GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tərtər işində bilinməyən gizlinlər - ŞOK ADLAR

Tərtər işində bilinməyən gizlinlər - ŞOK ADLAR

Tarix: 20-01-2023, 00:08 Bölmə :Cəmiyyət Baxış: 722

2017 ci il “Tərtər terroru” hadisəsi haqqında bir çox içtimai müzakirələr keçirilib və proses hal-hazırda da davam edir.İçtimai müzakirələrdən sonra ehtimal olunan nəticələrdən birincisi və ən əsası bundan ibarətdir ki,şərti adı “Tərtər işi” adlandırılan soyqırım hadisəsi Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə həyata keçirilib.Bəzi hallarda isə PKK-terror təşkilatınında adı hallandırılır.Hər iki versiyanın olması ehtimalı təbii ki, mümkündür.Ən azı ona görə ki, dəfələrlə mətbuatda xüsusi xidmət orqanlarında Rusiyaya və PKK-ya bağlı olan qüvvələrin olması haqqında kifayət qədər məlumatlar yer alıb.Amma və lakin hadisələri incələdikcə daha vahiməli və vəhşət doğurucu mənzərələr yaranır.Əvvəl ondan başlayaq ki, orduda bu miqyasda bütün cəbhəboyu əməliyyatın keçirilməsi prezidentdən xəbərsiz baş tuta bilməzdi. Demək hər kəs razilaşar ki, əməliyyatın keçirilməsi prezidentdən xəbərsiz baş tutmayıb və hər kəsdə razılaşar ki əməliyyatın keçirilməsi üçün prezidentin razılığı alınıb.Prezident Əliyev isə razılıq verməzdən əvvəl bu miqyasda xəyanətin ola biləcəyinə inandırılmalıydı.Prezidenti belə bir miqyasda olan xəyanətə kim inandıra bilərdi ?

Başlayaq Müdafiə Naziri general polkovnik Zakir Həsənovdan.Təbii ki, Zakir Həsənovun məruzəsi nəticəsində prezident Əliyev belə bir nəhəng əməliyyatın başlanmasına əmr verməz ən azından ona görə ki, Zakir Həsənov 1 dəfə aprel döyüşləri zamanında bütün içtimaiyyətin gözü qarşısında prezidentə yalan məruzə edib və prezidenti aldadıb.Əgər kimsə iddia etsə ki, kimlərsədə Zakir Həsənovu aldadıb bu sadəlövlükdən başqa bir şey olmaz.Çünki ən azından aprel döyüşlərindən Tərtər işi arasındakı 1 il müddətinə heç bir yüksək rütbəli zabit cəzalandırılmayıb.

İkinci versiya isə DTX-nın sədri general polkovnik Mədət Quliyev ola bilərdi.Lakin Quliyevində belə bir məruzə etməsi real görsənmir.

Bəyənata imza atan digər 2 qurum haqqında isə belə bir iddiada olmaq sadəcə gülüş doğura bilər.Dövrün baş prokuroru general-polkovnik Zakir Qaralov və Daxili işlər naziri general polkovnik Ramil Usubovunda belə bir məruzə ilə çıxış etməsi mümkün deyil.

Yaxşı o zaman belə bir sual yarana bilər ki bəs kim ?

Ramiz Mehdiyevin belə bir məruzə etməsi təbii ki, prezidentdə haqqlı suallar yarada bilərdi.Məsələn sən hardan bilirsən? Bu sualın cavabının isə nə olacağını yəqin ki, çoxunuz təsəvvür edirsiniz.Yəni faktiki olaraq bu məsələni prezidentə məruzə edəcək adama prezidentin inanması və güvənməsi lazımdır ki, müharibə şəraitində olan bir ordunun cəbhə xəttində belə bir əməliyyatın keçirilməsinə razılıq vermiş olsun.

Qalır əməkdaşlıq etdiyimiz xarici ölkələrin xüsusi xidmət orqanlarından daxil olan informasiyalar nəticəsində inandırılmaq və əməliyyatların keçirilməsinə razılıq verilməsi.Prezidentin isə inanacağı və güvənəcəyi xarici ölkələrin siyahısına nəzər saldıqda şübhəsiz ki, ilk sırada bizə dost və qardaş ölkə olan Türkiyənin adını çəkmək heç kimdə təəccüb doğurmaz.Bəli düz eşitdiniz Türkiyə.

Xüsusi xidmət orqanlarımızın Türkiyə ilə sıx iş birliyində olduğunu nəzərə alsaq Türkiyədən göndərilən məlumatlarla prezidenti bu işə inandırmaq olardı.

Yuxarıda qeyd etdiyimiz kimi Müdafiə Naziri general-polkovnik Zakir Həsənov artıq 2016 cı ilin aprel döyüşləri zamanı prezidentə yalan məlumat verərək xəyanətin işartıları üçün zəmin hazırlamışdı.Zakir Həsənovun Müdafiə Naziri təyin olunan il sosial şəbəkələrdə Feto ilə bağlılığına dair səs yazısının çıxmasınıda yaddan çıxartmaq olmaz.Həmən səs yazısında isə hocaya bizim adamımızın Azərbaycanda savunma bakanı olması ilə bağlı məlumatın çatdırılması işıqlandırılırdı.

Bəli düz eşitdiniz FETO

2016 cı il Türkiyədə dövlət çevrilişinin baş tutmamasının və həmən ilin aprel döyüşlərinin də təxminən eyni vaxtda düşməsi (2 ay fərqlə) bölgədə yeni geosiyasi reallıqların yaranacağının anonsu idi.

Türkiyədə ki, uğursuz dövlət çevrilişinə cəhddən sonra bir sıra güc strukturlarında və xüsusi xidmət orqanlarında FETO-ya qarşı kütləvi həbslər həyata keçirildi və kifayət qədər yüksək rütbəli zabitlər cəzalandırıldı.Bundan əlavə dezinformasiyalar yaydığına görə bir sıra mətbuat orqanlarıda cəzalananlar siyahısına düşdü.Dövlətin bütün strukturlarında təmizləmə prosesləri həyata keçirildi.2016 cı ilin dekabr ayında Rusiya səfirinində Türkiyədə qətlə yetirilməsi isə Fetonun hansı miqyasda dövlətin içinə sığdığının baris nümunəsi idi.Türkiyə kimi dövlətçilik ənənələrinə malik olan bir ölkə üçün bu sos siqnalı olmaya bilməzdi.Bundan qabaq isə Türkiyədə ERGENEKON hadisəsi kimi tarixə düşən bir əməliyyat həyata keçirilmişdi.

Bunları xatırlatmaqda isə məqsədim yaddaşımızı təzələmək üçün idi.

İndi isə qayıdaq Tərtərə.Türkiyədə ki, uğursuzluqlardan və Fetonun ifşa olunmasından sonra Azərbaycanda da Fetoya qarşı bir sıra əməliyyatlar keçirildi.Üniversitetlər və məktəblər bağlandı,həmçinin ANS telekanalıda FETO əməliyyatının qurbanı oldu bundan da əlavə bir sıra məmurlar işlərindən azad olundu və hətta həbslərdə həyata keçirildi.Çox maraqlıdır ki, Fetoya qarşı əməliyyatlar ordu və xüsusi xidmət orqanlarında həyata keçirilmədi.Hansısa sehirli bir əl prosesin tam olaraq yekunlaşmasına imkan vermədi.

Ehtimal olunan versiyalardan biri olaraq bunu qeyd edə bilərəm ki, Türkiyə xüsusi xidmət orqanlarına sızmış FETO terror qruplaşması vasitəsilə Azərbaycan hakimiyyətinə daha dəqiq desək prezident Əliyevə saxta məlumatlar ötürülür və Əliyevin göstərişi ilə cəbhə boyu vətən xainlərinin axtarışına çıxılır.

Bu işdə böyük can fəşanlıq göstərmiş şəxslər isə əllərindən gələndəndə artığını edirlər ki, özlərini prezidentə xoş göstərsinlər və prezidentə daxil olan məlumatların səhihliyinə heç bir şübhə yeri qoymasınlar.Aralarından bir nəfərində olsa cəsarəti çatıb prezidentə məlumatların saxta olduğu barədə raport təqdim etmir.

Ona görədə bütün qurumlar əl-ələ verərək belə bir miqyaslı soyqırım aktını həyata keçirirlər.

Orduya bu səviyyədə zərər vurmaq FETO-nun nəyinə lazım idi?

İlk əvvəl ondan başlayaq ki, 2016 cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun gücünü hər kəsin gördüyü kimi uğursuzluqlarımızıda görməmiş deyildilər.Çünki kiçik bir ərazi uğrunda xeyli şəhid verməyimiz uğurlu əməliyyat hesab oluna bilməzdi.Bəs onda FETO-ya Azərbaycan ordusunda soyqırım aktı keçirmək nəyə lazım idi ?

İlk öncə Qarabağ bölgəsinin strateji məntəqə olması dəhlizlərin oradan keçməsi Rusiyanın cənuba quru yol əldə etməsi Türkiyənin isə cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyaya açıla bilməsi üçün istər Şimal-Cənub dəhlizinin istərsədə Zəngəzur dəhlizinin açılması çox önəmli idi.Buna görə də Ərdoğan və Putin əməkdaşlığı nəticəsində Qarabağ problemini həll etdik desək yəqin ki, yanılmış olmarıq.Müharibədən sonrada Rusiya və Türkiyə əməkdaşlığı davam etdi və Ağdamda monitorinq mərkəzi yaradıldı.Ərdoğanın açıqlamalarında da Putin ilə əməkdaşlıq nəticəsində Qarabağ probleminin həll olması bir neçə dəfə qeyd olunub.Bəs Qarabağ probleminin həll olmaması kimə və yaxud kimlərə lazım idi? Təbii ki, Minsk qurupunun digər üzvləri olan Fransa və Amerikaya.Çünki dəhlizlərin açılması istər Rusiya istərsədə Türkiyəyə həm strateji həmdə iqtisadi dividentlər qazandıracaqdı.Bu gündə Ermənistan vasitəsilə dəhlizlərin açılmasının qarşısı alınır və bölgədə gərginlik yaradılır.Təbii ki Paşinyan öz başına bu qərarları verə bilməz.Prezident Əliyevin Paşinyanı Sorosun uşağı adlandırması və Amerikanın 2 ci ən böyük səfirliyinin Ermənistanda yerləşməsidə təsadüfi deyil.Zəngəzur dəhlizinin açılmaması üçün Paşinyan əlindən gələni edir.Demək bizə aydın olur ki, Qarabağ probleminin həll olması Türkiyə və Rusiyaya lazım idi.Amerika və Fransaya isə yox.

Rusiyanın hərbi vertolyotunun məhz Naxçıvan ərazisindən vurulmasıda təsadüfi deyildi.

Tərtər hadisələrində xüsusi fəallığı ilə seçilən və əsasən zərərçəkmişlərlə əlaqə yaradan onların susması müqabilində pullar təklif edən və bir çox hallarda buna nail olmuş şəxsin polkovnik Babək Səmidli olmasıda təəccüblü deyil.Çünki Babək Səmidlinin nurçu olması haqqında bir çox zərərçəkmişlərdə bu barədə məlumat verib və yaşadığı Göyçay rayonunda da Babək Səmidli nurçu kimi tanınıb.Hadisələrdə yeganə yüksək rütbəli şəxsin polkovnik Babək Səmidlinin Türkiyə təhsilli olması sizcə təsadüfdürmi ?

Hadisədə adı çəkilən yüksək rütbəli zabitlərin adlarını və təhsilləri haqqında qısa məlumat verdikdən sonra məqaləmiz davam edəcək.

1)Müdafi Naziri general polkovnik Zakir Həsənov: Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Ali Ümümqoşun Komandirləri məktəbi, Cəmşid Naxcivanski adına hərbi lisey.

2)Müdafiə Naziri Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov: Bakı Ali Ümumqoşun komandirlər məktəbi,Frunze adına hərbi Akademiya,B.M.Şapoşnikov adına Vistrel ali zabit hazırlığı kursu.

3)Korpus komandiri general-mayor Hikmət Həsənov: Silahlı qüvvələrin hərbi akademiyası

4)Korpus komandiri general-leytenant Mais Bərxudarov: Cəmşid Naxçivanski adına hərbi lisey.

5)Hərbi prokuror general-leytenant Xanlar Vəliyev: Bakı Dövlət Universiteti

6)Hərbi prokurorun müavini general-mayor Şəfaət İmranov: Bakı Dövlət universiteti

7)Baş Prokuror Zakir Qaralov: Bakı Dövlət Universiteti

8)Baş prokurorun müavini Rüstəm Üsubov: Tomsk Dövlət Universiteti

9)Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Rəisi general-mayor Natiq Əliyev: Azərbaycan Tibb Universiteti və Azərbaycan Kooperasiya Universiteti

Gördüyünüz kimi adları ən çox çəkilən yüksək rütbəli generallar arasında bir nəfərdə olsun Türkiyə təhsilli general yoxdur.Yeganə yüksək rütbəli şəxs Babək Səmidli olub.

Deməli partiya sədrlərindən birinin dediyi kimi içtimai müzakirələr zamanı hədəf heçdə Türkiyədə təhsil alan generallar olmayıb.

Türkiyədə dövlətin içinə sızmalar və içtimai rəyin yalnış yönləndirilməsi prosesi eynilə Tərtər hadisələrində də təkrar olunub.İstər dövlət qurumlarına burada təkcə güc strukturları yox eləcədə icra hakimiyyətləri və bələdiyyələrində xüsusi rolu olub.Bundan əlavə partiya sədrləri baş redaktorlar və içtimai fəallar vasitəsilə prosesə yardım edilib.Eynilə Türkiyədə olanlar bizdə də təkrar olunub.

Sanki 2 qardaş ölkənin taleyi eyni yazılıb.

Türkiyədə ki proseslərdən də ən çox əziyyət çəkən ordu olduğu kimi bizdəki əməliyyatlardanda ən çox zərər çəkən ordumuz olub.

Sual yarana bilər ki Azərbaycanda müxalifət partiyaları, saytları niyə görə bu hadisələrə biganə yanaşıb və lazım olan qədər münasibət bildirməyiblər.Axı qərbə meyilli liberal düşüncəli təşkilatlar üçün bundan gözəl fürsət ola bilməzdi.Həm hakimiyyət gözdən salınardı həmdə Rusiya ifşa olunardı.Tutaq hesab edək ki, ölkə daxilində olanlar qorxublar hadisələrin üzərlərinə getməyə bəs kənarda fəaliyyət göstərənlər niyə prosesə qoşulmayıblar  ?

Çünki qrant pulları ilə qidalananlara belə bir göstəriş gəlmədiyinə görə hadisələrin üzərindən ən yaxşı halda ötəri keçiblər.

Bugün hər hansısa şəxsə qarşı baş vermiş ədalətsizliyə görə qərbə bağlı olan beynəlxalq təşkilatlar bir ağızdan bəyənatlar səsləndirir, Azərbaycan hakimiyyətinə hədə-qorxu gəlirlər amma Tərtərdə baş vermiş əsrin cinayətinə qarşı biz o reaksiyaları görə bilmirik.Ən azından işgəncələrdə adları hallandırılan adamlar haqqında tədbir görülməsi barəsində heç bir bəyənat yoxdur.Azerfreedomda Qurban Məmmədlinin rəhbərliyi ilə aparılan içtimai müzakirələrdən sonra AŞPA həmməruzəçi təyin edib.5 il ərzində AŞPA bilmirdi Tərtərdə hansı hadisələrin baş verdiyini? Necə olur ki, uzaq Naxçıvanın Bənəniyar kəndində baş verənlər haqqında məlumatlar ala biliblər,səfirliklər səviyyəsində bəyanatlar veriblər amma yaxın Tərtərdə baş verənlər haqqında yox.Soyqırım hadisələri təkcə hərbi hissələrdə törədilməyib axı.Kəndlərdə mülki vətəndaşlarda təcavüzlərə və işgəncələrə məruz qalıblar.

Suallar maraqlıdır eləmi ?

Ölkədə at oynadan FETO və PKK terror təşkilatlarının təşkilatçılığı və icraçılığı ilə baş tutan Tərtər soyqırımı Azərbaycan tarixinə qara ləkə kimi düşüb.Bu ləkə isə dərhal və qeyri-şərtsiz təmizlənməlidir.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu çıxışlarında dəfələrlə cinayətkarların hərbi çevriliş edə biləcəkləri barədə anonslar verib.Terrorçu quruplaşmanın fəal üzvlərindən biri olan general mayor Hikmət Həsənovun zərərçəkmiş Müşfiq Əhmədliyə verdiyi sualda təsadüf hesab edilə bilməz.Əhaliyə atəş açılması ilə bağlı verdiyi sualı nəzərdə tuturam.

Yazıda hadisələrin mərkəzində FETO terror quruplaşmasının olduğunu qeyd etmişəm.

İşgəncələrin seksual xarakterli olmasıda diqqətçəkən məqamlardandır.Son dövrlərin ən səs-küylü seksual xarakterli cinayət hadisələri İraqın Əbu Qureyb həbsxanasında və Kubada yerləşən Amerikanın Quantanamo həbsxanasında həyata keçirildiyinin şahidi olmuşuq.Həmin həbsxanalarda da kütləvi cinsi zorakılıqlar baş verib, dustaqların şərəf və ləyaqətləri alçaldılıb.Hadisələrin üstü açılandan sonra isə Amerika dövləti üzr istəyib həbsxanaları bağlayıb və zərərçəkmişlərə yüksək məbləğli kompensasiyalar ödüyərək dövlətçilik tərbiyəsi nümayiş etdirib.

Daha bir diqqət çəkən məqamlardan biri də istintaq materiallarında “vətən xainlərinin” Rusiyada verbovka olması ilə bağlı iddialardır.FETOçular həmən bu iddiaları istintaq materiallarına daxil etməklə iz azdırmağa çalışıblar.Azərbaycan içtimai rəyinin Rusiyaya qarşı münasibətinidə nəzərə alsaq iz azdırmaq üçün ən gözəl variant Rusiya və İran dövlətlərinin adının hadisələrdə hallandırılmasıdır.Nardaran, Gəncə və Bənəniyar kimi dövlət adına həyata keçirilən terror hadisələrində də eynilə İran adı hallandırılıb və eyni metodlardan istifadə edilib.

Çox təəssüflər olsun ki, əhalimizi belə manipulyasiya edərək aldada bilirlər.Eynilə Tərtərdə olduğu kimi adamları erməniyə işləməkdə ittiham edərək rahat öldürüblər və heç bir müqavimətlədə üzləşməyiblər.

Bugün faktiki olaraq Azərbaycan dövləti uğrunda Rusiyanın 5 ci kalonu, İranın Sepahı, İsrailin Mossadı, PKK və FETO terror qrupları arsında savaş gedir.Bu savaşda isə itirən yalnız siravi xalqdır.

Biz isə sakitcə baxaraq olanları seyr edirik.Bizim ən birinci vəzifəmiz ölkəmizdə hansı hadisələrin getdiyini öyrənmək və onlara adekvat olaraq addımlar atmaqdan ibarət olmalıdır.

Biz heç bir qruplaşma tərəfdə olmamalıyıq.

Həmən bu terror qruplaşmaları hal-hazırda da ciddi fəaliyyətdədirlər ölkə prezidentini və milləti sabotajla məşğuldurlar.

Siyasi həbslərin labüdlüyünə prezidenti inandıranlar və ölkədə gərginliyin artmasında maraqlı olan qruplar terror təşkilatlarının ölkəmizdəki dövlətin içinə sızmış casuslarıdır.

Heç kim iddia etməsin ki, day bu qədər də olmaz.Türkiyə kimi güclü bir dövlətin içinə sızanlar 32 yaşı bu il tamam olacaq dövlətin içində meydan sulamaları normal olmasada acı bir reallıqdır.

Fikrimcə biz xalq olaraq Əliyevi inandırmalıyıq ki, terror qruplarına qarşı mübarizəyə başlamağın vaxtı çatıb......

Ardı olacaq...


Hüseyn Hüseynli

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KİV-ləri yalan informasiyaya görə məsuliyyətə cəlb edəcəklər

    KİV-ləri yalan informasiyaya görə məsuliyyətə ...

    4-12-2015, 18:19

  • 
  • ABŞ-Rusiya liderlərinin kritik zirvəsi Şərq tarixini YENİDƏN YAZACAQ - PKK Əsədlə birləşir

    ABŞ-Rusiya liderlərinin kritik zirvəsi Şərq ...

    3-07-2018, 11:50

  • 
  • Prezidentdən Tərtərlə bağlı sərəncam

    Prezidentdən Tərtərlə bağlı sərəncam ...

    29-11-2017, 18:37

  • 
  • Türkiyəyə qarşı qorxunc - Plan

    Türkiyəyə qarşı qorxunc - Plan ...

    7-10-2017, 13:57

  • 
  • “Barış Pınarı” əməliyyatı: Türkiyə ordusu Resulaynı PKK/YPG-dən azad etdi

    “Barış Pınarı” əməliyyatı: Türkiyə ordusu ...

    12-10-2019, 17:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu