Gundemxeber.az » Ölkə » Cəmiyyət » Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyində gənc xanım işçinin başına hansı müsibətlər gətirilib? – Sensasiyalı məktub
Gundemxeber.az bildirir ki, azinforum.az saytına sensasion bir müraciət daxil olub. Müəyyən etik səbəbləri əsas göstərən müraciət müəllifi adının konfidensial saxlanmasını bizdən xahiş edib. Xatırladaq ki, müraciətin müəllifi iki ali təhsili iki olan gənc bir xanımdır. Əslən Naxçıvanın Şərur rayonundan olan bu xanımın çox tanınmış və ziyalı bir ailənin övladıdır. Onun anası Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla bir sinifdə oxuyub. Şikayətçi bildirir ki, anasının Vasif Talıbova etdiyi müraciətdən sonra, onun Naxçıvanın Bakı şəhərindəki Daimi Nümayəndəliyində işlə təmin ediblər. Xanım işlə təmin olunan vaxt nişanlı olub. Bir sıra obyektiv səbəblərə görə, nişanını geri qaytarıb. Bundan sonra onun işdə “qara günləri” başlayıb. Dediyinə görə, Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tərəfindən müəyyən qanunsuz təkliflər almağa başlayıb. Onların hamısını rədd edəndən sonra, dövlət qulluqcusu olan xanım işdə sıxışdırılıb və şəxsi işi ləkələnib. Əvvəlcə ona töhmət verib, əmək haqqının 25 faizini azaldırlar, sonra isə başqa əsasları gətirərək, xüsusi maddə ilə işdən xaric edirlər. Şikayətçi xanım bildirir ki, onun cəzalandlrılması ilə bağlı çox gülməli bir arqument ortaya atıblar. Güya bu xanım Ümumilli Lider Heydər Əliyevin anım günündə Fəxri Xiyabanda gülüb və bir qədər qısa ətəkli paltarda olub. Bütün bu təzyiqlərdən sonra, xanım Dami Nümayəndəlikdə işləyə-işləyə 2019-cu ildə başına gətirilənlərlə bağlı Vasif Talıbova geniş məzmunlu məktub ünvanlayır. Həmin məktuba heç bir reaksiya verilmir. Buna görə xanımın atası və anası Vasif Talıbovun qəbuluna düşmək üçün Naxçıvana yollanırlar. Uzun müddət çaba etsələr də, qəbula düşə bilmirlər. Xanımın atası bütün bu yaşananlara tab gətirə bilməyərək, qəflətən vəfat edir. Daha sonra xanımın anası Naxçıvanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qəbulunda olur. Ona söz verilir ki, bütün olanlar MR rəhbərinə çatdırılacaq. Heç bir nəticənin olmadığını görən xanım sonda özü yollanır Naxçıvana. Onu Ali Məclisin birinci mərtəbəsində bir neçə nəfər qəbul edir, dinlədikdən sonra, şikayətinin rəhbərliyə çatdırılacağına söz verirlər. Yenə heç bir reaksiya olmur. Nəticədə xanım ləkələnən şəxsi işinə görə heç bir dövlət qulluğunda işlə təmin edilə bilmir.
Ona məsləhət görürlər ki, Naxçıvan rəhbərliyi ilə yaxın əlaqəsi olan bir nəfər vəkilə müraciət etsə, bu işi yoluna qoyula bilər. Onu əslən Naxçıvandan olan Kazimov Qurban Əli oğlu adlı bir vəkilə tuş edirlər. Vəkil söz verir ki, müəyyən ödənişin müqabilində bu işi yoluna qoya bilər və xanım təmiz şəxsi işlə yenidən işinə bərpa olunar. Vəkil buna görə 20 min manat pul istəyir. Ailə həmin pulu vəkilə ödəyir. Üstündən xeyli vaxt keçir, amma ortada heç bir nəticə olmur. Vəkildən pul geri tələb ediləndə, o deyir ki, pulun hamısını Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalova verib və ondan ala bilmir. Pulunu geri ala bilməyən xanımın şikayəti əsasında vəkil həbs edilir və hal-hazırda həbsdədir. Onunla bağlı cinayət işində Azər Zeynalovun adı da hallanır. Şikayətçi xanım ümid edir ki, bəlkə indiki vəziyyətdə onun şikayətini dinləyən tapılar və haqq-ədalət öz yerini tutar. Biz bütün bu hadisələrlə bağlı ətraflı izahın olduğu, xanımın 2019 -cu ildə Daimi Nümayəndəlikdə işləyə-işləyə Vasif Talıbova ünvanladığı məktubu (yalnız xanımın özünün və valideynlərinin adını çıxarmaqla-red) olduğu şəkildə təqdim edirik:
“Naxcıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbova
Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbərinin 15 yanvar 2019-cu il tarixli H/4-03 nömrəli əmrindən Nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi ….. qızı tərəfindən
ŞİKAYƏT
Cənab Sədr!
Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbərinin 15 yanvar 2019-cu il tarixli H/4-03 nömrəli əmri ilə mənim əmək haqqımın 25 faizi 1 il müddətinə azaldılmışdır. Fikrimcə mənə bu cəza aşağıda qeyd edəcəyim səbəblərdən də görünəcəyi kimi tamamilə əsassız və qərəzli verilmişdir. Nümayəndəliyin rəhbərliyi əslində bu cəzanı gələcəkdə dövlət qulluqçusuna yaraşmayan hərəkətlər etməyim adıyla məni işdən azad etmək üçün ilkin pillə kimi istifadə etmək üçün vermişdir. Bu cəzanın həqiqətən də mənə qarşı qərəzli və məqsədli verilmədədiyini düşünsəydim mən bu şikayət ərizəsini yazmazdım. Əminəm ki , bu cəza mənə qərəzli və məqsədli verilib. Bu şikayətdən sonra da mənə qarşı aparılan qarayaxmanın davam edəcəyinə də əminəm. Sonda nə olacağından asılı olmayaraq burda olanlardan da Sizi məlumatlandırmaq, Nümayəndəlikdə baş verənləri Sizin tərəfinizdən bilinməsi üçün üzərimə düşən vəzifəni də yerinə yetirməyi özümə vicdan borcu bilirəm. Siz bizim ailəni də yaxından tanıyırsız. Atam və anamı yaxından tanıyırsınız. Anam sizinlə orta məktəbdə eyni sinifdə oxuyub. Bunları yazmaqda məqsədim də odur ki, məni xatırlayasınız. O zaman əxlaqsız bir ailənin qızı olmadığımı və mənim də əxlaqsız biri olmadığım Sizə aydın olacaqdır. Anamın Sizə müraciətindən sonra məni bu vəzifəyə Siz təyin etmisiniz və 4 ildir ki bu vəzifədə çalışıram. Bu vəzifədə çalışdığım müddətdə heç bir zaman Dövlət Qulluqçusuna yaraşmayan hərəkətə yol verməmişəm.
Lakin bir müddətdir ki mənə qarşı Nümayəndəliyin rəhbərliyi tərəfindən təzyiqlər olur. Həmin təzyiqlərin səbəbi barəsində burda yazmağa tərbiyyəm yol vermir və bu məsələni araşdıran şəxsə şifahi olaraq tamamilə bildirmək istərdim. Bu təzyiqlər mənə nişanlı olduğum şəxslə nişanımı qaytardıqdan sonra başlamışdır. Sonra isə pik həddə çatmışdır ki, sonunda nümayəndəliyin rəhbəri tərəfindən mənim qarşıma 2 yoldan birini seçməm qoyulmuşdur : “Ya mənim dediyimi edəcəksən, ya da ərizəni yazıb işdən çıxacaqsan”. Lakin mənim namusum işimdən də, canımdan da önəmlidir. Nümayəndəliyin rəhbəri tərəfindən mənə qarşı edilən bu təklifi sübut edə bilməyəcəyimi mən də düşünmüşəm. Çünki mən təklikdə ikimizin arasında olan bir danışığı neçə sübut edə bilərəm ki? Bu barədə çox düşündüm müxtəlif yollar fikirləşdim. Mənimlə bu barədə danışıqlarını telefonumun diktafonuna yazmaq istədim. Lakin bunu daha dəqiq edə bilmədim. Buna qismən nail oldum. Həyatım boyunca bu cür işlərlə məşğul olmadığıma görə bunu tam normal edə bilmədim. Hec vaxt da bu çür işlər etməmişəm. Müxtəlif yollar fikirləşdim. Carəsiz qaldığımdan bu barədə atama və anama dedim. Bununla bağlı valideyinlərim nümayəndəliyə gəlib orada Nümayəndəliyin rəhbəri ilə görüşüb danışmaq istədilər. Lakin rəhbərlik onları qəbul etmədi.
Bundan sonra rəhbərlik tərəfindən mənə olunan əxlaqsız təklifi qəbul etmədiyim üçün mənə qarşı təzyiqlər olacağını bilirdim. Mən namusumu hər şeydən üstün tutram. Mən Sizin kadrınızam. Sizin adınıza yaraşmayan heç bir hərəkəti etmərəm. Buna nə tərbiyəm , nə də ki əxlaqım yol verməz. Hər zaman Sizə layiq olmağa çalışmışam. İşdən azad olunsam belə bu dəyişməyəcək.
Bütün bunları gözə alaraq işimə davam etməyə başladım. Lakin təyziqlərin artaraq davam edəcəyini bilirdim. Nümayəndəliyin rəhbəri Bəxtiyar müəllim bu təzyiqləri nümayəndəliyin digər əməkdaşlarından istifadə etməklə mənə qarşı davam etdirəcəyini təxmin edirdim. Çox keçmədən bu təxminimdə yanılmadım. Çünki iş yoldaşlarımın heç biri bu təzyiqlərinin əsl səbəbini bilmirlər. Mənə dəfələrlə rəhbər tərəfindən və onun göstərişi ilə digər işçilər tərəfindən “ərizəni yaz işdən çıx əks halda səni maddəylə çıxaracayıq” deyildiyi zaman onlara “məni bu vəzifəyə cənab Vasif Talıbov təyin edib bu işdən də onun məlumatı olmadan ayrılmayacam” cavabın vermişəm.
Cənab Sədr!
Nümayəndəliyin rəhbəri son ay ərzində məzuniyyətdə olduğu müddətdə nümayəndəliyin baş məsləhətçisi Məhərrəm Sədrəddin oğlu Lətifov məni bir neçə dəfə otağına dəvət etmişdir. Otağında mənə “ərizəni yaz işdən azad ol , əks halda səni əmrlə işdən çıxaracayıq demişdir”. Mən də cavab olaraq : “Mən işdən azad olmaq istəmirəm. Niyə ərizə yazmalıyam ki? Haqsız olaraq məni əmrlə çıxaracaqsanızsa, mən də hüquqlarımı qorumağı bilirəm. Bununla bağlı məni işə götürən cənab Vasif Talıbova mürəciət edəcəm onunla görüşməmə imkan vermədiyiniz təqdirdə məhkəməyə müraciət edəcəm” demişəm. Lakin ona qarşı heç bir kobudluq etməmişəm. Hörmətli baş məsləhətçimiz Məhərrəm Lətifov və nümayəndəliyin rəhbəri məndən bu cür cavab gözləmədiklərini mənə qarşı sonrakı davranışlarında hiss etdim. Onlar elə düşünürdülər ki məni işdən əmrlə çıxarmaqla təhdid etdikdə mən öz ərizəm əsasında çıxacam. Daha sonra yenə də Ümumi İşlər və maliyyə təsərrüfat sektorunun sənədlərlə iş üzrə məsləhətçisi Azər Kamil oğlu Rəhimov məni otağına dəvət etdi. Bu dəfə də mənə “Sənə verilmiş töhməti ləğv edək, dövlət qulluğunda verilməli olan yüksəlişini verək. Lakin sən də öz ərizənlə işdən azad ol” deyərək mənə bildirdi. Mən yenə də etiraz edərək bildirdim ki, məni hansı formada işdən azad edəcəksiniz edin. Mən ərizəmlə işdən azad olunmayacam. Bundan sonra isə işçilər tərəfindən bir növ təklənməm, mənimlə münasibət qurulmasında soyuqluq hiss etməyə başladım. Mənim barəmdə işə gecikməyim barədə və digər işçilərin də adları keçən aktları dəyişdirməyə başladılar. Bir neçə aktı isə ləğv etdilər. Yerinə başqa aktlar hazırlamağa başladılar. Ləğv etdikləri aktları cıraraq zibil yeşiklərinə atdılar. (Həmin aktlaraın cırıqların zibil yeşiyində təsadüfən gördüm və onları yığıb saxlamışam.) Həmin aktların yerinə isə həqiqətə uyğun olmayan aktlar hazırlayıb qoyurdular. İşçilər isə rəhbərlikdən çəkindiyi üçün təqdim olunanların hər birinə imza atırdılar. Hətta adını açıqlamayacağıma söz verdiyim bir əməkdaşımız mənə özünün də qızı olduğunu və gələcəkdə bu cür hadisələrin qızının da başına gələ biləcəyindən qorxduğunu bildirərək , bunlara qarşı çıxa bilmədiyi üçün bütün sənədləri imzaladığını dedi və buna görə də məndən onu qəlbən bağışlamamı istədi. Bütün bunların hamısını isə nümayəndəliyin rəhbərliyinin göstərişi ilə baş verirdi. Buna görə də mən 16 yanvar 2019-cu il tarixində ərizə ilə nümayəndəliyin rəhbərliyinə müraciət edərək şəxsi işimlə tanış olmam və lazımi izahatların şəxsi işimə əlavə olunmasını istədim. Yuxarıda qeyd etdiklərimi yeni izahatlar yazaraq şəxsi işimə əlavə olunması üçün 17 yanvar 2019-cu il tarixində Nümayəndəliyin rəhbərinin adına yazdığım ərizə ilə birlikdə Nümayəndəliyin Ümumi işlər və maliyyə təsərrüfat sektorunun sənədlərlə iş üzrə məsləhətçisi Azər Kamil oğlu Rəhimova təqdim etdim. Nümayəndəliyin sənədlərlə iş üzrə məsləhətçisi bu ərizə barədə nümayəndəliyin rəhbəri Bəxtiyar müəllimə bildirəcəyini və bundan sonra mənə məlumat verəcəyini bildirdi. Lakin 17 yanvar 2019-cu il tarixində saat təxmini 16 radələrində mənim otağıma gələrək sənədləri mənə geri qaytardı. Bu sənədlərin şəxsi işimə əalvə edilməyəcəyini bildirdi. (Həmin sənədləri də bu ərizəyə qoşma ilə Sizə göndərirəm). Eyni zamanda mənə “ Sənə deyəsən yüngül cəza vermişik. Gərək səni işdən azad edərdik. Bu dəfə elə olmayacaq. Səni Əmrlə işdən azad edəcəyik” , dedi. Qarşılığında isə mən : “Məni hədələyirsiz işdən çıxarmaqla. Bu mənim Dövlət Qulluğu haqqında olan qanunla hüququmdur. Mən hüquqlarımdan istifadə etmişəm” , cavab verdim. Qarşılığında isə “Necə istəyirsən o cür qəbul et. Biz sənə sözümüzü dedik” deyərək , sənədləri masaya qoyub getdi.
Dəyişdirilən aktlardan biri 10 dekabr 2018-ci il tarixində Ümummili liderimiz Heydər Əliyevin anım günündə getməyimizlə bağlı olan aktdır. Mənim tanış olub izahat yazdığım aktda geyimimlə bağlı olan sənəd idi. Lakin şəxsi işimə qoyulan aktda isə guya mənim etik-davranış qaydalarını kobud şəlikdə pozmam, dövlət qulluqçusuna yaraşmayan hərəkətlər etməm, yersiz gülməm kollektivin haqlı narazılığı ilə qarşılandığı qeyd olunan bir akt hazırlanaraq mənim şəxsi işimə qoyulmuşdur. Mən 16 yanvar 2019-cu ildə şəxsi işimdə olan materiallarla tanış olarkən bu aktı ilk dəfə olaraq görmüşəm. Bu aktla mən ümümiyyətlə tanış olmamışam. Yeni gördüyüm aktda yazılıb ki, guya mən yersiz gülmüşəm. Bu ayıb bir sözdür. Nisbətən həqiqətə uyğun olan bəhanə belə tapa bilmədikləri üçün bu cür yazdıqları aydındır. Birincisi cavab olaraq bildirim ki, mən gülməmişəm. Bu qurama aktda yazılan yalandır. Eyni zamanda “mənim etik-davranış qaydalarını kobud şəlikdə pozmam, dövlət qulluqçusuna yaraşmayan hərəkətlər etməm” yazılıb. Sadə bir nöqtəyə diqqətinizi çəkmək istərəm. Mənim yersiz gülməyimi aktda qeyd etdikləri halda (yersiz gülmək yalan belə olsa , dövlət qulluqçusunun etik davranış qaydalaını pozma deyil) heç bir yerdə hansı formada etik-davranış qaydalarını pozmam yazılmayıb. Aktda isə birbaşa nə edərək etik- davranış qaydaların pozmağım göstərilməlidir. Eyni zamnada Dövlət qulluqçusuna yaraşmayan hansı hərəkətləri etməm də göstərilməyib. Çünki mən heç bir artıq hərəkət etməmişəm . Mənə təqdim olunan həmin aktla bağlı izahatım şəxsi işimdə var , orada mənim geyimimlə bağlı mövzu olub. Lakin bu aktla məni işdən azad edə bilməyəcəklərini və mənim onların hədəsi ilə işdən çıxmadığımı gördüklərində yeni bir akt tərtib etmişlər. Cəzanın növün əvvəlcədən təyin etmişlər. Aktı da dəyişib mənə veriləcək inzibati cəzanın Dövlət Qulluğu haqqındakı qanunun 18.0.4-cü maddəsin köçürmüşlər. Mənə təqdim olunan 10 dekabr 2018-ci il tarixli sonradan cırılıb atılan aktda guya mənim geyimim etik qaydalara uyğun olmadığı yazılmışdır. Mən də öz növbəmdə akta yazılanlara izahatda cavab olaraq yazmışdım ki, bu geyimi 4 il ərzində nümayəndəliyə işə getdiyim zaman on dəfələrlə geyinmişəm. Mən Fəxri Xiyabana adi iş geyimimdə gəlmişəm. Fəxri Xiyabana gedəcəyimiz üçün xüsusi bir geyimdə gəlməm barədə də mənə kimsə xəbərdarlıq etməmişdir. Onu da qeyd edim ki, mənim həmin geyimdə əvvəllər nümayəndəlikdə rəsmi görüşlərdə çəkilmiş fotolar və vidolarda da var. Lakin iş materiallarımla tanış olduğum zaman mənə məlum olmuşdur ki, mənə təqdim olunan akt dəyişdirilmiş, yerinə başqa akt qoyulmuşdur. Mənim əvvəlki aktla bağlı yazdığım izahatımdan da göründüyü kimi mənə yersiz gülməm və yaxud başqa bir Dövlət qulluqcusuna yaraşmayan, etik-davranış qaydalarını pozan hər hansı bir akt təqdim olunmamış, mənə geyimlə bağlı akt təqdim olunub və mən də öz növbəmdə bu aktla bağlı izahat yazmışam. Göründüyü kimin yuxarıda qeyd etdiyim kimi akt dəyişdirilmiş və tamamilə yalan olan qondarma bir akt hazırlanmışdır. Lakin aktı hazırlayanlar orada “Yersiz gülmüş” yazdıqları halda başqa hansı hərəkətləri etdiyimi qeyd etməmişlər. Madam “Yersiz güldü” yazmısız, başqa nə etmişəm bunu da yazın. Mən də bilim ki nə etmişəm. Çünki mən heç yersiz gülməmişəm də. Heç bir artıq hərəkət etməmişəm. Əgər etmiş olsaydım “Yersiz güldü” yazan bu aktı hazırlayan əməkdaşımız digər hərəkətlərimi də sadalamalıdır. Yazmayıblar çünki heç bir şey olmayıb. Mənə inzibati cəza vermək üçün saxta bir akt hazırlayıblar ki, araşdırma nəticəsində burada yazdıqlarımın hər biri öz təsdiqin tapacaqdır.
