Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - Video, Yenilənib
Bakıda atışma olub...
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
Onlar xəstəxanaya çatdırılıb.
***
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, məlumatda deyilir.
***
Bakıda silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.
Oxu.Az-ın əldə etdiyi görüntülərdə iki nəfərin qan içində yerdə uzandığı əks olunub.
Həmçinin videoda polislərin hadisə yerində olduğu görünür.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması barədə polisə məlumat daxil olub
***
Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.
Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Poliqon.info-ya bildirilib ki, araşdırma aparılır.
GUNDEMXEBER.AZ
22-02-2021, 11:56
12-02-2019, 10:18
17-10-2019, 13:43
12-10-2019, 19:30
25-03-2021, 15:18
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?