Gundemxeber.az » Ölkə » Cəmiyyət » Deputat məhkəmədə iştirak edəcək - Atasının torpaq mübahisəsinə görə...
"Posat" Bağ Tikinti Kooperativinin üzvləri ilə sabiq millət vəkili, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə arasında torpaq mübahisəsinə Ali Məhkəmədə baxılacaq.
İddiaçı "Posat" Bağ Tikinti Kooperativi, cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri" Publik Hüquqi Şəxsin Bakı şəhər Ərazi İdarəsi, Bilgəh Bələdiyyəsi və maraqlı şəxs qismində Qalib Salahzadənin deputat oğlu Əliabbas Salahzadə iştirak edəcək.
Qeyd edək ki, 30 ildən artıqdır Qalib Salahzadə ilə "Posat" Bağ Tikinti Kooperativinin üzvləri arasında gedən mübahisəyə Ali Məhkəmə son verəcək.
Hələ o vaxt kooperativin sədri Yadulla Kərimov mətbuata açıqlamasında bildirib ki, Bilgəhdə quruma məxsus 4 hektar və əlavə olaraq, qonşu 1,3 hektar (cəmi 5,3 hektar) torpaq sahəsi Qalib Salahzadənin vəfat etmiş getmiş nənəsi Camalova Kübra Mir Əbdül Hüseyn qızının adına həyatyanı torpaq sahəsi kimi özəlləşdirilib: "Rəhmətə getmiş qadının adına "Çıxarış" verilib"./qaynarinfo.az/
8-11-2017, 13:40
20-12-2017, 16:59
6-11-2017, 11:57
6-10-2017, 12:49
27-11-2017, 13:59
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?