GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Naxçıvan Ali Məclisi "Vasif Talıbovun istefa ərizəsini qəbul edib" - ŞƏRH

Naxçıvan Ali Məclisi "Vasif Talıbovun istefa ərizəsini qəbul edib" - ŞƏRH

Tarix: 21-12-2022, 17:39 Bölmə :Cəmiyyət Baxış: 264


Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qapalı iclası keçirilib, Ali Məclisin sədri "Vasif Talıbovun istefa ərizəsi qəbul edilib", GundemXeber.Az bildirir ki, bunu BBC News-a Milli Məclisin Ordubad-Culfa seçki dairəsindən olan deputatı Cəbi Quliyev deyib.


Qeyd edək ki, Vasif Talıbovun vəzifələrini müvəqqəti olaraq Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov icra edəcək.

Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edib.

"Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, sədr Vasif Talıbov "səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib".

Bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasında ardıcıl iki dövlət qurumu ləğv edilib və əvəzində birbaşa Bakıya tabe olan yerli idarələr yaradılıb. Bunlardan biri, Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti daha əvvəl ləğv edilmişdi, bu həftənin əvvəlində isə ölkə Prezidenti Naxçıvanın Dövlət Gömrük Komitəsinin ləğviylə bağlı sərəncam verib.


Hadisələr necə başladı?


Muxtar respublikada iki yerli qurumun ləğvi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması və bir neçə yüksək vəzifəli məmurun milyonlarla manat dəyərində mənimsəmədə ittiham edilməsi və həbs olunması ilə bağlı ölkə mediasında xəbərlərin yayılması ilə eyni vaxtda baş verib.

Ölkə mətbuatı Bakının Səbail rayon məhkəməsində Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyevin və Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun 4 ay müddətinə həbs edildiyini yazıb. Onların hər ikisi külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Onların bu ittihamlara münasibətləri bəlli deyil.

Azərbaycan hüquq-mühafizə orqanları bu məlumatları təkzib etməyib.

Baş Prokurorluqdan BBC-yə bildirilib ki, Naxçıvanda həbslə bağlı əməliyyatları Dövlət Təhlükəsizlik Xidməti aparıb və "məlumatlı qurum odur". 

BBC-yə danışan bəzi təhlilçilərə görə, həbslərlə bu dövlət qurumlarının ləğvi arasında bağlılıq yoxdur, həbslər ölkənin bir çox digər dövlət qurumlarında və ya icra strukturlarında baş vermiş qanunsuz halların üzə çıxarılması prosesinin tərkib hissəsidir. Müsahiblərimizin fikrincə, nazirlik statusundakı qurumların baş idarəylə əvəzlənərək mərkəzi quruma tabe etdirilməsində məqsəd Naxçıvanın Azərbaycan daxilində "dövlət içində dövlət status"nu ləğv etməkdir.

Agentlik Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyindən səslənən iddialarla bağlı cavab ala bilməyib. Milli Məclisin Naxçıvandan olan deputatları da muxtar respublika ətrafında baş verənlərdən danışmaq istəməyiblər.


Baş verənlərlə Naxçıvanın statusu arasında əlaqə varmı?


Siyasi təhlilçi Sülhəddin Əkbərin fikincə, Naxçıvana Azərbaycan daxilində muxtar respublika statusunun verilməsi "hüquqi non-sens olub", çünki Azərbaycan öz konstitusiyasına görə unitar dövlətdir.

"Bir dövlət daxilində başqa dövlət necə ola bilər?"- Sülhəddin Əkbər deyib.

O hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra "regionda yaranmış yeni reallığı nəzərə alaraq" bu, aradan qaldırılmalıdır.

"Azərbaycan buna Konstitusiya dəyişikliyi yolu ilə də gedə bilərdi, amma, görünür, hakimiyyət Prezident səlahiyyəti ilə bu məsələyə yanaşır, ona görə də ayrı-ayrı qurumlar ləğv edilir. Nəticədə de-fakto bir vəziyyət yaranacaq, status ortadan qaldırılacaq, ondan sonra da formal baxımdan Konstitusiya dəyişiklik üçün referendum keçiriləcək", - Sülhəddin Əkbər bildirib.


Baş verən hadisələrdə İranın və Türkiyənin rolu varmı?


Siyasi təhlilçi Sülhəddin Əkbərə görə, Naxçıvan ətrafında baş verənlərdə aparıcı amil onun statusu məsələsi ilə bağlı olsa da, yan faktorlar da var. Onun fikrincə, buna Azərbaycanda aparılan oliqarxsızlaşdırma siyasətini, xarici faktorları, İranın təsirləri, Türkiyənin təzyiqlərini əlavə etmək olar.

"Naxçıvanda yerli hakimiyyətin İranla sıx əlaqələri var və bu bölgənin gömrüyü İrana sanksiyalardan yayınmaqda sanki bir cənnətdir. Bundan başqa, burada qaçaqmalçılıq və narkotrafik kimi məsələlər də var. Amma, görünür, son damla İran xüsusi xidmət orqanlarının guya Naxçıvanın İrana birləşməsi haqqında hazırladığı təxribat olub. Bu ərəfədə də İranla Azərbaycan hakimiyyəti arasında gərginlik hökm sürür", - Sülhəddin Əkbər deyib.


Onun fikrincə, Naxçıvan hakimiyyəti Türkiyə ilə İrana nisbətən daha soyuq əlaqələrə malik olub və bu da birincini narazı salıb.

Siyasi təhlilçi hadisələri qabaqlamaq istəmir, amma, düşünür ki, gələcəkdə Naxçıvan rəhbərliyi hakimiyyətdən uzaqlaşdırlmasa belə, onun bütün qanuni, hüquqi və biznes imkanları maksimum məhdudlaşdırılacaq.


Türkiyənin Naxçıvana təhlükəsizlik qarantı qalırmı?


Sülhəddin Əkbərin fikrincə, Azərbaycan daxilində Naxçıvanın statusunun dəyişdirilməsi kimi addımlar atılarsa, bu, Naxçıvana Türkiyənin təhlükəsizlik qarantiyası verən Qars və Moskva müqavilələrinin təsirinə mane olmayacaq.

Onun sözlərinə görə, qüvvədə olan müqavilələrlə Türkiyə Naxçıvana üçüncü dövlətin hücumu olduğu halda təhlükəsizlik qarantiyası vəd edir, amma bu məsələnin onun Azərbaycan daxilində statusunun necə olmasından asılılığı yoxdur: "Müqavilələrdə Naxçıvanın üçüncü bir dövlətin tərkibinə verilə bilməyəcəyi müddəası var".

1921-ci il martın 7-də Moskvada və 1921-ci il oktyabrın 13-də Qarsda imzalanan müqavilələr ilə Naxçıvanın Muxtar Respublika statusunda Azərbaycanın tərkibində qalması təsbit olunub. Birinci müqavilə yalnız Sovet Rusiyası ilə Türkiyə arasında imzalansa da, ikinci müqaviləni Türkiyə və Rusiyadan başqa, həm də sovet respublikaları olan Azərbaycan, Ermənistan və Gürcüstanla birgə imzalayıb.

Sülhəddin Əkbər deyib ki, Türkiyə ilə Azərbaycan arasında ötən il imzalanmış Şuşa bəyannaməsi artıq Naxçıvan da daxil bütün ölkə üçün təhlükəsizlik qarantı sayıla bilər.


Moskva və Qars müqavilələrində nə deyilir?


"Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi, Türkiyədə isə istiqlal mübarizəsi imperialist dövlətləri qıcıqlandırır və bunları qəbul etmirdilər. Hətta İstanbul müttəfiq qüvvələri tərəfindən tutulmuşdu və belə vəziyyət Rusiya ilə Türkiyəni birgə mübarizə üçün yaxınlaşdırdı", - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazıb.

Buna görə 1921-ci ilin fevral-mart aylarında Moskvada Rusiya-Türkiyə konfransı keçirilmiş və yekun olaraq 1921-ci ildə "Dostluq və qardaşlıq haqqında" Moskva müqaviləsi 16 maddədən və 2 əlavədən ibarət qəbul edilib.

Müqavilənin 3-cü maddəsinə əsasən göstərilib ki, Naxçıvan vilayəti həmin müqavilənin 1(C) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi kimi qalır.

1921-ci ilin payızında imzalanan Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini, əvvəllər ərazi iddiası olmasına baxmayaraq, Sovet Ermənistanı da daxil bütün tərəflər tanıyıblar.

Başlanğıcda, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Mustafa Kamal Atatürk İran şahı Rza Pəhləvi ilə danışaraq ərazi dəyişikliyinə razılaşıb, tarixçi Harun Yılmaz qeyd edir.

Bu dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verib.

Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verib.

Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım idi.


Prezident Naxçıvanda qurumları ləğv edə bilərmi?


Konstitusiya hüququ üzrə mütəxəssis Qulamhüseyn Əlibəyliyə görə, Naxçıvanda nazirliklərin ləğv olunması və onun əvəzində Azərbaycan nazirliklərinin baş idarələrinin yaradılması tamamilə qanunauyğundur.

"İcra hakimiyyəti sistemi yuxarıya tabeçilik əsasında qurulub. Hazırki vəziyyət də budur ki, Naxçivan MR-da eyniadlı nazirliklər Azərbaycan Nazirliklərinin bir növ sisteminə daxildir. İcra hakimiyyəti sisteminə də Prezident rəhbərlik etdiyi üçün icra hakimiyyəti orqanlarının yaradılması, ləğv olunması da Prezidentin səlahiyyətinə aid olan məsələ kimi qiymətləndirilməlidir", - Qulamhüseyn Əlibəyli bildirib.

Cənab Əlibəyli deyib ki, Azərbaycan Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən qanunvericilik və məhkəmə orqanının səlahiyyətinə aid edilməyən digər məsələləri ölkə prezidentinin icra qaydasında həll etmək səlahiyyəti var.

O deyib ki, Naxçıvanın muxtar respublika formatı Azərbaycan və Naxçıvan MR konstitusiyalarına əsasən tənzimlənir. Onun sözlərinə görə, bu bölgənin muxtar statusu beynəlxaql hüquqi əsaslarla, Qars və Moskva müqavilələri ilə 1923-cü ildə təşkil olunub.

Cənab Əlibəyli bildirib ki, müqavilələr bağlanan dövrdə Ermənistanın Naxçıvanla bağlı iddiaları olub.

"Qars Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında bağlanan, Moskva müqaviləsi isə Türkiyə-Rusiya arasında bağlanan sənədlərdir. Həmin müqavilələrə görə, Naxçıvan Azərbaycanın tərkiibində muxtar statusa malik ərazi kimi saxlanılır və Azərbaycan onu hər hansı bir dövlətə vermir", - Qulamhüseyn Əlibəyli deyib.


Naxçıvan ətrafındakı son hadisələr "unitar dövlət" məsələsidirmi?


Millət vəkili Fazil Mustafa hesab edir ki, Naxçıvanda qurumların ləğv edilib Bakıya birbaşa tabeçiliyi yaratmaq "dövlətin unitar quruluşuna uyğunlaşdırma prosesidir, şəxslərlə bağlı məsələ deyil".

"Yerli idarəetmə ilə bağlı kommunal təsərrüfat xarakterli səlahiyyətlər Naxçıvanda qalır. Ancaq təhlükəsizlik, ictimai asayiş, gömrük və sair bu vahid bir siyasətə tabe olan məsələdir. Ancaq burada faktiki olaraq belə deyildi. Bu orqanlar ayrı-ayrı idi və hamısı da bir nazirlik statusunda idi. Bu işlər onların ali icra orqanının strukturuna daxil edilməsidir. Bir çox hallarda onlar müstəqil fəaliyyət göstərən qurumlar kimi tanınırdı. Yəni ki, hesabatı Naxçıvan Ali Məclisinə verirdilər. Amma indi faktiki olaraq onlar artıq tabeçiik qaydasında Bakıdan idarə olunacaqlar", - Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Naxçıvanla bağlı kadr təyinatı, ora kadr göndərmək və başqa məsələlər əvvəllər Bakıda həll oluna bilməsə də, indi baş idarə statusunda bu qurumlar Bakıdan idarə olunacaqlar.

Fazil Mustafa hesab edir ki, Naxçıvanın muxtar respublika statusu onun "dövlət içində dövlət olması" demək deyil.

O bildirib ki, Naxçıvanın muxtar respublika statusu olsa da, mahiyyətcə ora muxtar dövlət deyil, orada hansısa fərqli bir etnik qrup yaşamır.

Fazil Mustafa son dəyişikliklərlə bağlı onu da deyib ki, bunlar heç də Naxçıvanın statusunun ləğvi deyil, "sadəcə muxtar respublikanın iç elementlərində dəyişiklik baş verir".

"Muxtariyyat o demək deyil ki, müstəqil xarici siyasətin olmalıdır, ya da müstəqil təhlükəsizlik sistemin olmalıdır. Azərbaycan bütöv dövlətdirsə, bir mərkəzdən idarə olunmalıdır", - Fazil Mustafa deyib.


Naxçıvanda ölkənin mərkəzi hakimiyyətinə tabeçilikdə yayınma halları olubmu?


Fazil Mustafa hesab edir ki, Naxçıvanla bağlı mərkəzi hakimiyyətdən yayınma, Azərbaycan qanunlarına ziddiyyət təşkil edən əməl o olub ki, Naxçıvan MR-da müstəqil xarici siyasətlə bağlı addımlar atılıb.

"Orada xarici əlaqələr komitəsi və başqa quruluşlar yaradılmışdı və onlar vasitəsilə bu addımlar atılırdı və bu da bir az məntiqli görünmür. İdarəetmə sferasında Azərbaycanın ali dövlət orqanlarına, icra strukturlarına birbaşa tabe olan bir idarəetmə sistemi formalaşmalı idi. İndi əslində baş verənlər bu istiqamətdədir".

Fazil Mustafa onu da deyib ki, Naxçıvanda baş verənlərin təfərrüatları haqqında geniş informasiyası yoxdur və növbəti addımların nə olacağını bilmir.

O, Naxçıvanın İranla münasibətlərini "məsafəli" qiymətləndirib və Türkiyə ilə də əlahiddə narahatlıq doğuracaq bir şey etmədiyini deyib.

Onun fikrincə, bu məsələlərə Qarabağ kontekstindən baxılmalıdır və unitar dövlət formasına uyğun müəyyən düzəlişlər edilməlidir.

"Konstitusiyanın müəyyən müddəaları daha da dəqiqləşdirilə bilər. Lakin, eyni zamanda Qarabağa muxtariyyat verilməsi tələbi Naxçıvanın muxtariyyatı ilə əsaslandırıla bilməz. Söhbət muxtar bölgədən gedir, dövlətdən yox. Naxçıvan azad iqtisadi bölgəsi, zonası da ola bilər. Naxçıvanla Qarabağın statusu eyni deyil, orada başqa xalq yaşamır. Naxçıvan əhalisi azərbaycanlılardan ibarətdirsə, onun Qarabağla müqayisəsi yerinə düşmür, Biz Qarabağı ancaq Ermənistanın tərkibində yaradılan muxtar bir qurumla müqayisə edə bilərik" , - Fazil Mustafa bildirib.

Millət vəkili ehtimal edib ki, bu proseslər gələcəkdə Konstitusiyaya dəyişikliklərə apara bilər.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Vasif Talıbov yenidən sədr seçildi

    Vasif Talıbov yenidən sədr seçildi ...

    24-02-2020, 14:22

  • 
  • Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM

    Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM ...

    10-11-2018, 15:41

  • 
  • Vasif Talıbov da parlamenti buraxdı

    Vasif Talıbov da parlamenti buraxdı ...

    9-12-2019, 17:17

  • 
  • NAXÇIVANA YENİ DTX RƏİSİ TƏYİN OLUNUB – Vasif Talıbov fərman imzalayıb

    NAXÇIVANA YENİ DTX RƏİSİ TƏYİN OLUNUB – Vasif ...

    9-07-2019, 16:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu