Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ordumuzun əsgəri odlu silahdan açılan atəş nəticəsində ölüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.
Gundemxeber.az bildirir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
GUNDEMXEBER.AZ
12-03-2015, 09:09
1-02-2021, 14:10
6-04-2021, 11:46
6-04-2021, 11:34
11-07-2013, 12:55
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?