GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Britaniyanın Bakıdakı səfiri “Parisi partladır”: - Diplomatik incəliklə verilən sətiraltı kodlar

Britaniyanın Bakıdakı səfiri “Parisi partladır”: - Diplomatik incəliklə verilən sətiraltı kodlar

Tarix: 10-01-2023, 16:59 Bölmə :Cəmiyyət Baxış: 103


Britaniyanın Bakıdakı səfiri “Parisi partladır”:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan dili səviyyəsini yüksəldərək elə bu dildə ölkəsinin tarixi rəqibinə subliminal mesajlar ötürür.
Britaniya səfirinin “Twitter”də Azərbaycan dilində etdiyi paylaşımda ev tapşırığı olaraq “Dərviş Parisi partladır” filminə baxdığını yazması xüsusi diplomatik incəliklə Fransaya nələrinsə xatırladılmasıdır.
Britaniyalı diplomat “ev dərsi” anlayışını, sadəcə, Azərbaycan dili müəlliminin ona verdiyi tapşırıq kimi qələmə verir, hərçənd ki, bunun daha dərin mətləbləri var.
Bu, dünyanın supergücləri siyahısında yer tutan Britaniyadan verilən tapşırıqların Fransaya qarşı tündlüyünü göstərən subliminal elandır.
Fransanın Azərbaycana qarşı mövqeyini tirajlaması və bəzi gizli fəaliyyətlərini belə, açıq müstəviyə çevirməsi onun Cənubi Qafqazı uduzmasının yaratdığı yarımçıqlıq kompleksindən irəli gəlir.
Böyük Britaniya Fransa ilə rəqibdir, hər iki ölkə NATO ailəsinin “övladı” olsa da, London ABŞ ilə birgə Parisi qlobal arenada hörmətsiz etmək siyasətini yürüdür.
Cənubi Qafqaz səhnəsində Böyük Britaniya özünə lazım olan yerlərə yiyələnib və bu, Fransanın ona qarşı tarixi qisasçılıq hissini alışdırır.
İki ölkə də kolonial siyasət yürüdən imperiyaların tarixi varisləridir və Britaniya-Fransa qarşıdurmasının Cənubi Qafqaz platformasındakı nüfuz savaşının təzahürləri həmin köklərə əsaslana bilər.
Tarixi mənbələrlə qısa ekskurs edəndə göz önündə iki ölkənin Cənubi Qafqaz üzrə bir-birinə qarşı qəzəbinin mənbəsinə gedib çıxmaq olar.
Söhbət 1916-cı ilin may ayında iki ölkə tərəfindən ratifikasiya edilən “Says-Piko” razılaşmasından gedir.
Qısa icmal şəklində konseptual qeydlər edək. Bu razılaşma Britaniya ilə Fransa arasında Rusiya imperiyasının, İtaliya Krallığının dəstəyi ilə imzalanmışdı, məqsəd dağılan Osmanlı imperiyasının ərazilərini qamarlamaq məsələsində pay sahibliyini müəyyən etmək idi.
Ancaq Birinci Dünya müharibəsindəki gedişatlar, gözlənilən nəticələr razılaşmalardan tədrici uzaqlaşmaq üçün bəhanələr yaratdı.
Əlqərəz, Britaniya Cənubi Qafqazda Rusiyanın strateji maraqları qarşısında aciz duruma düşdükdən sonra qoşunlarını Azərbaycandan çıxarmaq məcburiyyəti ilə üzləşəndə regiona alternativ sədd kimi Fransanı soxmağa çalışır.
Britaniya Cənubi Qafqazda Fransaya mandat verməklə iki hədəfi müəyyən edirdi:
1. Fransanı “Says-Piko” müqaviləsindən Britaniyanın xeyrinə imtina etməsinə razı salmaq;
2. Əvəzində Cənubi Qafqazı Fransaya “bəxşiş vermək”;
3. Strateji tabloda əsas məqsəd isə Fransanı Böyük Britaniyanın digər regionlar üzrə maraq dairəsindən uzaqlaşdırmaq idi.
Ancaq bu təkliflər Britaniyada böyük dəstək qazanmadı və reallaşmadı. Fransanın əlindən Cənubi Qafqaz kartı da beləcə çıxdı. Bugünkü Britaniya-Fransa hibrid savaşının konseptual tərəfləri qlobal səhnədəki baş rola iddialılıqdan qaynaqlanırsa, Cənubi Qafqazdakı “müharibə” də həmin ümumi mənzərənin bir detalıdır.
Britaniyaya uduzan Fransa rəqibinin Azərbaycandakı sərmayəçilik profilini gücləndirməsinə və strateji maraqları yönündə inamla irəliləməsinə maneə yaratmaq istəyir.
Ancaq Britaniya regionda münaqişələr və onların idarə edilməsi, sülh quruculuğu üzrə xüsusi təcrübəyə malikdir və onun bu yanaşması hazırda Azərbaycanın dövlət maraqlarına uyğundur.
Fransa isə tarixdən qalaqlanan qəzəblərinin üstünə strateji məğlubiyyətlər gəldikcə daha da hiddətlənir və o, Britaniyanı sıxışdırmaq üçün Rusiya ilə də sövdələşməyə can atır.
İndi Böyük Britaniya səfiri cənab Fergus Auld Azərbaycan dilində verdiyi mesajla “Parisi partladır” və sətiraltı şəkildə bildirir ki, sən Cənubi Qafqazda məğlubiyyətə məhkumsan.
İkinci bir yandan, Britaniya səfiri Fransanın Cənubi Qafqazdakı hansısa kəşfiyyat planından xəbərdar olduğunu elan edə bilər. Yəqin ki, Britaniya nüfuzlu kəşfiyyatı vasitəsilə Parisdən artan təzyiqlərin yeni izinə düşüb...
Aqşin Kərimov,
Siyasi şərhçi - DİA.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli Böyük Britaniya səfiri ilə görüşüb

    Cəmil Həsənli Böyük Britaniya səfiri ilə görüşüb ...

    5-05-2016, 18:27

  • 
  • “Azarkeşlər artıq fantastik stadionla tanış olublar” – Britaniya səfiri

    “Azarkeşlər artıq fantastik stadionla tanış ...

    27-05-2019, 12:17

  • 
  • Fransanın insan hüquqları üzrə səfiri sabah Azərbaycana gəlir

    Fransanın insan hüquqları üzrə səfiri sabah ...

    21-05-2013, 19:45

  • 
  • Böyük Britaniyanın İrandakı səfiri ölkəni tərk edib

    Böyük Britaniyanın İrandakı səfiri ölkəni tərk ...

    15-01-2020, 14:56

  • 
  • Azərbaycan Fransaya nota verdi

    Azərbaycan Fransaya nota verdi ...

    4-12-2020, 20:55


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (416)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu