Gundemxeber.az » Ölkə » Cəmiyyət » BƏLƏDİYYƏ SƏDRİ TORPAĞINI BAŞQASINA SATDI, MƏHKƏMƏ XEYRİNƏ QƏRAR VERDİ, AMMA… - İmişli sakinindən ölkə başçısına müraciət
BƏLƏDİYYƏ SƏDRİ TORPAĞINI BAŞQASINA SATDI, MƏHKƏMƏ XEYRİNƏ QƏRAR VERDİ, AMMA… - İmişli sakinindən ölkə başçısına müraciət
İmişli rayonunun Qulubəyli kənd sakini Ocaqov Məhəmməd Şirvan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi oxuculara təqdim edirik: “Hörmətli Prezident!
Mən, Ocaqov Məhəmməd Şirvan oğlu, yazaraq sizə bildirirəm ki, İmişli rayon, Qulubəyli bələdiyyəsinin şər-böhtan daşıyıcısı Nağıyev Qalib Qaraseyid oğluna 2007-ci nilin noyabr ayının əvvəllərində, onun evində 1000 (min) manat pul vermişəm. Həmin pulun müqabilində 3 (üç) övladımın hər birinə ayrı-ayrılıqda 0,12 ha həyatyanı torpaq sahəsi vermişdir. Özümə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 0,40 ha torpaq sahəsi vermişdir. Həmin min manat pulu 2008-ci ilin mart və aprel aylarında özü mədaxil etmiş, qalan 240 manat maliyyə vəsaiti isə həmin qəbzlərdə öz əksini tapmamışdır.
Mənə verdiyi 0,40 ha torpaq sahəsinin 0,10 hektarını sonradan - 22.11.2007-ci ildə 14 saylı qərarla Ayna Astanovaya satmışdır. Bundan başqa, 10.11.2009-cu il tarixli, 12 saylı qərarla 0.04 hektarının isə Nurlan Ocaqova satmışdır. Oğlum Ocaqov Vidadiyə satdığı 0.12 ha həyatyanı sahəsini isə 10.11.2009-cu il, 12 saylı qərarla təkrarən Qarabağ əlili Qasımov Elxan Məhərrəm oğluna satmışdır.
Aşağıda qeyd etdiyim Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərarlarını cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsinin əməkdaşı Mahir Məmmədovun icraatında olmuş məhkəmə aktlarının “İcra haqqında” Qanunun tələblərini könüllü icra edən zaman vəzifəsindən sui-istifadə edərək, vəzifə saxtakarlığı, vəzifə cinayətləri törətdiyinə görə, onun barəsində müvafiq tədbir görülməlidir.
Qeyd etdiyim faktlar barədə məhkəməyə ünvanladığım iddia ərizəm əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Allahyarov 25.01.2018-ci il tarixli, 2-1(086)-369/2018 saylı qərarla iddia tələbimi təmin etmiş, lakin Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Alıyev Camal Vüsal oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məhkəmə qərarını bu günədək icra etmir.
Bundan başqa, məhkəmənin mənim iddia tələbimin təmin edilməsi barədə qəbul etdiyi 18.03.2015-ci il tarixli 2-1(86)-309/2015 saylı və 06.09.2017-ci nil tarixli, 2-1(86) -2877/2017 saylı qərarları icra edərək, saxtakarlığa da yol vermişdir.
Cənab Prezident!
Yuxarıda qeyd etdiyim faktları nəzərə alaraq, İmişli rayon Qulubəyli bələdiyyəsinin və Daşınmaz Əmlakın Beyləqan rayon İcra Probasiya şöbəsinin məmuru Camal Əliyevin əməlləri Azərbaycan Respublikasının MPM-nın 265.4-cü mddəsinin tərkib hissəsi olduğuna görə, xüsusi qərardad çıxarıb, Baş Prokrorluğa göndərilməsi barədə mənə köməklik göstərəsiniz.
1. Yuxarıda qeyd etdiyim iddia tələbimin təmin edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.08.2020-ci il tarixli 8-1 (102)-4/2020 saylı qərarını da ərizəmə əlavə edirəm.
2. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin iddia tələbim üzrə 2-1(086)-369/2018 saylı, 03.06.2019-cu il tarixli qərardadından icra məmuru Alıyev Camal Vüsal oğlunun icra vəzifəsindən imtina edərək məhkəməyə ünvanladığı şikayətimin rədd edilməsi barədə Şirvan Apelyasiya Məhkəməsinin 29.08.2019-cu il tarixli 2-1(106)-619/2019 saylı qərardadını ərizəmə əlavə edirəm.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, işimə baxılması üçün lazimı orqanlara göstəriş verəsiniz”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
Sorğu
Yeni dizaynımız necədir?