Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şuşa döyüşlərində ağır yaralanan qazi vəfat edib
Vətən müharibəsi iştirakçısı Mirdavud Tahirov dünyasını dəyişib.
Mirdavud Tahirov Şuşa döyüşlərində ağır yaralanıb. O, 2 ildən artıq idi müalicə olunurdu. Astara rayonu Pensər kənd sakini olan M.Tahirov aldığı müalicələrə baxmayaraq, dünyasını dəyişib. O, doğulduğu kənddə dəfn edilib.
Qeyd edək ki, Mirdavud Asəm oğlu Tahirov Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. Vətən Müharibəsi başlayanda o təhsili yarımçıq qoyub müharibəyə yollanıb. Onun anası da müharibə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib. M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
GUNDEMXEBER.AZ
30-03-2021, 17:18
28-01-2021, 12:06
28-06-2021, 14:35
15-12-2020, 21:14
30-03-2021, 10:31
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?