bulvarında materialı  dəmirdən, metaldan olan  100-lə  oturacaqlar var ki, onlar birmənalı olaraq insanların sağlamlığına zərər verməkdə davam edir.

Xəstəlik mənbəyi olan oturacaqlar haqda dəfələrlə yazılsa da mətbutda icra hakimiyyəti və müvafiq qurumlar sakinlərin sağlamlığına laqeyd qalaraq heç bir tədbir görməmiş, bu təhlükəli oturacaqları yığışdırmamışdır.

Üstəlik icra hakimiyyətinin rəsmisi bildirmişdir ki, bu skameykalar dəmirdən deyil. Halbuki oturacaqların dəmirdən və ya metal materialından olmasını müəyyən etmək üçün ekspert-filana ehtiyac yoxdur. Bunu adi gözlə, həmin oturacaqların pasından, qırılmış hissəsindən, toxunmaqla səsindən belə ayırd etmək olar.


İllər əvvəl bu oturaqcalar haqda mətbuatda gedən yazıda deyilir ki, oturacaqlar cürəbəcür olur: taxtadan, daşdan plastikdən, metaldan və sairədən. Amma ən əsası odur ki, ictimai yerlərdə olanların oturacaq hissəsi adətən taxtadan olur, çünki adam oturanda adama soyuq olmasın. (Oturacağın karkası, qolları, yanları dəmirdən də ola bilər, daşdan da, bu problem deyil)

Hətta yaşlı nəslin nümayəndələri bəlkə də xatırlayar ki, sovet dövrü tez-tez eşitmək olurdu ki, yaşlı qadın və ya ağsaqqal kişi necə betonun və ya soyuq başqa səthin üstündə oturan uşaqlara ciddi- ciddi məsləhət görürdü ki, “dur ordan, yoxsa xəstəlik taparsan, bütün ömrün boyu heyfslənərsən burda oturduğundan”.

 Çünki 5 dəqiqə ərzində tapılan xəstəlik bütün ömrü boyu sağalmaya bilər. O zaman uşaqların çoxu dərk etmədiklərindən buna qulaq asmırdılar, amma əslində bu ciddi məsələdir. Sağlamlıqla bağlı məsələ ümumiyyətlə qeyri-ciddi ola bilməz. Əslində elə üzdən bilinir ki, bu "skameykalar” parklıq deyil, bağ yerinə daha çox uyğun gəlir.Təsadüfi deyil ki, bəzi sumqayıtlılar özləri ilə altlarına qoymağa döşəkçə də gətirirlər ki, oturanda soyuq olmasın.


Qeyd etmək lazımdır ki, metal oturacaqlarda istilikkeçiricilik qabiliyyəti böyük olduğundan soyuq havada bu cür oturacaqlarda oturanda bədənin istiliyi qalmır, ötürülərək keçib gedir deyə bədənin temperaturu soyuyur. Taxtada isə əksinə, istilikkeçiricilik əmsalı çox aşağı olduğundan istilik  getmir, bədənin temperaturu sabit isti qalır, Fizikaya görə taxtada istilikkeçiricilik əmsalı 0,15  Vt/(m∙ )dir. Ən  böyük  istilikkeçirmə metallarda müşahidə edilir. Məsələn dəmirdə 80,4, bəzilərində isə 100-dən çox olur.

 İnandırıcı deyil ki, məsul şəxslər bu cür oturacaqlardan xəbərsiz olsun. Bizdə məmur evinə, bağına məsələn, mebel, skameyka alanda onu əlli-dəfə ölçüb- biçir, yaxşısını, baha olsa belə  baxmadan keyfiyyətlisini almağa çalışır.

 Sakinlər üçün yararsız olan bu cür skameykaları sifariş verən məsul şəxslər tam fərqindədirlər ki, nə alırlar. Bu cür metal oturacaqlara ayrılan pula normal, ziyansız oturacaq ala bilərdilər. Əslində parkdakı digər – elə bunlara oxşar, həmin rəngdə olan taxta oturacaqlar da var ki, araşdırılsa heç onlar əsl taxta deyil, çox güman plastiklə, allah bilir nə ilə qarışıq materialdandır.

Düzdür, həm Sumqayıt bulvarında,həm də Heydər parkında başqa, taxtadan olan oturacaqlar da  var.

Görəsən icra hakimiyyətində işləyən məmurlar özlərinə və yaxınlarına rəva görər bu dəmir oturacaqlarda özü də soyuq vaxtda oturmağa? Əgər özünə rəva bilməzlərsə bəs onda niyə sumqayıtlılara rəva bilirlər?!


Düzdür bir tərəfən cüzi də olsa yerli məmurları başa düşmək olar ki, məsul şəxslər düşünür ki, belə skameykalar açıq havada, yağışa, küləyə, qara daha dözümlüdür, gec sıradan çıxacaq, bir növ ucuz başa gəlir. Möhkəmdir deyə onu kimsə qırmayacaq. Amma iş orasındadır ki, bizim camaat vandal-zad deyil, üstəlik parklara nəzarət olunur, polis, mühafizə var. Birdə ki, şəhərdə hələ indiyəcən sovet dövründən qalan taxta oturacaqlar var ki, indiyəcən qalıb, yararlıdır. Elə dəmir oturacaqları da çox güman ucuz başa gəlsin deyə alıblar, Hətta araşdırılsa dövlət büdcəsindən bu cür oturacaqların ola bilsin bazar qiymətindən çox baha qiymətə alınması, buna 100 min manatlarla pul xərclənməsi üzə çıxar.

Amma heç olmasa kimlərsə öz maddi marağını güdərək belə nəsə edirsə “heçnə olmaz”, heç olmasa sağlamlığa ziyan olmayan oturacaqlar alsınlar. Çünki insanın sağlamlığı puldan daha dəyərlidir. Pulu qaytarmaq olar, amma sağlamlığı yox.

Ümumiyyətlə soyuq səthin, həmçinin soyuq  skamyanın və s. üzərində oturmaq olmaz, bu iltihabla nəticələnə bilər.


Həkimlərin fikirinə görə soyuq yerdə oturduqdan sonra qadınlarda yumurtalıqların iltihabı, sistit, kişilərdə isə prostatitin inkişafının riski yüksəlir. Yumurtalıqların iltihabı isə sonsuzluğun inkişafına yol aça bilər.

Bundan əlavə soyuq səthlərdə müəyyən müddət ərzində oturduqdan sonra insanda radikulit, revmatizm inkişaf edə bilər və ya bu xəstəliklər artıq varsa - kəskinləşə bilər.

Soyuq səthdə oturmaq babasilin (qemorroy), inkişafına da səbəb ola bilər. Babasili olan insan özünü daim soyuqlamadan qorumalıdır.

Kəskin yerli soyuqlama çanaqda qan dövranının pozulmasına səbəb olur. Bu isə öz növbəsində müxtəlif iltihablara yol açır. Soyuq skameykalar adıçəkilən xəstəliklərdən başqa digər müxtəlif və çoxsaylı fəsadlara səbəb ola bilər


Bundan başqa nəzərə alsaq ki, parklarda oturanlar əsasən yaşlı insanlardır və onlar onsuz da müxtəlif xəstəliklərdən əziyyət çəkirlər, təsəvvür edin onlar üçün belə oturacaqlar nə qədər təhlükəlidir.

Dünyada da oturacaqların  tam metaldan olması  praktikası demək olar ki, yoxdur..


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha yüksək vəzifə verdi

    Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha ...

    13-10-2015, 13:39

  • 
  • Sumqayıtda 20 mikroavtobus xəttən çıxarıldı

    Sumqayıtda 20 mikroavtobus xəttən çıxarıldı ...

    13-03-2017, 10:45

  • 
  • Sumqayıt  yarmarkası, yoxsa xəstəlik mənbəyi?

    Sumqayıt yarmarkası, yoxsa xəstəlik mənbəyi? ...

    29-01-2018, 13:16

  • 
  • Sumqayıtda 4 km uzunluğunda istinad divarı tikilir

    Sumqayıtda 4 km uzunluğunda istinad divarı tikilir ...

    18-02-2016, 20:30

  • 
  • Sumqayıtda kütləvi etiraz - Polis müdaxilə etdi - FOTO

    Sumqayıtda kütləvi etiraz - Polis müdaxilə etdi - ...

    30-09-2015, 18:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (449)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu