GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dünyanı sınağa çəkən fəlakətlər və insan həmrəyliyi - İran bundan da üzüağ çıxa bilmir - ŞƏRH

Dünyanı sınağa çəkən fəlakətlər və insan həmrəyliyi - İran bundan da üzüağ çıxa bilmir - ŞƏRH

Tarix: 9-02-2023, 17:13 Bölmə :Cəmiyyət Baxış: 189


Pis günlər və fəlakətlər bir qayda olaraq insanları birləşdirir. Müharibələr, zəlzələ, sel, pandemiya, meşə yanğınları və digər bu cür hadisələr fəlakətdir.

İstər bir ölkənin daxilində, istərsə də dünya üzrə bunlar baş verdikdə insanlar həmrəylik nümayiş etdirirlər.

Cəmiyyətin bu cür davranışı hadisəyə kütləvi reaksiyasıdır və bunu instinktiv də saymaq olar. Bu, insanların birgəyaşayış zamanı təhlükəyə qarşı verdikləri cavabın müasir dövrdəki təzahürü də sayıla bilər.

İnsanların bir-birindən uzaq düşdüyü indiki dövrdə fəlakətlər müəyyən mənada onları yaxınlaşdırır. Bizdən fərdləşməyə, mənləşməyə doğru yuvarlanan cəmiyyət belə hadisələrdə həmrəylik nümayiş etdirməklə ilkin özəlliyini itirmədiyini göstərir. Yəni cəmiyyət nə qədər fərdləşsə də, kütləvi olaylara birgə reaksiya verib, müqavimət göstərir. Bu, həm də insanlığın mərhəmət və dərd ortaqlığı kimi yüksək keyfiyyətini saxlamasından irəli gəlir.

Azərbaycanda 44 günlük müharibə zamanı cəmiyyət daxili həmrəylik nümayiş etdirərək, işğala qarşı birliyini dünyaya göstərdi. İnsanların hər yerdə bir-birinə xoş münasibəti də həmin ağır günün həmrəyliyinə aid nümunələrdəndir...

Təxminən 3 il öncə dünya koronavirus bəlası ilə üzləşdi. Düzdür, bu xəstəlik hələ davam edir. Ancaq dünya dövlətləri siyasi ambisiyalarını gizlətməsələr belə, ona qarşı mübarizədə birlik nümayiş etdirdi. Koronavirusa qarşı vaksinlərin yoxsul ölkələrə pulsuz verilməsi, virusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejiminin ölkədaxili və sərhədlərdə tətbiqi həmrəyliyin nümunələrindən sayıla bilər.

Fevralın 6-da Türkiyənin 10 əyalətində baş verən 7,7 maqnitudalıq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırdı. Türkiyəyə ABŞ, Böyük Birtaniya, Rusiya, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilat dövlətləri bir sözlə yaxın, uzaq ölkələr yardım edir. Bir sıra dövlətlərdə könüllü olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardımlar toplanır. Münasibətlərində gərginlik yaşanan Yunanıstan və əlaqələri kəsilmiş Ermənistanın yardımlarından belə Türkiyə imtina etmədi. Hətta, Əfqanıstanda silahlı devriliş nəticəsində hakimiyyəti ələ keçirən “Taliban” hökuməti də Türkiyəyə yardım etmək üçün nağd maliyyə vəsaiti ayırdığını bildirib


Zəlzələ Suriyaya da böyük ziyan vurub. Burada dövlət böhranı yaşanır. Orada ölkə ərazisinin bir hissəsinə mərkəzi hakimiyyət nəzarəti itirib. Beynəlxalq ictimaiyyət Bəşşar Əsədi legitim saymır. Bununla belə ABŞ və Avropa İttifaqı zəlzələdən zərər çəkən xalqa yardım edəcəyini bildirib. Liviya isə Suriyaya uçuş üçün hava məkanını açıb.


İran da ilk gündən Suriyada təbii fəlakətdən zərərçəkənlərin yanındadır. Bəşşar Əsədin himayədarı olan Rusiyada Suriya xalqına yardım və xilasedicilər göndərib.

Nə qədər acı olsa da, Güney Azərbaycanın Xoy şəhərində bir həftə ərzində ardıcıl iki dəfə baş verən 6 maqnitudalıq güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq hərmyəliyə Tehran rejimi icazə vermədi. Türkiyə və Azərbaycanın uyğun qurumlarının bu məqsədlə uzatdıqları əli İran tutmadı. Ancaq təbii fəlakətdən 11 gün sonra Rusiyanın Xoya göndərdiyi 35 tonluq humanitar yardımı qəbul etdi. Deməli, Xoyda vəziyyətə hələ də ağır olaraq qalır. Əks halda Rusiyanın yardımını Tehran hakimiyyəti niyə qəbul edirdi? Yoxsa, rejim bu məsələdə də fərq qoyur?! Əgər belədirsə, deməli İran hakimiyyəti xəbis xislətlidir. Zəlzələ baş verən gün Türkiyə və Azərbaycanın humanitar yardımlarını qəbul etməyən İran hakimiyyəti hadisədən 11 gün sonra RF-nin 35 tonluq yükünü sevinərək qəbul edir...

Yaxud Xoydakı zəlzələdən zərərçəkənlərə yardımı gecikdirdiyi halda bu hakimiyyət Suriyada zəlzələ bölgəsinə özünü az qala hamıdan tez çatdırır.

Rejim Güney Azərbaycanın başqa şəhər və rayonlarından, etnik ərəblərin üstünlük təşkil etdiyi Xuzistandan könüllülərin yardımlarının Xoya çatdırılmasını da əngəlləyib. Hətta, bu işi təşkil edən 3 ərəbi həbs edilib.

Tehran hakimiyyəti Azərbaycan və Türkiyəyə qıcıq verib, yerli əhalinin heyssiyyatı ilə oynayaraq Xoyda zəlzələdən zərərçəkənlər üçün Ermənistandan göndərilən 42 ton yardım qəbul edib.

Bundan sonra İran rejimi Türkiyə və Azərbaycanın İrana yardım etmədiyi, ancaq çətin vəziyyətdə olan Ermənistanın bu addımı atdığına dair təbliğat aparacaqlar.

Bu yerdə iki hadisənin xatırlamaq istərdik. 1980-ci illərin sonunda Gürcüstanda bəzi milliyyətçi dairələr Azərbaycana qarşı qızışdırıcı çıxışlar edirdi. Həmin dövrdə, 1987-ci ildə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndini sel basmışdı. Orada hərbi xidmətdə olan Azərbaycanın Ağdam rayonun Mahrızlı kənd sakini 20 yaşlı Rahib Məmmədov kəndin 28 sakinin seldən xilas edərək qəhrəmancasına həlak olmuşdu. Gürcüstandakı milliyətçilər, Azərbaycanla Gürcüstanın münasibtələrinə ziyan vurmağa çalışanlar bunu nəzərə almadı. Düzdür, sonralar münasibtələrdə Rahib Məmmədovun adı yad edildi.

1988-ci il dekabrın 7-də Ermənistanın Spitak rayonunda zəlzələ baş verib. Həmin ilin fevralında isə ermənilər sovet əsgərləri ilə birlikdə azərbaycanlıları Ermənistandan zor gücü ilə çıxarımışdılar. Bununla belə Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan zəlzələ zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrup qəzaya düşmüşdü. “İL-76” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu. Hadisənin səbəbləri bu günədək aydınlaşdırılmayıb

Bu üç hadisə onu göstərir ki, xəbis xislətlilər insanların həmrəyliyinə həmişə mane olub. Sevindirici hal odur ki, onların sayı çox azdır. Belələri heç insansevərlilik okeanının bir damlasını da təşkil etmir. Pandemiya və Türkiyədəki zəlzələ sübut etdi ki, mənləşmə insanları ümumi dəyərlərdən ayıra bilməyib. Bəzən informasiya sahəsində texnoloji inqilabı insanların bir-birindən uazaqlaşmasına xidmət etdiyini söyləyirlər. Bunun inkar etmirik. Ancaq fəlakətlərin baş verməsi xəbərinin yayılmasında, onun nəticələrinin aradan qaldırılmasında İT inqilabının əhəmiyyəti də danılmazdır. Beləliklə, son 3 ildə baş verən bu iki hadisə insan cəmiyyətinin ali məqsədlərə hələ əməl etdiyini bir daha isbatladı. Bu isə dünyanın gözəlliyidir..


SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün - Azərbaycanlıların Həmrəylik Günüdür

    Bu gün - Azərbaycanlıların Həmrəylik Günüdür ...

    31-12-2013, 00:26

  • 
  • Qulu Məhərrəmli: Azad media cəmiyyət üçün oksigen deməkdir

    Qulu Məhərrəmli: Azad media cəmiyyət üçün oksigen ...

    18-04-2020, 12:57

  • 
  • Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi

    Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik ...

    3-08-2021, 19:03

  • 
  • PROQNOZ: Azərbaycanda 4 məşhur qəfil öləcək

    PROQNOZ: Azərbaycanda 4 məşhur qəfil öləcək ...

    8-10-2015, 10:41

  • 
  • Portuqaliyada meşə yanğınları - 43 ölü

    Portuqaliyada meşə yanğınları - 43 ölü ...

    18-06-2017, 12:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu