GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "İran vaxtilə atdığı addımların cəzasını çəkir" - Ekspert danışır

"İran vaxtilə atdığı addımların cəzasını çəkir" - Ekspert danışır

Tarix: 25-11-2022, 14:30 Bölmə :Cəmiyyət Baxış: 229


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İslam Respublikasının bölgədəki Kürd partiyalarına qarşı hərbi əməliyyatını İraqın ərazi bütövlüyünün pozulması adlandırıb və bunu pisləyib. Ned Prays qeyd edib ki, İraqın ərazi bütövlüyünün pozulması noyabrın 20-dən 22-dək ölümcül hücumlarla davam edib. Birləşmiş Ştatlar İraqın ərazi bütövlüyünün həyasızcasına və dəfələrlə pozulmasını qətiyyətlə pisləyir və İrandan bu zorakılıq və təhdidləri dayandırmasını tələb edir.
İran bölgədə bütün ölkələr üçün təhlükə mənbəyidir. Bunu artıq əksər dünya dövlətləri qəbul edib. Hələ bir müddət əvvəl Azərbaycana qarşı ikili davranışları da sübut edir ki, İran rejimi üçün dost-din qardaşı və s. kimi yaxınlıqlar da mövcud deyil. Ölkə daxilində olan çaxnaşmaları etirazçıları öldürməklə, cəzalandırmaqla sakitləşdirməyə çalışan İran rejimi görünür, sonrakı prosesləri gözardı edir.

Gundemxeber.az-ın məlumatına görə, politoloq Anar Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamentinin rəsmisi Ned Praysın İran ərazilərinə hərbi müdaxiləsini kürdlərin sıx yaşadığı əraziyə müdaxiləsi, beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması və başqa dövlətin ərazi bütövlüyünə hərbi təcavüz kimi qiymətləndirməsi düzgün yanaşmadır. Bu beynəlxalq hüququn prinsiplərinin tələb etdiyi mövqenin ifadəsidir. Eyni zamanda, bu həmdə ABŞ-ın Orta Şərq siyasətinə tamamilə uyğun olan mövqedir. Çünki ABŞ Suriya, Türkiyə, İran, İraq ərazisində məskunlaşmış kürdlər üzərindən bölgədə özünün təsir mexanizmlərini formalaşdırmaq və bölgə dövlətlərinə xüsusilə də rəsmi administrasiyaların siyasətinə təsir etmə imkanlarını daim qoruyub saxlamağa çalışır. Bu mənada İraq ərazisində kürdlərə qarşı SEPAH tərəfindən həyata keçirilən əməliyyat həm də ABŞ-ın Orta Şərq maraqlarına ciddi zərbə kimi qiymətləndirilə bilər. İran isə bunu ölkə daxilində baş verən proseslərə məhz həmin bölgədən ciddi dəstəyin verilməsi kimi əsaslandırmağa çalışır. İran rəsmiləri, İraq ərazisindəki ABŞ-nın ciddi dəstəyi altında olan, Qərb qüvvələrinin ciddi dəstəyi olan kürdlərin birbaşa proseslərə müdaxiləsi nəticəsində İran daxilində ictimai əsayişin, stabilliyin ciddi şəkildə pozulduğu qənaətindədir.

“İran bu gün ölkə daxilində proseslərə kənardan müdaxilənin qarşısını almaq üçün addım atarkən həm də bölgə dövlətlərinə sərgilədiyi münasibətləri bir daha diqqətlə nəzərdən keçirməlidir. Uzun illər ərzində işğalçı Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal altında olanda, Azərbaycanın dövlət təhlükəsizliyinə, dövlət suverenliyinə ciddi təhdidlər yarananda İran nəinki bu prosesə göz yumurdu, əksinə, açıq şəkildə işğalçıya dəstək verərək, bu hücumların böyüməsinə rəvac verirdi. Bu mənada bu gün eyni proseslə üzləşən İran vaxtilə atdığı addımların cəzasını çəkmiş olur. İran artıq Azərbaycan ilə münasibətlərin gərginləşməsində geriyə doğru atdığı addımlarda bu məsələdə kifayət qədər ciddi təsirə malikdir. Amma, daha çox amil kürd bölgəsindən gələ biləcək təhdidlərdən daha çox Azərbaycan dövləti və Azərbaycan xalqının, İranda xalqın azadlıq uğrunda mübarizəyə göstərdiyi mənəvi dəstəklə bağlıdır. Azərbaycan cəmiyyəti birmənalı şəkildə İran xalqının xüsusilə, Cənubi Azərbaycanlıların yanında olduğu və molla rejiminin Azərbaycanlılara qarşı kütləvi qətliam və terror törətdiyi indiki, anda proseslərə susmayacağını, proseslərə adekvat reaksiya verəcəyini açıq şəkildə bəyan etməsindən, sonra geri çəkilmək məcburiyyətində qaldı” - deyə politoloq izah edib. O, bildirib ki, əslində, Azərbaycan dövlətinin, Azərbaycan xalqının, onun liderinin proseslərə cüzi müdaxilə etməsi ilə reallığa uyğun mövqe sərgiləməsi ilə İran daxilində vəziyyətin nə qədər ciddi şəkildə dəyişdirə biləcək gücdə olduğunu gördükdən sonra İran dövləti, molla rejimi geri çəkilmək məcburiyyətində olduğunu gördü. Bundan sonra müəyyən mənada öz xalqına, milli kimliyinə arxa çevirənlərin dili ilə Azərbaycanla münasibətlərin pozulmasında maraqlı olmadıqlarını və bu proseslərdə tərəf kimi çıxış etmədiklərini göstərməyə çalışdılar.

Politoloq hesab edir ki, Ned Praysın yanaşması ABŞ-ın rəsmi mövqeyi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin İranda baş verən proseslərə bir münasibətidir.

“Çox təəssüf ki, təsirli və prosesləri dəyişə biləcək gücdə yanaşma deyil. Belə yanaşmalar İran molla rejimini, özünü daha rahat hissetməyə imkan verir. Bu onların daha repressiv davranmaları üçün daha münbit mühitin formalaşmasına, əslində, İran tərəfindən beynəlxalq hüququn ayaqlar altına atılmasına, rəvac vermiş olur” - deyə Anar Əliyev qeyd edib


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran kürdlərin müstəqillik referendumu keçirmək niyyətinə etiraz edir

    İran kürdlərin müstəqillik referendumu keçirmək ...

    11-06-2017, 21:23

  • 
  • Kərbəlada İran konsulluğuna hücum - Tehran nota verdi

    Kərbəlada İran konsulluğuna hücum - Tehran nota ...

    10-05-2021, 13:28

  • 
  • İran ABŞ hərbi bazasını raket atəşinə tutdu

    İran ABŞ hərbi bazasını raket atəşinə tutdu ...

    10-12-2019, 12:30

  • 
  • Azərbaycan XİN-dən Kataloniya AÇIQLAMASI

    Azərbaycan XİN-dən Kataloniya AÇIQLAMASI ...

    28-10-2017, 14:06

  • 
  • Mevlut Çavuşoğlu: Ankara və Bağdad İraqın şimalındakı kürd yaraqlılara qarşı birgə hərbi əməliyyat aparacaq

    Mevlut Çavuşoğlu: Ankara və Bağdad İraqın ...

    9-03-2018, 11:56


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu