Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin cümə günü keçirilən plenar iclasında çıxışı zamanı “Tərtər işi” məsələsinə də toxunub. O deyib ki, "Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Zahid Oruc bu işdə adı keçən məmurları tənqid edib. Deputat deyib ki, bu işdə əli olan şəxslərin hər biri məsuliyyət daşıyırlar. Deputat Hərbi prokurorluğu ləğv etməyi də təklif edib.
Deputat Qənirə Paşayeva da Tərtər hadisələri ilə əlaqədar aparılan istintaq nəticəsində bəraət alanlardan bəhs etdi və vaxtilə hərbçilərimizlə bağlı saxta qərarlar çıxaranları ittiham etdi. Bildirdi ki, günahsız insanlarla bağlı cəsusluq ittihamı ilə qərar çıxaranlar, bu prosesdə iştirak edənlər təkcə o hərbçilərin özlərindən, ailə üzvlərindən deyil, həm də deputatlardan üzr istəməlidirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?