GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müəllimi incidən şagird necə cəzalandırılmalı? - AÇIQLAMA

Müəllimi incidən şagird necə cəzalandırılmalı? - AÇIQLAMA

Tarix: 20-12-2022, 10:25 Bölmə :Cəmiyyət Baxış: 256


Müəllimi incidən şagird necə cəzalandırılmalı?

Bakıda müəllimin sinifdə şagirdi döyməsi geniş müzakirələrə səbəb olub. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Kadrlardan görünür ki, müəllim öncə şagirdi danlayır, daha sonra isə sifətinə şillə vurur. Bununla da kifayətlənmir və uşağın qulaqlarından dartır. Onun bu hərəkətinə isə digər şagirdlər gülərək reaksiya verirlər. Bu görüntülər paytaxtın Suraxanı rayonunda yerləşən 146 nömrəli məktəbdə, 8-ci sinfin ingilis dili dərsində lentə alınıb. Elə lentə alan da həmin sinifdə oxuyan şagirdlərdən biridir. Dərsdə iştirak edən şagirdlər bildiriblər ki, hadisənin görünməyən tərəfləri var. Onların sözlərinə görə, döyülən şagird dəfələrlə müəllimin dediklərinə əməl etməyib və onu hövsələdən çıxarıb.

Amma bu görünütlər sosial platformada birmənalı qarşılanmayıb. Kimisi müəllimi bu həddə çatdırdığına görə şagirdi günahkar bilir, kimisi də şagirdə fiziki güc tətbiq edən müəllimi qınayır.
Şagirdə necə cəza verilməlidir
Bəs görəsən məktəbdə tərbiyəsiz davranan şagirdə hansı cəza verilməlidir ki, bu müəllimin işdən çıxması ilə nəticələnməsin?
GUNDEMXEBER.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, davranış pozğunluğu olan şagirdlər vaxtında nəzarətə götürülməlidir:
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Elm və Təhsil Nazirliyi belə şagirdlərin nəzarətə götürüləcəyini bəyan etmişdi. Amma məktəblərdə baş verən hadisələr göstərir ki, davranış pozğunluğu olan şagirdlərlə psixoloji iş aparılmır. Hadisə baş verən məktəbin rəhbərliyi şagirdin uzun müddət davranış pozğunluğu olduğunu, psixoloqun nəzarətində olduğunu bildirdi. Bu zaman sual yaranır ki, bəs niyə bu şagird eyni əməlləri törətməkdə davam edir? Belə çıxır ki, şagird formal olaraq psixoloq nəzarətində olub. Şagird dərsi pozduğu üçün onunla psixoloji iş aparmayıb. Nəzərə alsaq ki, hər il Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına şagirdlərə psixoloji yardımla bağlı layihələrə küllü məbləğdə qrant ayrılır, bu zaman əks vəziyyət müşahidə olunmalıydı. Amma belə məlum olur ki, bu qrant ayrılsa da fayda vermir. Ona görə də ayrılan qrantların səmərəliliyi araşdırılmalıdır. Nazirlik öz dost-tanışına qrant paylamaqdan çəkinməlidir".

K. Əsədovun sözlərinə görə, şagird dərsdə tərbiyəsizlik etdikdə buna cəza metodu müəyyənləşməlidir. Bu fiziki cəza olmamalıdır: "Biz bir şagirdin tərbiyəsizliyi üzündən 30 il təcrübəsi olan bir müəllimi itirdik. Amma əvəzində şagirdə qarşı heç bir addım atılmadı. Şagird sinifdə oxumaqda davam edir. Bu belə olmamalıdır. Ən azı şagirdlərin sinifdə saxlanmılması cəzası tətbiq edilməlidir. Mütləq şəkildə dərs prosesində özünü apara bilməyən şagirdlərin cəza metodları müəyyən edilməlidir. Çünki, müəllim də insandır, onun da səbrinin sərhədi var. Müəllim dərsi pozan, sinifdə tərbiyəsiz hərəkətlər edən, tənbeh olunsa belə bundan nəticə çıxartmayan şagirdə uzun müddət davam gətirə bilməz. Şagirdi döymək, fiziki şiddət yolverilməzdir. Amma cəzasızlıq mühiti də bu cür halların artmasına səbəb olur".
Məktəb rəhbərliyinin məsələyə baxışı
Məktəbin direktor əvəzi Tacəddin Allahyarlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu şagirdin ilk və son qeyri-etik davaranışı deyil. Hətta uşağın belə hərəkətlərinə görə dəfələrlə ailəsinə məlumat verilib və o, xüsusi nəzarətə götürülüb. Amma şagird bu cür davranışdan çəkinmir.
Hadisədə adı hallanan və 30 illik müəllim stajı olan Kazım Canıyev də açıqlama verib. Üç ildir həmin sinfə ingilis dili fənnini tədris edən müəllim bildirib ki, adıçəkilən şagird dəfələrlə bu və bundan betər hərəkətlərə yol verib.Müəllimin sözlərinə görə, uşağın tərbiyəsindəki nöqsanlarla bağlı indiyədək valideynlərinə məlumat verilib, amma onlar məktəbə gəlməyiblər. Hazırda Kazım Canıyevi məyus edən məqam saçlarını ağartdığı məktəbdən uzaq qalacağıdır.
Nazirliyin isə öz fikri var
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, şagird dərs mühitini pozduqda, sinifdə tərbiyəsiz hərəkətlər etdikdə öncə məktb psixoloqu tərəfindən şagirdlə söhbət aparılmalıdır. Bu nəticə vermirsə onun valideyni məktəbə dəvət edilməlidir. Bu addımlardan sonra şagirdin davranışında müsbət dəyişiklik olmadıqda ərazi üzrə polis bölməsinin uşaq inspektoruna müraciət edilməlidir. Bundan sonra atılacaq addım Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaya müraciət etməkdir. Həmin komissiya öz səlahiyyətləri çərçivəsində valideynlə, ailə ilə görüşərək danışıqlar aparır, əgər aparılan işlər səmərə vermirsə şagird çətin tərbiyyə olunan uşaq müəssisəsinə yerləşdirilir. 146 saylı məktəbdə şagirdlə psixoloji iş aparılıb, valideyninə məlumat verilərək məktəbə dəvət olunub. Amma digər addımlar atılmayıb.
Şagirdin sinifdə saxlanılması isə yalnız qiymətləndirmədə zəif nəticə göstərdikdə tətbiq edilir. Davranışa görə şagird sinifdə saxlanılmır.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllim sinifdə şagirdi amansızca döydü

    Müəllim sinifdə şagirdi amansızca döydü ...

    14-01-2016, 16:58

  • 
  • Şagirdi döyən müəllim işdən qovuldu

    Şagirdi döyən müəllim işdən qovuldu ...

    14-01-2016, 17:08

  • 
  • Daha bir məktəb qalmaqalı: Qaradağda müəllim 12 yaşlı şagirdi döyüb ağır xəsarət yetirdi

    Daha bir məktəb qalmaqalı: Qaradağda müəllim 12 ...

    12-04-2019, 12:35

  • 
  • Şagird onu müəllimin döydüyünü təsdiqlədi - Yeni məktəb QALMAQALI

    Şagird onu müəllimin döydüyünü təsdiqlədi - Yeni ...

    12-04-2019, 17:04

  • 
  • Müəllimə şagirdi belə döydü- Video

    Müəllimə şagirdi belə döydü- Video ...

    20-05-2013, 00:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu