GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » GƏNCƏ ŞƏHƏR RƏHBƏRLİYİNİN FƏALİYYƏTİ İLƏ BAĞLI ŞƏHƏR SAKİNLƏRİNİN DEDİKLƏRİ (VİDEO)

GƏNCƏ ŞƏHƏR RƏHBƏRLİYİNİN FƏALİYYƏTİ İLƏ BAĞLI ŞƏHƏR SAKİNLƏRİNİN DEDİKLƏRİ (VİDEO)

Tarix: 16-02-2023, 13:17 Bölmə :Cəmiyyət Baxış: 380


  Azərbaycanda  dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara  göstərilən qayğıda hər zaman öz əksini tapır. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuruna həm nümunə, həm də  gələcək fəaliyyətində yol xəritəsidir.         

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir dəfə  yeni təyin olunan icra başçılarını qəbul edərkən dedi: "Sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir -vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayon¬ların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər Siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar".

          Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, əhali ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Gəncədə olduğu kimi icra edilir. 

             Bəli, həqiqətən də belədir. Mən yaşadığım şəhərin rəhbəri haqqında tək məndə yox, Gəncə əhalisində, şəhər ziyalılarında formalaşmış mövqeyi qeyd etmək  istərdim. Niyazi Bayramovun Gəncə kimi böyük və strateji bir şəhərə başçı təyin edilməsi şəhər əhalisi tərəfindən rəğbətlə qarşılandı. Sıravi  vətəndaşlar, şəhər ziyalıları, hər kəs cənab Prezidentin bu təyinatını alqışladı. Sosial şəbəkələrdəki paylaşımlarda, siyasətçilərin ayrı-ayrı media orqanlarındakı açıqlamalarında   Niyazi Bayramovun  sadəliyi və peşəkarlığı ilə işlədiyi müxtəlif vəzifələrdə böyük rəğbət qazandığı  dəfələrlə vurğulanmışdır.



 Niyazi Bayramov xaraktercə çox ziyalı bir insandır. İstənilən məsələ ilə bağlı haqq-ədalətlə qərar verir. Şəhərdə baş verən prosesləri daim diqqətdə saxlayır, hər bir qurumun rəhbərliyinə, əməkdaşlarına, şəhər sakinlərinə  çox hörmətlə  yanaşır,  insanlara açıqdır,  onları dinləməyi  bacarır. İstənilən məsələnin dərinliyini öyrənir, onun həll variantlarını nəzərdən keçirir.

          İnsana xas olan gözəl, nəcib sifətlərdən biri onun sadəliyi və  səmimiyyətidir. Sadə və səmimi insanlar, xüsusi ilə də vəzifə sahibləri yaratdığı ünsiyyətlə təkcə özünə hörmət qazanmır, təmsil etdiyi dövlət qurumlarının ən alisini şöhrətləndirir.  Bu isə,  dövlətlə xalqın sarsılmaz birliyini təmin edir.

             Bu fikirlərə təsadüfü köklənmədim. Həmişə sözün düzünü deməyə çalışan, yalnız öz ürəyinin və vicdanının səsinə inanan bir ziyalı kimi, bir  müəllim kimi, bir alim kimi dedim. Bu fikirləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sadəliyinə və şəhər ictimaiyyəti ilə olduqca səmimi münasibətinə dəfələrlə şahid olaraq söylədim. 

     Sosial şəbəkələri, xəbər saytlarını  izləyənlər açıqca görə bilər ki, bu gün respublikanın şəhər və rayonlarında bəlkə də, ən çox  vətəndaş qəbulu İcra başçısı tərəfindən Gəncədə keçirilir. Bunlarla yanaşı şəhər rəhbəri birinci müavini Səməd Tomuyevlə, digər əməkdaşları ilə  birgə şəhid ailələri və qazilərimizlə onların yaşadıqları evlərdə görüşə gedir, qayğıları ilə maraqlanır və hər mənada onlara dəstək göstərirlər.

             Niyazi Bayramov  şəhərdə  mühafizəsiz gəzir, hətta istirahət günləri belə, onu şəhərin istənilən hissəsində görmək mümkündür. İstənilən vətəndaş ona yaxınlaşıb öz problemi haqqında  müraciət edə  bilər. Mən şəxsən şahidi olmuşam ki, hətta yas mərasimlərindən çıxanda belə dəfələrlə ona vətəndaş yaxınlaşıb öz sözünü deyib. Şəhər rəhbəri isə onu səbrlə dinləyib, problemin həll olunması üçün  lazımı göstərişlər verib.

           Bu gün Gəncədə böyük  işlər və çoxlu layihələr həyata keçirilir. Gəncə şəhərinin içməli  su  təchizatı  və kanalizasiya sistemlərinin yenidən qurulması, Abad məhəllələr yaradılması, Avropa və Yenidənqurma İnkişaf Bankının Yaşıl şəhərlər layihəsi, Ekoloji Park Kompleksinin yaradılması və s.  

             Bu gün Gəncənin ən ucqar yaşayış massivlərində olan küçələrinin  gecələri  gündüzlərindən seçilmir. Yeni salınan hər bir  yaşayış sahəsi belə müasir lampalarla  işıqlandırılıb.  Kanalizasiya və su xətləri tamamlanmaq üzrədir. Bu istiqamətdə iş başa çatan ərazilərə, o cümlədən  sovet  dönəmindən  belə  asfalt görməyən ara küçələrə də mərhələli şəkildə asfalt örtüyü çəkilir.

        Son günlər qardaş Türkiyədə qeydə alınan dəhşətli zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə yardım məqsədi ilə cənab Prezidentin tapşırıqlarına uyğun olaraq  Azərbaycanın bütün bölgələrində olduğu kimi Gəncədə də yardımlar toplanılır. Yardımların toplanıb qablaşdırılması üçün GALAKSİ Türk Tekstil Fabrikinin anbarında yardım məntəqəsi yaradılıb. Şəhər rəhbəri Niyazi Bayramov gün ərzində bir neçə dəfə məntəqəyə gələrək görülən işə şəxsən nəzarət edir və bütün qüvvələrin səfərbər edilməsi üçün lazımi tədbirlər görür. Sakinlər qardaş ölkəyə dəstək məqsədilə gün ərzində məntəqəyə yaxınlaşaraq yardımlar edirlər. Toplanan yardımlar 7 yük maşını ilə Gəncədən Türkiyəyə yola salınıb və  bu istiqamətdə işlər davam etdirilir.

           Bir sözə, Niyazi Bayramov Cənab Prezidentin tapşırıqlarına ləyaqətlə əməl edən bir icra başçısıdır və bu əqidədə  olan komanda  formalaşdırıb. Belə müsbət keyfiyyətlərinə görə bütün Gəncəlilər Niyazi müəllimi sevir, ona hörmət və ehtiramla yanaşırlar. Dövlətçiliyimizə, Heydər Əliyev ideyalarına sadiq  belə  bir şəxsi şəhərimizə rəhbər təyin etdiyinə, respublikamızın inkişafı naminə gördüyü  işlərə  görə, Prezident İlham Əliyevə   şəhərin çoxminli əhalisi adından  təşəkkür edirik.

                                                    

ELÇİN CAVADOV                                        

Gəncə Dövlət Universitetinin kafedra müdiri,

texnika elmləri doktoru



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü

    Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz ...

    26-12-2019, 15:04

  • 
  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu UEG-in prezidenti seçilməsi münasibəti ilə təbrik edib

    Prezident İlham Əliyev və Birinci vitse-prezident ...

    3-12-2017, 23:38

  • 
  • İSESKO rəhbəri: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir"

    İSESKO rəhbəri: "Mehriban Əliyevanın Birinci ...

    3-03-2017, 23:40

  • 
  • İlham Əliyev və Mehriban Əliyeva səs verdi

    İlham Əliyev və Mehriban Əliyeva səs verdi ...

    23-12-2019, 13:00

  • 
  • Gürcüstanın Baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Gürcüstanın Baş naziri Azərbaycanın Birinci ...

    23-02-2017, 21:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu