GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bəxtiyar Hacıyev 51 gündən sonra aclıq aksiyasını dayandırıb

Bəxtiyar Hacıyev 51 gündən sonra aclıq aksiyasını dayandırıb

Tarix: 28-02-2023, 18:28 Bölmə :Cəmiyyət Baxış: 240




Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyev 51 gündən sonra aclıq aksiyasını dayandırıb.

Gundemxeber.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Bəxtiyar Hacıyev ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb.

"Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Bir azdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcək", vəkil qeyd edib.

Bəxtiyar Hacıyevin ailə üzvləri də onun aclığı dayandırdığını təsdiq edib.

"Indi onun ilkin mərhələdə qidalanması üçün lazımi qida məhsulları aparırıq", ailə üzvü Amerikanın Səsinə deyib.

Bundan öncə fevralın 28-də Bəxtiyar Hacıyevlə görüşdən sonra onun vəkili Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib ki, Hacıyevin səhhəti çox ağırdır və təzyiq altında saxlanılır, psixoloji cəhətdən gərgindir.

"Bəxtiyar Hacıyevin səhhəti çox ağır olaraq qalır. Onun qan təzyiqi bu gün 85/55-ə düşüb. Çəkisi 63,7 kiloqramdır (təcridxanaya qəbul ediləndə çəkisi 84,5 kiloqram olub-red). Yuxusuzluqdan, baş gicəllənməsindən əziyyət çəkir", vəkil bildirib.

Vəkilin sözlərinə görə Bəxtiyar Hacıyev mülki xəstəxanaya köçürülməsini istəyir.

"Bəxtiyar Hacıyev istəyir ki, müalicə alması üçün mülki xəstəxanaya köçürsünlər və sonra aclığı dayandırsın. O digər vəkili Şəhla Hümbətova vasitəsi ilə mülki xəstəxanaya köçürülməsi barədə Penitensiar Xidmətə ərizə göndərib. Amma ərizəni nəzarətçilər vəkildən alıb. Bunu etmirlər. Görünür Bəxtiyarın aclığı dayandırmasında maraqlı deyillər. İkinci problem odur ki, valideynlərinin və vəkillərin xahişindən sonra Bəxtiyar tibb elmləri doktoru Adil Qeybullanın ona sistem köçürməsinə razılıq verib. İndi Adil Qeybullaya Müalicə müəssisəsinə daxil olmağa icazə vermirlər ki, sistem köçürsün. Belə bir qeydi-müəyyənlik yaranıb. Üçüncü problem odur ki, Müalicə müəssisəsində Hacıyevin saxlanma şəraiti çox pisdir, daimi psixoloji təzyiq altındadır. Saxlanıldığı otaq darısqaldır, havalandırma, işıqlandırma sistemi yoxdur. Deyir ki, nəzarətçi də ona mane olur. Otaqda hərəkət etmək mümkün deyil. Onun üçün vəziyyəti ağırlaşdırıblar”, Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib.

Bununla bağlı Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbiri aprelin 28-dək uzadılıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı 51 gündür davam etdirir. O həmçinin 5 gün quru aclıq keçirib, su içməkdən imtina edib. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək 14 gün müddətində aclıq edib.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəxtiyar Hacıyevin anası: Onun durumu ürəyimi parçalayır

    Bəxtiyar Hacıyevin anası: Onun durumu ürəyimi ...

    25-02-2023, 17:12

  • 
  • Vəkil: 36 gündür aclıq edən Bəxtiyar Hacıyev məcburi sistem köçürülməsindən imtina edib

    Vəkil: 36 gündür aclıq edən Bəxtiyar Hacıyev ...

    14-02-2023, 13:59

  • 
  • Bəxtiyar Hacıyeva qarşı ittiham ağırlaşdırıldı: onu 3 ilədək həbs gözləyir

    Bəxtiyar Hacıyeva qarşı ittiham ağırlaşdırıldı: ...

    16-01-2023, 09:22

  • 
  • Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşdı – MRT olunmalıdır

    Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşdı – MRT ...

    25-01-2023, 22:10

  • 
  • Vəkil: Bəxtiyar Hacıyev aclığı davam etdirir, ümumi halsızlıq yaranıb

    Vəkil: Bəxtiyar Hacıyev aclığı davam etdirir, ...

    19-12-2022, 17:37


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu