İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli fars dilini öyrənirmiş.
Gundemxeber.az bildirir ki, bu barədə “Report”a onun anası Dilarə Əskərova bildirib.
Onun sözlərinə görə, Fəridin sevdiyi xanım milliyyətcə fars olduğu və onunla daha yaxşı ünsiyyət qura bilməsi üçün fars dilini öyrənməyə başlayıb:
“Fərid utancaq uşaq olduğu üçün sevdiyi qız və onun milliyyəti ilə bağlı məsələləri ailəsi ilə bölüşməyib. O, bu barədə dostları ilə danışırdı. Məsələ barədə biz də Fəridin dostlarından məlumat almışıq”.
Dünən də Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışdığını deyən D.Əskərova bildirib ki, Fəridlə bağlı hansısa yeni bir məlumat yoxdur.
Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?