Piranalar Serrasalmidaye ailəsinə mənsub yırtıcı balıqlardır. Bu balıqların 90-dan çox növü elmə məlumdur. Piranalar Cənubi Amerikanın isti su hövzələrində yaşayırlar.
Bu balıqların ən azmanı Qonur Pakudur. Onun maksimum uzunluğu 108 sm, çəkisi isə 40 kq yaxındır. Bu yırtıcıların ən geniş yayılmış növü isə adi piranalardı. Onlar 15-50 sm uzunluğa, maksimum isə 4 kq çəkiyə sahib olurlar. Piranalar güclü ağız-çənə əzələlərinə, möhkəm alt çənəyə, geniş ağıza və üçbucaq formalı iti, kəsici dişlərə sahibdilər. Məhz bu xüsusiyyətlərinə görə piranalar güclü dişləmə, qoparma funksiyalara sahibdilər. Onlar ağız-çənə əzələlərinin sayəsində öz həcmlərindən 30 dəfə çox dişləmə gücünə sahibdilər. Piranalar 30 sm qədər görmə sahəsinə malik olsalar da, səs və hərəkətlərə qarşı çox həssasdılar. Bu yırtıcılar sürü şəklində ovlarının üzərinə şığıyaraq bir neçə dəqiqə ərzində şikarlarından geriyə sadəcə sümük qalıqları saxlayırlar. Piranalar əsasən balıqları və çaylarda üzən quşları ovlayır, həmçinin suda tələf olmuş digər heyvanları da didişdirib yeyirlər. Piranalar insanlar üzərinə hücum çəksələr də, tarixdə onlar tərəfindən qətl edilən adama rast gəlinməyib. Piranaları "sualtının bədbeybətləri", "sualtı cavanarları" kimi adlandırırlar.Bu yırtıcıların diqqət çəkən xüsusiyyətlərindən biri də şikarlarından daha iri tikə qoparmaq üçün bir-birləriylə amansız mübarizə aparmalarıdı. Amma Latın Amerikanın
Amazon, Paraqvay, Paranam Essekibo çaylarında üzən piranlardan daha qorxulu olanı insanlar arasındakı "piranalar"dı. Əgər tropik sularda üzən piranalar təbiətdə sağ qalmaq üçün yırtıcılıq edirsə, 2 ayaqlı "piranalar" da şöhrət, pul, vəzifə, hakimiyyət hərisliyindən dolayı vəhşiliyə, hannibalizmə üz tutur.
Məni yaxından tanıyanlar, ictimai-siyasi mövqeyimə bələd olanlar bilir ki, demokratiyaya, liberalizmə, gender bərabərliyinə, kapitalizmə, homoseksualizmə nifrət edirəm. Siyasi əqidəcə də xalqın sosial rifahının təmin olunması və güclü dövlətin mövculuğunda maraqlı milli-sosialistəm. Amma bununla bərabər dövlətçiliyimizin inkişafına təkan verəcək sağlam düşüncələrə, fəaliyyətlərə açıq biriyəm. Təəsüflər olsun ki, 32 ildən çoxdur nə sağlam fikirlərə, nə də siyasi etika-estetikaya sahiblənə bildik.
Təbii ki, məmləkətdə sadaladıqlarımı formalaşdıracaq mühit də yoxdur. Amma mühitin olmamasında sistemdən, hökümətdən, dövlət başçısından da çox günah sahibi elə özümüzük. Çünki xalqın mütləq əksəriyyəti məişətlə, bayağılıqla bağlı düşüncələrdən daha böyük fikirlərə doğru addımlamır və ya adımlamaq istəmir. Yəni, ağanın vaxtındakı rəiyyət, Axundovun dövründəki cəhalət, Mirzə Cəlilin zamanındakı dar düşüncəlilik hələ də qalmaqdadı. Dəyişən sadəcə geyimimiz, adlarımızdı. Məhz bu səbəbdən son 130 ildə nə tərəqqipərvər siyasi ideologiya, nə siyasi rəqabət, nə də lokal səviyyədə (hələ qlobalı demirəm) inkişafa, vəhtədə gətirəcək bir fəaliyyət ortaya qoya bilmişik. Ona görə də özünü ölkənin ən qədim, elitar partiyası hesab edən Musavata "alternativ" olaraq "Müasir Musavat" birliyi qarşı qoyuldu.
Tərrəqqipərvərliyi, fəhlə-kəndlinin dayağı olmaqla öyünən Kommunist partiyası 3 yerə parçalandı. Azadlıq, müstəqillik carçılığı edən Azərbaycan Xalq Cəbhəsi 4 yerə ayrıldı. Nəticədə hər yerdə siyasi sərtiştəsiz, siyasi iradəsiz, populist, ulitarist fiqurlar göbələk kimi baş qaldırdı. Zərbə isə zəhmətkeş, alturist, mənəviyyatlı, aydın insanlara dəydi. XXI əsrin, 22-ci ilini tamamlasaq da, əksər məsələlərdə erkən orta əsrlər təfəkküründə qalmışıq. Bu fikir mübadiləsi, siyasi baxışlar, ölkə-dövlət-xalq naminə taleyüklü məsələlərdə birləşmək əvəzinə bir-birinə quyu qazmaq və digər bu kimi nüanslarda özünü daha qabarıq göstərir. Mütləqdir ki, aqil-aydın zəkalar danışanda onların qarşısına antoqonist, infantil, nepotist, fidelist ruhlu tör-töküntülər çıxa(rıla)raq qara yaxmaq, olmazın çamurlar yapışdırmaqla məşğul olacaq. Yuxarıda adlarını açıqladığım partiyalar kimi daha bir hərəkat qaz götürmək istəyirdi. Amma onların təkanı heç məhəllə, dalan çərçivəsində toplaşmağa da gətirib çıxarmadı. Söhbət "Avarsiya hərəkatı və avrasiyaçılıq"dan gedir. Yenicə feysbuk köşələrində "aktivləş"mək istəyirdilər ki, muradları gözlərində qaldı. Körpətək yenicə iməkləməyə başlayan "Avrasiya hərəkat"ı, ilk addımını atmamış İbo Sel (İbrahim Həsənov) ilə Nadir Quliyev özlərinin ulitarist xislətlərindən dolayı onu əzdilər, didişdirdilər ardınca da fatihəsiz dəfn etdilər.
İbo Sel və Nadir Quliyevlə mənim heç bir şəxsi problemim yoxdu, hər ikisindən də özümə qarşı pislik görməmişəm. Onların barəsində aşağıda deyəcəklərimlə şəxslərini yox, əməllərini, fərsizliklərini, natamalıqlarını, qeyri-səmimilikləri, riyakarlıqlarını və piranasayağı yırtıcılıqlarını hədəf almışam. Milli-sosialist olsam da, Şərq xalqlarının və bütünlükdə Asiya-Afrika qitələrinin Qərb-Avropa imperializmindən yaxud rusiyalı "avrasiyaçılar"ın diliylə desək "atlantistlər"in caynağından qurtulmağında və bir qütblü dünyanın yox olmasında maraqlıyam. Məhz bu yanaşmama görə özünü "Avrasiya Hərəkətı"nın Azərbaycandakı "rəhbər"i hesab edən İbo Sellə münasibətimiz alındı. Əslində İbo Seli təxminən 7 ildi virtual olaraq tanıyırdım. Onun yazdığı "Amerikaçılıq nədir?" kitabından və bəzi saytlardakı publisistik yazı və çıxışları diqqətimi çəksə də, daim tarixi, siyasi, milli maraqlar mövzularda atışmışıq (virtualda). Amma ortaq kəsişən fikirlərimizdə olub. Əsas da Azərbaycan SSR, Nərimanov-Bağırov barədə qara piarlıqla məşğul olan tör-töküntülərlə ideoloji mübarizədə həmrəy olmuşuq. İbo Sel məni 2 dəfə məclislərinə dəvət edərək, rəyasət heyətində əyləşdirdi. Mən ona dəfələrlə "avrasiyaçı" olmadığımı demişəm. O da bunun problem yaratmadığını, əsas odu bir qütblü dünyanın əlehinəsən, bu bizim üçün kifayətdi deyə narahatçılığın olmadığını vurğulayıb. İstər Korovinin “Avrasiya Birliyinə gedən yol”, istərsə də Duginin "Avrasiya Hərəkatının proqramı" kitablarını (Nadir Quliyevin tərcümə və redaktəsində) diqqətlə mütaliə etmişəm. Bilik mənbələrində Avrasiya xalqlarının birliyi, qarşılıqlı, hərtərəfli əlaqələrin inkişafı, dövlətlər arasında düşmənçiliklərə, qarşıdurmalara, narazılıqlara birdəfəlik son qoymaq Avropa İttifaqına alternativ Asiya, Afrika, ölkələrinin birliyini yaratmaq və bu əməkdaşlığın coğrafiyasını daha da genişləndirərək Qərb-Avropa imperializminə, bir qütblü dünyaya qarşı çox qütblü dünya modeli qoymaq və s. mövzularda yaxşı fikirlər yer alır.
Amma məşhur el sözümüz var: "Avazın yaxşı gəlir, oxuduğun Quran olsa". Mən gözəl avazla Quran oxuyaq, hafiz olaq demirəm, amma Dugin ilə Korovinin nə qədər yaxşı avazlara sahib olsa da, onlardakı latent rus milliyətçiliyini və neoçarizm ideyalarının sezirəm. Odur ki, hər 2 rus nəzəriyyəçisi və onların ölkəmizdəki nümayəndələrinin səmimi olmadığından adım kimi əminəm. Kommunizm, sosializm də gözəl ideyalar idi, amma onu həyata keçirənlər alçaqlar oldu. SSRİ-ni və hazırkı Rusiyanı ABŞ, Böyük Britaniya, Fransadan daha mələk hesab edirəm. Qərbin demokratik mələk qiyafəsi Hollivud, Netfliks filimlərinin təşviqat, təbliğatından başqa bir şey deyil. Lakin Rusiyayla nə qədər dost-yoldaşlıq etsək də, arxayınlıqla kürəyimizi ona çevirməməli, həmişə göz-gözə olmalıyıq. Ayını nə qədər əhilləşdirib şokolat-balla bəsləsən də, ehtiyatı əldən verməməlisən, əks-halda başını əzəcək. Elə "avrasiyaçılar"ın yığıncaqları zamanı orda toplaşanların əksəriyyətinin necə rəngarəng naqislər olduğunu gördüm. Əlindən bir iş gəlməyən, psixoloji travmalı, ərgənliyindən çıxa bilməyən, yanıq, nankor, qardaşlıqdan-birlikdən dəm vuran etnik qrupların bizə (türklərə) və dilimizə qarşı latent faşistlikləri, ərazi separatçılığı “eşq”iylə döyünənlərin, məmləkəti Kremldəki anti-azərbaycan ruhlu zatulin kimilərin peşkalığını edən, siyasi pozğunluqla məşğul, hər cür tör-töküntülər yer alırdı. Hələ bu azmış kimi 2 kəlməni böyür-böyürə qoya bilməyənlər camaata ağıl öyrətmək, Azərbaycanın daxili-xarici siyasətdə "yeni xətt" yürütmək, ölkəni işıqlı gələcəyə, camaatı ağ günə çıxarmaq kimi populistlik çıxışlar da edirdilər. Rusiyada bizə qarşı çıxışlar edən ivanların, sergeylərə hər cür yarınmaqla "afrodita"lıq edərək "Dərbəndin tarixən bizə heç bir aidiyyatı yoxdu, Dərbənd əbədiyən Rusiyanındı" deyə ulaması isə təşkilatdakıların hansı yuvanın quşları olduqlarını aydın göstərdi. Təbii ki, Kremldəkı qalstukluların "afrodita"sına feysbuk profilimdəki 57 dəqiqəlik canlı videomla layiqli cavabları verdim. Ömür yetsə, bu adamın siyasi "ambisiya"ları ilə bağlı yutub üzərindən də çıxış edəcəm. Sadaladığım olaylarla bağlı istər üzbəüz, istərsə də virtualda dəfələrlə İbo Selə iradımı, etirazmı ən kəskin şəkildə bildirmişəm. O isə hər dəfə: "Qardaş, dediklərinin hamısını aradan qaldıracam. Yığışdıqca, təşkilatı lazımsız adamlardan təmizləyəcəm” desə də, vədləri qurşağına düşdü. İbonun işi-gücü ancaq qeyri-peşəkar səviyyədə meymun-it şəkillərinə aşağılayıcı sözlər əlavə etməklə kvazimüxalifətimizin nümayəndələrinə "obraz"lar verməkdən ibarətdi. Bu azmış kimi onun "Putin qoşun yerit bizi bu pidarastların əlindən xilas et" paylaşımı haqlı olaraq narazılıq və cavab atəşiylə qarşılandı. Bu statusla “avrasiyaçılar”ın bütün maskaları cırıldı. Bununla dürüst insanların İbo Selin populist vədlərinin nə olduğunu anlayaraq onun "təşkilat"ından çıxdı. Nadir Quliyev bunu gözləyirmiş kimi, ortada olmayan "taxt"ı ələ keçirmək üçün, ac pirana kimi meydanda göründü.
Nadir Quliyevi 2021-ci ildə sosial şəbəkələrdən tanıdım. Bir qədər araşdırarkən onun yazıçı, tərcüməçi olduğunu öyrəndim. Müəyyən zaman sonra isə Nadir bəyin vaxtilə Əli Kərimlinin "cəbhəsi"ndə olduğunu, lakin illər keçdikdən sonra onun rəhbərlik etdiyi partiyadan höccətləşib ayrıldığından agah oldum. Təbii ki, bir insanı siyasi əqidəsini və partiyasını dəyişməyə görə baltalamaq olmaz. Amma bu cür addım atan insanı boş da buraxmaq olmaz. Çünki ciddi yaşantılar, ideologiyada tənnəzzül, çürüklük yoxdusa, fors-major hadisə baş vermədikcə kimsə siyasi əqisəni dəyişirsə, o kəslərə rahatlıqla kürəyini çevirmək təhlükəlidi. Adətən əqidəcə, iradəcə, düşüncə etibarıyla möhkəm olan kəslər hansı siyasi şəraitin, sistemin mövcudluğundan asılı olmayaraq ya birdəfəlik siyasətdən gedir, ya da idealist kimi yolundan dönməyərək tək qalır. Nadir bəy siyasətdən getmədi, amma mövqeyində idealist də olmadı. Bölgəbazlığa, yerlibazlığa, qohumbazlığa və tayfabazlığa nifrət edirəm. Amma reallıqları da danmaq olmaz. İmişli-Beyləqan camaatı (90-95%) hələ də bir çox ibtidai tabularla, mentallığın çürümüş tərəflərini yaşatmalqa məşhur və məşğuldu. Bu bölgələrdə qohum evliliyi hələ də dominantlıq edir. Bunun tibbi fəsadları qalsın bir kənara, həmin diyarlarda ziyallılar yetişmək sarıdan da orucluqdu. Camaat əsasən heyvandarlıqla məşğuldu, biraz imkanlılar Rusiyada iş qurub kef çəkir, daha çox pulu olanlar isə Bakıda binalar tikir. Ona görə də İmişlidən Musa Musayev və Niyaməddin Musayevdən o tərəfə məşhur fiqur çıxmayıb. Həqiqət naminə vurğulamaq lazımdı ki, Nadir bəy, sadaladığım tabuların bir qismini sındırıb. Adam uşaqlıqdan tərəkəmə söhbətlərinə, mal-qaraya, fermer təsərüfatçılığında pullar qazanmağa yox, kitab-dəftərlə baş qatıb. Nəticədə filoloq olub. Yazılarından hiss olunur ki, sanballı əsərlər oxuyub, hazırda da mütaliə edir, filmlər izləyir. Təqdirə layiq haldı. Kaşki onun həmyaşıdları və gənclərimiz də ən pis halda özlərini belə inkişaf etdirərdi. Onu da etiraf edəki ki, Nadir bəy, dünyagörüş, savad və populyarlıqda İbo Seldən bir addım öndədi. Amma alim olmaq asandı, insan olmaq çətin misalını unutmayaq. İmişlili “mirzə”nin xarakterində problemlər çoxdu, özünü üstün görmək kimi hərəkətləri də var. Bu da onu münasibətlər qurmağında, ictimai-siyasi cığırında maneələr yaradır. Odur ki, mütaliə adamı olmaq, hələ yaxşı insan, köşə yazarlığı isə təşkilatçı, siyasətçi, lider, tabe etdirmək bacarığına malik olmaq demək deyil. Əgər elə olsaydı, aristotellərin, sokratların, pifaqorların, platonların mövcud olduğu Yunanıstanı iyrənc oriyentasiyalı Makedoniyalı İsgəndər imperiyaya çevirməzdi, SSRİ-də Kamenev, Buxarin, Zinovyev kimi nəzəriyyəçilər olduğu halda azman ölkəyə ali təhsilsiz gürcü Stalin nüvə dövlətinə çevirməməliydi. Nümunələr çoxdu, amma anlayan üçün kifayətdi. Odur ki, savadlıyam, mirzəlik edirəm, sosial şəbəkələrdə yaxşı postlar paylaşıb layklar toplayıram deyə sinəsinə döyənlər özünü ancaq yuxularda, xəyallarda "hökmdar" hesab edə bilər. Nadir bəyin tarixi yaralarımıza yanaşması da izqoycasınadı. Hansı ki, yuxarıda qeyd etdiyim "afrodita"nın siyasi manqurtluğunu ifşa etdiyim zaman Nadir bəy həmin 2 ayaqlını müdafiə edən birincilərdən idi. İbo Sel "avrasiyaçılığ"ın Azərbaycandakı filialında özünü Napaleon Bonapart, Adolf Hitler, İosif Stalin, Mao Tszedun, Heydər Əliyev sanır. Nadir Quliyev isə özünü adları sadalanan nəhəng simalara müxalif çıxmış Şarl Moris dö Taleyran, Qreqor Ştrasser, Lev Trotski, Lin Byao, Surət Hüseynov timsalında görərək, cəlilabadlı "pirana"nı devirmək "eşq"inə düşüb. Əslində İbo-Nadir cütü bəyənmədikləri Əli Kərimli, Hafiz Hacıyev səviyyəsindən də aşağıdılılar. Narıncı ilə "yeraz pitbulu"nun belə tərəfdar-trolları (nə qədər murdar olsalar da) sayəsində ya izləyiciləri, ya da söyüb gündəmdə saxlayanları var. Dugin ilə Korovinin paça arasından keçmək üçün alışan iboların, nadirlərin kütləvi seyirciləri hardadı?! Feysbuk köşələrində dördayaqlıların şəkillərini aşağılayıcı sözlərlə bəzəyib paylaşımlar tirajlamaq, slavyanofilliyə yarınmaq, tariximizi təhrif etmək, əzəli torpaqlarımıza bizim deyil deyib ulamaqla nə tərəfdarlar toplanılır, nə də qlobal miqyasda düşüncələr həyata keçirilir. Poqon yoldaşım Eynulla əfəndi də, hardan, kimdən, nədən motivasiya aldığı bəlli deyil. Azərbaycanda "Avrasiya hərəkat"ının ağssaqqalları, gəncləri, qadınları olmadığı halda feysbukda hərəkatın "ağsaqallar, "qadınlar", "gənclər" şurası yaradır. Ay yoldaş, xammal olmadan nəsə yaratmırlar. Olmaya "Santa-Klaus" sizlərə 2023-cü ildə hədiyyə olaraq milyonlarla tərəfdar bəxş edəcək xəbərimiz yoxdu?!
Aysberqin görünməyən başqa tərəfi də var.
İbo Sel siyasi "fəaliiyyət"ində avatürist, macəracı olduğu halda, Nadir Quliyev qisaskar, mənfəətini güdən, nəzərlərə-alqışlara həris biridi. İmişlili “demosfen”nin mənfəət və şöhrətpərəstliyi anlamaq (çoxları bunu arzulayar) olar. Amma qisaskar, daha doğrusu ruslar demiş “obijennik” olmasını yox. Gəncliyini meydan hərəkatlarında keçirən, uzun müddət Əli Kərimli "apostolluğ"unu edən sonra da araları dəyərək qapı-dışı edilən Nadir Quliyev həyatda ən böyük şilləsini alıb. Özü də bu şillə tək üzünə yox, başına, sinəsinə, kürəyinə, əl-qoluna, ayağına ... dəyməklə onun "siyasi çırağ"ını söndürməklə zülmətə vasil edib. Bu küçədə dəfələrlə döyülərək hər dəfə oyuncağı əlindən alınan uşağın faciəsini xatırladır. Belə uşaq təbii ki, qisaskar, obijennik, üsyankar olmaqla kifayətlənməyəcək, həm də degenerata, manyakcasına qətllər törədən caniyə çevriləcək. Bəxtimiz onda gətirib ki, Nadir "hoca" Çikatiloya, Ted Bandiya çevrilməyib. Buna rəğmən siyasət mühitindən qovulan o, piranasayağı "yırtıcılığ"ıyla geridönüş etmək istəyir. Suda üzənlərdən fərqli olaraq imişlili "mirzə" dişini yox, dilini-qələmini "itiləyib". Odu ki, Nadir bəy itirilmiş illərini, narıncı Əlidən qisas almaq, 1-ci olmaq ehtimalı yüksək olan siyasi hərəkatlara baş vurub. Azərbaycanın siyasi arenasında öncülərdən olmaq üçün ya Rusiya, ya Türkiyə, ya İsrail, ya Qərb-Avropada havadar tapmalı, ya da yeraz-naxçıvan klanlarına yarınmalısan. Rusiya variantından başqa digərləri obijenni “Demosfen” üçün çətindi. Burda yaş amili də rol oynayır. Şimal qonşumuzdan başqa digər dövlətlər və adı çəkilən klanlar maksimum 30-35 yaşa qədər insanları lümpen kimi istifadə etməkdə maraqlıdı. Qısası qospodin Nadir Dugin-Korovin cütünə hər cür can atmaqla, öncəliklə rusiyalı “avrasiyaçılar” cərgəsində, Rusiya mühitində tanınmaq eşqindədi. Məhz bundan sonra ona Azərbaycan siyasi məkanında yaşıl işıq yanacaq. Hətta hökümət belə ona diqqət göstərib, qrantlar ayıracaq. Axı, ortada Şimal Ayısı var. Rəngarəng korrupsioner hökümət, talançı yeraz-naxçıvan klanları onsuz da, xirtdəyəcən batıblar. Kremldəki Putin ağanın yanında daha da pis olmağı gözə almağa hünərləri çatmaz. Əks təqdirdə Volodya açacaq sandığı, tökəcək pambıqları yaxud biraz da qəzəblənsə, yumruğunu vuracaq aidiyyatı kəslərin təpəsinə. Bunları imişlili “pirana” da yaxşı bilir. Ona görə o, nə qədər çətin, hətta iynəylə gor qazmaq bahasına olsa da, bu yöndə özünə çığır açmağa çalışır. Bir çox məsələlərdə (əsas da intelektual, mətbuatda, ictimaiyyətdə nüfuzu olmasına) Nadir Quliyevə uduzduğunu görən İbo Sel, təsdiqlənməmiş “hakimiyyət”ini, Rusiyadakı himayədarlarını, nüfuzunu itirməmək üçün ən cılız, miskin yola getməklə keyfiyyətsiz say artırmaqla "rəqib"inə güc gəlmək istəyir. O, heç bir bacarığı, öz düşüncəsi olmayan, gerizəkalı, hırnan-zırı qanmayan, separatçılıqla məşğul olan etnik qrupların nümayəndələrini, bank borclarından dolayı az qala xalqı və dövləti belə qumara qoyan alçaqları və digər bu kimi boşqabdibi yalayanları “Avrasiya hərəkatı”nı doluşdurur. Bütün bunların nəticəsidi ki, ura bağırıb irəli atılmaq istəyən “avrasiyaçılar" nəinki zirvələr fəth etmək, əksinə üfünətlə dala gedib beşikdən çıxmamış boğularaq nəfəsləri kəsildi.
10 gündən çoxdur ki, feysbuk "cəbhə"sində ikiayaqlı "pirana"nın "qarşıdurma"sı davam etməkdədi. Zukerberqin virtual aləmindəki "komediya"da İbo ilə Nadir cütü xoruzların didişməsini əvəz etməkdədi. Cəlilabadlı "pirana" rəqibini iqtidara iyrəncəsinə məddahlıqda, Əli Həsənovun çuğulçusu olmağında, "mirzəlik" giyafəsi geyinmiş "pirana" isə gözü götürmədiyini şimpanzelikdə, qanmazlıqda, tərbiyəsizlikdə ittiham edir. İmişlili filoloq hətta zəhləsi getdiyinə təxəllüs də verib : "İbosel Əlmeymun". Qısası virtual aləm hələ də küçə arvadları kimi bir-birinə ağzına gələnləri yağdıran tamaşa etməkdədi...
Bütün sadalananlar nəticəsində əsas zərbə onlara inanan dürüst, saf insanlara dəydi. Onlar həm qızıl vaxtlarını itirdi, həm də “Avrasiya hərəkatı”na, “avrasiyaçılığ”a olan ümidləri dəfn olnudu. Bu sonluq “Rokki 5” filmində gənc perspektivli boksçuları hər vasitəylə başlarını aldadaraq müqaviləylə özününküləşdirərək istismar edən, eləcə də Rokki ilə Tommini qarşı-qarşıya gətirib bir-birinə didişdirən Corc Vaşinqton Dük kimi alçaq, ulitarist "sahibkar"ı xatırladır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?