Bundan əlavə olaraq şəxsi işimlə tanış olduğum zaman mənə aydın olmuşdur ki, 12 dekabr 2018-ci il tarixli başqa bir akt hazırlanaraq mənim şəxsi işimə qoyulmuşdur. Həmin aktda da guya məni Azər Rəhimov tərəfindən ümumi şöbəyə dəvət olunmağım, orada mənimlə bağlı rəhbərliyin mənim barəmdə hazırladığı Əmrlə tanış olmağım, eyni zamanda həmin əmrlə bağlı aktla tanış olmağım mənə bildirilmiş. Guya mən də barəmdə olan sənədləri oxumuşam və bununla bağlı izahatı yazmaqdan imtina etmişəm. Eyni zamanda da qapını bərkdən, dövlət qulluqçusuna yaraşmayan tərzdə çırparaq otağı tərk etməyim və izahatı yazmaqdan imtina etməyim qeyd olunur. Bu aktda yazılanlar da tamamilə yalandır. Məni heç kim aktla tanış etmək üçün çağırmayıb. Heç kim məndən izahat tələb etməyib. Mən qapını cırpmamışam. Tamamilə yalan bir akt tərtib olunub. Bu aktdan da mənim heç bir məlumatım olmamışdır.
Son olaraq mənə əmək haqqımın 1 il müddətinə azaldılması ilə bağlı 08 yanvar 2019-cu il tarixli aktla bağlı da yalan yazılanları qeyd edim. İlk olaraq bildirim ki, aktda yazılanlar tamamilə yalandır. Belə ki, 08 yanvar 2019-cu il tarixində mən nümayəndəliyin inzibati binasın 30 dəqiqəliyinə icazəsiz tərk etməmişəm. İdarənin inzibati binasının pilləkənlərində mənə sifarişlə gələn müalicəm üçün lazım olan dərmanları almaq üçün çıxmışam. İnzibati binanın pilləkənlərinin aşağdan 1-ci pilləsində dərmanlarımı gətirən şəxsdən götürmüşəm. Dərmanları hansı formada istifadə edəcəyimi soruşmuşam. Sonra isə pilləkənləri geri çıxaraq nümayəndəliyin inzibati binasına daxil olmuşam. Bununla bağlı kimdənsə icazə almamağımın səbəbi mənin inzibati binanın ərazisin tərk etməyəcəyimi bilməmdir. Çünki dəfələrlə bizim əməkdaşlarımız hətta pilləkənlərdən 5-10 metr aralıda siqaret çəkdiklərin və bununla bağlı kimdənsə icazə almadıqların görmüşəm. Mənim dərmanı götürüb qayıtma müddətim 3-5 dəqiqə belə çəkməmişdir. Buna baxmayaraq bununla bağlı cəza veriləcəksə buna mən tamamilə razı olaram. Amma aktda göstərildiyi kimi 30 dəqiqə deyil 3-5 dəqiqə çıxmışam və nümayəndəliyin inzibati binasının pilləkənlərində olmuşam və dərhal geri qayıtmışam. İnzibati binaya daxil olub öz iş otağma gəldim. Otağıma gələnə qədər kimsə mənə heç bir irad bildirməmişdir. İş otağmda olandan təxmini olaraq 1 saat keçdikdən sonra məhsul növbətçi Niyaməddin Səfərov mənim otağıma daxil oldu. Mənə “Qəbul otağına bildirmədən niyə inzibati binanı tərk etmisən” deyərək soruşdu. Mən də öz növbəmdə “inzibati binanın həyətinə çıxmaq üçün icazə almalı olduğumu bilmirdim” deyərək cavab verdim. Niyamədddin Səfərov mənə “ Bundan sonra binadan çıxanda qəbul otağından içazə almamış çıxma” dedi. Mən də baş üstə çıxmaram deyərək çavab verdim. Niyaməddin Səfərovla mənim aramda başqa heç bir danışıq olmamışdır. Bunu da qeyd edim ki, məhsul növbətçinin işdən icazəsiz çıxanlara, işə geçişənlərə və sair irad tutma səlahiyyətinin olduğunu belə həmin gün öyrəndim. Daha doğrusu indi belə əmin deyiləm ki, məhsul növbətçinin vəzifə səlahiyyətlərində işdən icazəsiz çıxanlara, işə geçişənlərə irad bildirmək kimi bir səlahiyyət vardır. Bu səlahiyyət barədə işçilərə və şəxsən mənə məlumat verilməmişdir. Mənim bildiyimə görə işə gəlmək, işdən vaxtından əvvəl çıxmaq barədə irad tutmaq səlahiyyəti tabeliyində olduğum sektor müdirinə və nümayəndəliyin rəhbərinə aiddir. Bu səlahiyyət belə Niyaməddin Səfərova verilibsə , bu barədə bizi məlumatlandırılmalı idilər.
Foto: Möhür vurulan akta edilən redaktə
Lakin aktda qeyd olunub ki, guya mən Niyaməddin Səfərovu açıq şəkildə təhqir etmişəm. Buna görə də mənə cəza verilib. Güyya mən də bununla bağlı izahat yazmaqdan imtina etmişəm. 08 yanvar 2019-cu il tarixli akt tələm-tələsik bir formada hazırlanan bir aktdır. Mənə qarşı yuxarıda qeyd etdiyim təyziqlərin davam etdiyin təsdiq edən bir aktdır. Aktı imza edənlər nəyə imza etdiklərinin məsuliyyətin dərk etmədiklərini düşünürəm. Aktda heç bir yerdə mənim Niyaməddin Səfərovu təhqir etdiyimi kimlərin gördüyü qeyd edilmir. Mənim Niyaməddin Səfərovu hansı sözlər işlədərək təhqir etdiyim qeyd edilmir. Bunu harda gördükləri qeyd edilmir. Sadə bir akt hazırlanıb. Ümumi sözlər yazılıb ki mən Səfərovu təhqir etmişəm. Aktı imzalayanlar görmədikləri bir hadisə barədə neçə akt hazırlayıb imzalaya bilirlər bu da mənə aydın deyil. Bu cür yarımçıq, əsassız bir akt əsasında da mənə inzibati qaydada cəza verilir və mənim əmək haqqım 1 il müddətinə 25 faiz azaldılır. Mənim Niyaməddin Səfərovu təhqir etdiyimi kim görmüşdür? Cavabı budur ki heç kim. Aktda da kiminsə buna şahid olduğu görsənmir. Niyaməddin Səfərovu mənim təhqir etmədiyimi görmədikləri halda bu aktı neçə imzalaya bilərlər ki? Aktın yalançı yazıldığı aktın özündən görünür də. Bir aktı imza edən şəxslər həmin hadisənin şahidi olmalıdılar. Aktda yazılıb ki mən iş vaxti inzibati binanı tərk etmişəm. 30 dəqiqə sonra geri qayıtmışam. Belə qəbul edək ki, yazdıqları doğdudur. Mən inzibati binaya daxil olanda iş vaxti olubsa aktı imzalayan əməkdaşlar niyə hamısı öz işləri ilə məşğul olmayıb və növbətçinin yanına yığışıblar. Axı iş vaxti hər bir dövlət qulluqçusu öz vəzifəsində olmalıdır. Onların bunu görməyi üçün aktda adları keçən şəxslərin hər biri bu hadisənin şahidi olmalıdırlar. Onlar mənim inzibati binanı tərk edəcəyimi və qayıdanda məhsul növbətçini təhqir edəcəmi hardan bilə bilərlər ki inzibati binanın çıxış qapısına gəlirlər. Gəlməyiblərsə bu barədə neçə akt imzalayırlar? Axı onlar öz otaqlarında olublar. Belə olan halda neçə görə bilərlər ki? Göründüyü kimi bunların heç biri orada olmayıb. Orada olmadığı halda mənim Niyaməddin Səfərovu təhqir etdiyimi neçə görə bilərdilər? Görməyiblərsə , niyə belə bir aktı imzalayıblar? Ən sonda isə Nümayəndəliyin rəhbəri bu akt əsasında mənə inzibati cəza verəndə niyə onlardan soruşmayıb ki, siz iş vaxtı növbətçinin yanında nə edirdiniz və işinizdə deyildiniz? Eyni zamanda aktın son sətirində aktı imzalayan şəxslərin yalnız mənim izahat yazmaqdan imtina etdiyimi gördüklərin qeyd edirlər. Onlar da mənim Niyaməddin Səfərovu təhqir etdiyimi gördüklərin qeyd etmirlər. Amma buna baxmayaraq aktı imzalayırlar. Belə olan halda, bu akt yalnız mənim izahat yazmaqdan imtina etməmlə bağlı olmalı idi. Çünki aktı hazırlayanlar mənim Niyaməddin Səfərovu təhqir etdiyimi gördüklərin qeyd etmirlər və yuxarıda da bunun da onların görməsi mümkün belə olmadığı qeyd olunub. İzahat yazmaqdan imtina etmək də mənim hüququmdur ki, buna baxmayaraq mənə heç kim heç bir akt təqdim etməyib və mən də izahat yazmaqdan imtina etməmişəm bu da Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 18.04 və 18.0.12-ci bəndlərinin pozulması demək deyildir. Bu aktı Nümayəndəliyin rəhbərinə təqdim olunanda rəhbərlik nə üçün yuxarıda qeyd etdiyim sualların heç birin soruşmayıb? Bu sualların tək çavabı vardır ki, bu da aktın hazırlanmasını Nümayəndəliyin rəhbərinin şifahi tapşırığı əsasında olduğu aydın görünür. Burdan da aydın olunur ki, mənə qarşı Nümayəndəliyin rəhbəri tərəfindən tam əsassız bir inzibati cəza verilib.
Buna səbəb isə yuxarıda qeyd etdiyim mənə qarşı olan əxlaqsız təklifə mənfi cavab verməyim olmuşdur. Bəxtiyar müəllimin mənə etdiyi təkliflər, mənə hədiyyə etdiyi kitaba yazaraq qoyduğu şeiri, mənə olan əxlaqsız təkilif barədə digər sübutları, hazırlanmış və sonradan cırılaraq dəyişdirilən aktların parçalarını, digər əməkdaşlarımız tərəfindən mənim işdən ərizəm əsasında çıxmağım üçün olan təziqlərlə bağlı əldə edə bildiyim sübutları bu şikayəti araşdıran şəxsə təqdim edəcəm.
Cənab Sədr!
Siz mənim anamla bir sinifdə oxumusunuz. Anam Sizi özünə arxa, qardaş bilir. Hər zaman Sizinlə fəxr edir. Mən də sizi özümün bir ağsaqqalım, dayım kimi görürəm. Sizin baçınız qızı kimi hiss edirəm özümü. Sizdən xahişim bacınız qızı özünü hesab edən mənim namusunu qorumağımda mənə kömək edəsiniz.
Yuxarıda yazılanları və Dövlət Qulluğu haqqında Aəzrbaycan Respublikası Qanunu rəhbər tutaraq Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbərinin 15 yanvar 2019-cu il tarixli H/4-03 nömrəli əmri ilə mənim əmək haqqımın 25 faizi 1 il müddətinə azaldılması barədə əmrin ləğv olunması, mənə qarşı uzun zamandır olan təziqlərin qarşısının alınmasında mənə kömək edilməsi, yuxarıda qeyd etdiyim və mənə olan təziqlərin hansı səbəblərdən olmasının araşdırılması barədə göstəriş vermənizi Sizdən xahiş edirəm.
Qeyd: Nümayəndəlikdə bəzi şəxslər tərfindən yazılan şikayətlərin cənab sədrimiz Vasif Talıbova çatdırılmaması üçün Nümayəndəliyin rəhbəri Bəxtiyar müəllimin Naxçıvan MR Ali Məclisində yüksək vəzifədə işləyən dostları tərəfindən maneçiliklər törədildiyi aşkar şəkildə dilləndirilir. Bu şikayətin Cənab Vasif Talıbova çatdırılmasına mane olunacağı təqdirdə bu şikayətin başqa üsullarla (qəbuluna gəlməklə və sair) cənab Sədrimizə çatdırılması üçün lazımı addımları ataçam. Xahiş edirəm bu şikayətimin cənab sərdimizə çatdırılmasını təmin edəsiniz.
İmza: Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin Əlaqələndirmə sektorunun məsləhətçisi …
21.01.2019”.
Azinforum.az olaraq qeyd edirik ki, bizə təqdim edilən məktubda səslənən iddialara aydınlıq gətirmək üçün, son iki gündə həm Nümayəndəliyin özünə, həm də Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərovun bizdə olan iki mobil nömrəsinə etdiyimiz zənglərə cavab verilmədi. Yazıda adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazırıq./Azinforum.az/
28-03-2018, 12:45
10-12-2022, 18:02
16-09-2017, 11:43
2-05-2016, 12:31
4-02-2020, 15:36
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?