Azərbaycanda iki rayona - Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) rəis təyin edilib.
Gundemxeber.az bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Qubadlı RPŞ-nin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-nə rəis təyin olunub. Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-nə rəis təyin edilib.
Sorğu
Yeni dizaynımız necədir?