Gundemxeber.az » Ölkə » Cəmiyyət » FHN-in Türkiyədəki mobil səhra hospitallarında 930 nəfərə tibbi xidmət göstərilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 167-si azyaşlı olmaqla 930 nəfərə tibbi xidmət göstərilib.
Gundemxeber.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.
Hospitallarda ötən günlər ərzində 167-si uşaq olmaqla 930 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.
Gundemxeber.az
27-04-2016, 13:27
23-11-2020, 15:01
29-09-2020, 16:44
6-02-2023, 10:47
11-02-2019, 16:31
Sorğu
Yeni dizaynımız necədir?