GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Elmi işlərin 65 % GERİ QAYTARILIR – “Elmi rəhbərlər, rəy verənlər cəzalandırılmalıdır”

Elmi işlərin 65 % GERİ QAYTARILIR – “Elmi rəhbərlər, rəy verənlər cəzalandırılmalıdır”

Tarix: 7-02-2023, 22:00 Bölmə :Cəmiyyət Baxış: 232

Elmi işlərin 65 % GERİ QAYTARILIR

Elmi dərəcə almaq istəyən gənc alimlərdən yüksək məbləğdə rüşvət tələb olunur. Sosial mediada bu iddia ilə çıxış edənlər var və məsələ müzakirələrə səbəb olur. Ali Attestasiya Komissiyasını (AAK) elmi dərəcələrin və adların satışında ittiham edən müzakirələrdə dövlət qəzetlərinin baş redaktorlarının və müxtəlif alimlərin də iştirak etdiyi vurğulanır.

Qeyd edək ki, Ali Attestasiya Komissiyasının açıqlamasına görə, ötən il 432 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 222 nəfərə bu dərəcənin verilməsindən imtina edilib.

84 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 24 nəfərə bu dərəcənin verilməsindən imtina olunub.

200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. 29 nəfərə dosent, 7 nəfərə isə professor elmi adının verilməsindən imtina olunub. Elmi adlar ala bilməyənlərdən pul tələb olunması iddiası nə qədər həqiqətə uyğundur? Yaxud məsələnin əsl mahiyyəti nədən ibarətdir?

GUNDEMXEBER.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan AMEA Coğrafiya İnstitutunun fəlsəfə doktoru, dosent Ənvər Əliyev bildirib ki, Azərbaycanda alimlik dərəcəsi almaq üçün ötən il AAK-yə göndərilən sənədlərin cəmi 30-35 faizi keçibsə, burada yalnız Komissiyanı günahlandırmaq doğru deyil:

“Sənədlər Komissiyaya getməzdən əvvəl namizədə mövzu verilir, rəhbəri müəyyənləşdirilir. Prosesin davam etdiyi 3-4 il ərzində bir neçə alimin iştirakı ilə çox geniş iş aparılır. Əgər bu prosesdə səhv varsa, müdafiə edən şəxsin savadı yoxdur və müdafiədə iştirak edənlər rüşvət alıblar. Bu işlər AAK-yə gəlir və mütəxəssislər işi geri qaytarır.

Sənədlər geri qayıdırsa, hər şeydən əvvəl namizədin rəhbəri, işə rəy verənlər cəzalandırılmalıdır. Geri qayıdan sənədlərə rəy verənlərdən kiminsə adı ikinci dəfə hallanırsa, diplomu əlindən alınmalıdır, cəzaladırılmalıdır. Bu məsələ millətin gələcəyi ilə bağlıdır. Əgər burada xəyanət işlədiriksə, gələcək üçün problem yaradırıq”.

Ə.Əliyev maraqlı misal da çəkib. Onun sözlərinə görə, bəzən olub ki, aspirantlarına işlərinin düzəlişə ehtyacı olduğunu bildirib geri qaytaranda, həmin şəxslər gizli şəkildə başqa adamla danışıb işlərini həll ediblər:

“İşdə problem olduğu halda, rəy alınırsa, təbii ki, proses maraq hesabına başa gəlir. Yalançı rəylər yazılan işlərin daha sonra sonuncu instansiyada necə müdafiə olunduğunu deyə bilmərəm. Biz nə qədər ki, bu sahədə özümüzü aldadacağıq problemimiz çox olacaq.

Düşmənlərimiz də bundan faydalanır. SSRİ dağılanda Azərbaycan elm sahəsində ən yüksək potensiala sahib idi. Türkiyənin o vaxtki prezidenti buradan xeyli alimin Türkiyəyə aparılmasına şərait yaratmışdı.

Amma indi biz elm sahəsində geriləmə problemi ilə üzləşmişik. Bu sahəyə məsul qurumlar bir-birilərini günahlandıra-günahlandıra qapalı bir sistem yaradıblar. İnstitut deyir şagirdlər zəifdir, ondan yuxarıdakı tələbələrin zəifliyindən şikayətlənir. O biri deyir müdafiə edənlər zəifdir. Hansı səviyyədə problemimiz varsa, düşünməli və özümüzə sual verməliyik. Sovet vaxtında saxta müdafiə probleminə daha həssas yanaşılırdı. Ona görə də müdafiə edənlərin hörməti var idi. Amma indi vəziyyət dəyişib”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə bildirib ki, müdafiə edənlərdən rüşvət tələb olunması ilə bağlı rəhbərlik etdiyi quruma həra hansı müraciət daxil olmayıb:

“AAK rəhbərliyində dəyişiklik edildikdən sonra qurumda şəffaf mühit formalaşdığını eşidirəm. Təşkilatımızın üzvlərindən də elmi dərəcə alanlar olub ki, onlar da prosesin şəffaf aparıldığını bildiriblər. AAK-ın elmi dərəcələrin və adların verilməsi ilə bağlı müvafiq əsasnaməsi var. Bu əsasnamə ölkə başçısı tərəfindən təsdiq olunub. Kifayət qədər tələblər gücləndirilib. Tələblərin güclü olmasının tərəfdarıyam.

Əvvəlki illərdə olduğu kimi elmi adı almaq həvəsinə düşənlər yox, yalnız peşəkar elmi fəaliyyət qurumlarında çalışanlar bu adı almalıdırlar. Biz əvvələr bu sahədə olan neqativ hallara toxunumuşuq. Əvvəlki illərdə bu hallar var idi. Amma yenə də deyirəm, AAK-ın hazırki rəhbərliyinin işini doğru qurması ilə bağlı məlumatlar almışam. Hazırki rəhbərliyin dövründə neqativ müraciət olmayıb. Təbii ki, əgər neqativ hallarla bağlı iddiada olan varsa, belə hallar yaşanırsa, məsələ araşdırılmalıdır”. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş nazirdən xarici ölkələrdə verilmiş elmi adlarla bağlı - QƏRAR

    Baş nazirdən xarici ölkələrdə verilmiş elmi ...

    7-11-2019, 10:11

  • 
  • AZƏRBAYCANDA ALİMİN ELMİ DƏRƏCƏSİ LƏĞV EDİLDİ.... - 81 iddiaçıya elmi dərəcələrin verilməsindən imtina olunub

    AZƏRBAYCANDA ALİMİN ELMİ DƏRƏCƏSİ LƏĞV EDİLDİ.... ...

    15-10-2021, 12:27

  • 
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur

    AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə ...

    27-11-2020, 10:11

  • 
  • Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi AÇIQLAMA

    Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi AÇIQLAMA ...

    19-07-2018, 16:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu