GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər? - ŞOK İDDİA

Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər? - ŞOK İDDİA

Tarix: 10-03-2023, 13:33 Bölmə :Cəmiyyət Baxış: 173

Martın 5-də Türkan qəsəbə sakini 38 yaşlı Vüsal Nəcəfovun cansız bədəni bağban işlədiyi Zirə qəsəbəsindəki bağ evinin hamamında aşkar edilib.

Rəsmi qurumların verdiyi ilkin məlumata görə Vüsal Nəcəfov dəm qazından boğulub. Bağban işlədiyi evin sahibi Əli Hüseynov isə Vüsal Nəcəfovun epilepsiya tutmasından dünyasını dəyişdiyini iddia edib.

Vüsal Nəcəfov 10 ilə yaxındır ki, Zirə qəsəbə sakini Əli Hüseynovun evində bağban kimi çalışırmış. Hər dəfə işləyəndən sonra evin həyətində yerləşən hamamda yuyunub, sonra evinə gedirmiş. Bu dəfə ev sahibi və ailəsi evdə olmayıb. Vüsal Nəcəfov yuyunmaq üçün hamama keçib və ondan saatlarla xəbər çıxmayıb...

Mərhumun həyat yoldaşı və yaxınları Vüsal Nəcəfovun ölümündə şübhəli məqamların olduğunu iddia edirlər.

Bizim.media-ya müraciət edən Nəsibə Mürsəlovanın iddiasına görə həyat yoldaşı Vüsal Nəcəfov öz əcəli ilə ölməyib:

“Yoldaşımı bacısına görə anası, dayısı və xalası oğlu ölümlə hədələyirdi. “Səni Türkandan yox elətdirərik, öldürərik, işimizə qarışma”, - deyə təhdidlər alırdı. Vüsal bacısını düz yola çəkmək istəyirdi. Onun üçün hər şey edirdi. Amma heç bir faydası olmadı, əksinə, özü bu həyatdan getdi. Təhdidlərdən yorulmuşdu, ölən günə qədər qorxurdu”. 

Nəsibə Mürsəlova həyat yoldaşının ölüm faktının araşdırılması ilə bağlı polis şöbəsinə müraciət etdiyini bildirib:

“Dünən polis bölməsində izahat yazdım. İstəyirəm, Vüsalın ölümü diqqətlə araşdırılsın. Meyiti ekspertiza olunub, 21 gündən sonra nəticəsi məlum olacaq”. 

Nəsibə Mürsəlovanın səlahiyyətli nümayəndəsi Vüqar Əmirov da Vüsal Nəcəfovun ölümündə şübhəli məqamların olduğuna diqqət çəkib. O, deyib ki, bacısı Səadət Nəcəfovanın erkən yaşda və qeyri-rəsmi nikaha girməsinə etiraz edən Vüsal Nəcəfov dəfələrlə Xəzər Rayon Polis İdarəsinə müraciətlər edib və izahatları alınıb.

Amma işə baxılmayıb. 14 yaşında nikaha girən, 15 yaşında isə ana olan bacısının bir övladla atılması və ortada qalması ilə barışa bilməyib: 

“Bacısının düz yola qayıtmasına görə mübarizə aparırdı. Anası ilə bu səbəbdən münasibətləri gərginləşmişdi. Anası Raisədən (əsl adı Raifədir), xalası oğlu Bahəddindən, Moskvada yaşayan dayısından və digər qohumlarından hədələr alırdı ki, “Səadətlə işin olmasın, onun böyüyü bizik, ərə biz vermişik və sən qarışma” deyirdilər. Vüsal ölümündən bir həftə əvvəl bacısını yanacaqdoldurma məntəqəsində dostunun maşınında görmüşdü. Yaxınlaşıb onu maşından düşürmək istəyəndə bacısı sürücüyə işarə edib və oradan uzaqlaşıblar. Həmin gün də şikayətləndi ki, bacısının hərəkətlərinə görə ailə üzvləri onu ölümlə hədələyirlər. Telefonu yoxlanılsa, yəqin ki, kimlər tərəfindən hədələndiyi ortaya çıxacaq. Vüsalın sağlığında məndən xahişi o olub ki, ona bir şey olsa, mübarizəsini mən davam etdirim”. 

Vüqar Əmirovun sözlərinə görə Vüsal Nəcəfovun ölümü ilə bağlı iki versiyanın ortaya atılması da olayla bağlı şübhələri artırır:

“Prokurorluqdan və “morq”dan bizə məlumat verildi ki, Vüsal qaz sızmasından vəfat edib. Ev sahibi Əli Hüseynov isə əminliklə deyir ki, Vüsal dəm qazından deyil, epilepsiyadan dünyasını dəyişib. O zaman sual olunur, epilepsiya xəstəsi həmin gün işə niyə çağırılır və evdə tək buraxılır? Vüsal Əlinin evində 10 ildir ki, çalışır və o, işlədiyi vaxt evdə hər zaman adam olub. Amma həmin gün Əli ailəsi ilə qonaq gedib və gecə saatlarında evə gəliblər. Evdə adam olsaydı, o, ölməzdi. Vüsal əsəbiləşəndə ürəkkeçməsi olurdu. Bəzən aylarla narahatlığı olmurdu. Dərmanını vaxtı-vaxtında qəbul edəndə isə şikayətlənməzdi”.  

Xatırladaq ki, Türkan qəsəbə sakini Səadət Nəcəfova 2020-ci ildə 14 yaşında  qəsəbə sakini 28 yaşlı Yalçın adlı şəxslə qeyri-rəsmi nikaha girib, 15 yaşında isə 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) ana olub. Xəstəxana azyaşlının uşaq dünyaya gətirməsi ilə bağlı dərhal Xəzər Rayon Polis İdarəsinə məlumat verib. Amma aidiyyəti polis bölməsi olaya heç bir reaksiya verməyib və günahkarlar cəzalandırılmayıb. Səadət Nəcəfova ailəli ola-ola, həyat yoldaşının xalası oğlu ilə münasibətdə olduğuna görə isə qardaşı Vüsal Nəcəfov tərəfindən döyülüb.

Vüsal Nəcəfovun bacısı, anası və yaxınları ilə münasibətləri bu səbəbdən gərginləşib. 

Sözügedən şəxsin ölüm faktının araşdırılması ilə bağlı Baş Prokurorluğa sorğu göndərilsə də, hələ açıqlama verilməyib. 


Gundemxeber az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mügənni Vüsal Əliyev və cangüdənləri toyda döyüldü-Fotosesiya

    Mügənni Vüsal Əliyev və cangüdənləri toyda ...

    12-08-2013, 00:46

  • 
  • İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

    İdarə rəisi anasının yasına gəlməyənləri işdən ...

    4-08-2021, 11:21

  • 
  • Evli kişinin hamamda yad qadınla meyiti tapıldı (FOTO)

    Evli kişinin hamamda yad qadınla meyiti tapıldı ...

    12-02-2016, 19:33

  • 
  • Bir yaşlı oğlunu boğaraq öldürən ata ilə bağlı cinayət işi başladıldı - RƏSMİ + YENİLƏNİB

    Bir yaşlı oğlunu boğaraq öldürən ata ilə bağlı ...

    31-05-2021, 13:03

  • 
  • Onu işdən qovan müdirinin evinə gəldi, ailəsinin gözü önündə... - BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

    Onu işdən qovan müdirinin evinə gəldi, ailəsinin ...

    24-09-2020, 16:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu