Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb.
DİN-dən gundemxeber.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təhvil verilib. Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar istintaqa təqdim olunub.
Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?