Gundemxeber.az bildirir ki, mərhum rəqqasın yaxın dostu Əli Məqsədoğlu Oxu.Az-a Dəyanətin pis vərdişləri olmadığını qeyd edib:
“Ailəsi haqda məlumatım yoxdur. Sonuncu dəfə Dəyanət mayın 31-də oğlumun toyunda iştirak edib. Dost, qardaş idik. Nədən özünü asdığı məlum deyil. Pis vərdişlərə aludəçiliyi yox idi. Çox mülayim, mehriban insan idi. Heç gözləməzdim. Kaş, yalan olsun”.
11:00
“İntiharın hansı şəkildə baş verməsindən xəbərsizəm”.
Bu sözləri mərhum rəqqas Dəyanət Məmmədovun dostu meyxanaçı Kamran XırdalanlıOxu.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Dəyanətin ölümü ilə bağlı sosial şəbəkələrdə yanlış məlumatlar var:
“Onunla bağlı sosial şəbəkələrdə yanlış məlumatlar dolaşır. Hamısı yalandır. Boşandığı bildirilir. Elə bir söhbət yoxdur. Sadəcə özünün, bir də Allahın bildiyi səbəb olub. O bizim dostumuz, əziz qardaşımız idi. Hazırda yoldayam, dəfn mərasiminə yollanıram”.
K. Xırdalanlı dostunu sonuncu dəfə sənət yoldaşı Rəşad Dağlının oğlunun toyunda gördüyünü açıqlayıb:
“Ondan sonra görməmişəm. Dəyanət rəqqaslıqla yanaşı dekorasiya işi ilə də məşğul idi. Başını aşağı salıb işini işləyən biri idi. İntiharın hansı şəkildə baş verməsindən xəbərsizəm. Qubada dəfn olacaq. Ata-anası, qardaşları - hamısı orada yaşayır. Özü Bakıda da yaşayırdı. Ora da gedib-gəlirdi. Ailəli idi, qız övladları var idi. 1991-ci il təvəllüdlü idi”.
Mərhumun daha bir yaxın dostu isə xəbərdən sonra hələ də özünə gələ bilmədiyini söyləyib:
“Çox acı xəbərdir. Donub qalmışam. İllərin dostu idi. Biz Qubada birlikdə işləmişik. Haradan-hara gəlib çıxmışıq. Dünən mən Xaçmazda bir məclisdə idim. Telefonu açanda məlumatı gördüm. İnana bilmədim. Ölümü ilə barışa bilmirəm. Harada dəfn ediləcəyindən belə xəbərsizəm. Çaşıb qalmışam. Təəssüf, intihar yaxşı bir hal deyil. Kaş belə olmazdı”.
09:36
Tanınmış rəqqas Dəyanət Məmmədov intihar edib.
Bu barədə onun yaxın dostu, yazar Murad Muradov məlumat yayıb.
Onun sözlərinə görə, rəqqas gecə saatlarında həyatına son qoyub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?