GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bu yol şəhid evinə gedir

Bu yol şəhid evinə gedir

Tarix: 13-03-2023, 23:08 Bölmə :Cəmiyyət Baxış: 217

Azərbaycan Respublikası Prezidentinin 15 və  24 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Ələkbərov Vüqar Telman oğlu (ölümündən sonra) "Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.


Bu yol hərbi qulluqçumuz, şəhid gizir Vüqar Ələkbərovun doğulub boya-başa çatdığı evə aparır bizi. Kənd yolları kənd uşaqlarının ömür yolu kimi kələ-kötür, daşlı-qayalı olur, hamar olmur heç vaxt. Elə bu yola da çınqıl tökülmüşdü rahat olsun deyə. Bir anlıq mənə elə gəldi ki, üzü bu tərəfə gələnlərə yol göstərmək üçün kənd camaatının ilk sözü elə bu olur: Şəhid evinə gedən yola çatmamış…Ölümündən sonra da yol göstərir, istiqamət verir şəhidlərimiz…


Bələdçimiz Ucar RPŞ-nin əməkdaşı idi. Şəhidimizin yol qırağındakı lövhədə vurulmuş şəklində gülümsəyən üzünə yaz günəşi düşdükcə mənə elə gəldi ki, şəkil indi hərəkətə gəlib yeriyəcək, evlərinə qədər yol yoldaşım olub döyüş yolunu danışacaq mənə. Və şəkilə baxa-baxa şəkil kimi oğulları əlimizdən alan müharibələrə lənət oxudum. Bir dəmir parçası bir insan ömrünü yarıda qoyursa, deməli, hələ bu dünyada günahkarlar çoxdur, deməli hələ özgə torpağına göz dikənlər, oğul analarının yuxusunu ərşə çəkənlər var. Bizi Vuqarın qardaşı Xəyal qarşılayır. Ondan sonra bu evin böyük oğlu da, kiçiyi də odur. O, DİN Baş Mühafizə İdarəsinin Göyçay Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantıdır. Oğul itirən anaları tanımaq isə elə də çətin deyil. Saçları, gözləri danışır onların yerinə. Şaynat anamız dərdini səsinə büküb sanki. Sözünün əvvəli də oğuldur, sonu da. Dərdin təzəsi, köhnəsi yoxdur və mən onlara qaysaq tutmayan oğul yarası ilə bağlı hansı sualla müraciət eləsəydim cavab eyni olacaqdı. Odur ki, gəlişimin səbəbiniDİN Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü ilə əlaqələndirirəm. Həm də bu tarixi gündə bayraq oğulların əmanətləri ilə görüşmək adama təskinlik verir, qürurdan sinən qabarır. Xalq olaraq böyüklüyümüzü, millət olaraq əzəmətimizi hiss edirik. 


“Sağ olsun, şöbənin rəisi, polis polkovniki Valik Vəlimatov və əməkdaşları. Elə bir əlamətdar gün olmaz ki, bizi yad etməsinlər. Bu gəldiyiniz yol da polisin köməyi ilə düzəlib. Payız aylarında, qışda çox əziyyət çəkirdik, gediş-gəliş çətin idi. İndi yol genişləndirilib. Yaxın günlərdə asvalt çəkiləcək”, -deyir Şaynat anamız. Onlar üçün bir söz belə təsəllidir. Rayon rəhbərliyi də gözdən uzaq, könüldən qıraq qoymur. Məktəblərdə də şagirdlər Vətən andı içənlərin adlarını yaddaşlarına  həkk etməklə tariximizə sayğılarını nümayiş etdirirlər. Riyaziyyatı sevənlər üçün ən müqəddəs rəqəm 44-dür. Bəlkə də şəhid övladları beşdə-beşə layiq inşa yazılarına müəllimə dörddə-dörd yazmaları üçün israr edərlər. O dördlərdə onlar atalarının hayqırtısını, ölümün üstünə necə ürəklə getdiyini, son nəfəsdə Vətən deyib necə həyata, sevdiklərinə, övladlarına vida etməyini görərlər…Şəhid ataları üçün ağlamaq acizlik deyil, mübarizədir, üsyandır həyata. O, itirsə də, Vətən qazandı deyə qədərə baş əyir Telman dayı: “Vüqar, hərbi ilə nəfəs alırdı. Kiçik yaşlarından hərbçi olmaq ən böyük arzusu idi. O, doğulanda torpaqlarımız işğal olunmuşdu. Biz şəhid ataları həm də ona görə qürur duyuruq ki, övladlarımız həsrəti onlardan böyük olan torpaqlarımızı işğaldan azad edib 21-ci əsrdə ən böyük möcüzəyə imza atdılar. Qalib Xalq, qalib Ordu, qalib Şəhid Atası olmaq dünyanın ən böyük sevincidir. Bizə bu sevinci balalarımız şəhidlik zirvəsinə ucalmaları ilə yaşatdılar. Balalarımız bizlərin başını uca elədi. Siz hardan baxsanız bizləri-şəhid atalarını, şəhid analarını həmişə görəcəksiniz”…


Düz deyir Telman əmi. Şəhid ataları, anaları həmişə seçilir. Onların saçları, gözləri, baxışları danışır adamla…  

Sözardı: Onlardan ayrılanda: “Burda bir qardaşının, bir əminin evi var. Ürəyin istəyəndə gəl, qonağımız ol”,-dedi Telman kişi. İndi bildim ki, Şəhid evlərinə gedən yollar ürəyimizin başından keçir. Gəlin, daşdan, çınqıldan təmizləyək, getmək, gəlmək çətin olmasın, çünki o yollar bizi ən müqəddəs ünvanlara aparır…


Hafiz Təmirov,

DİN Mətbuat Xidmətinin rəis müavini,

polis polkovnik-leytenantı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq

    Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi ...

    10-02-2021, 16:14

  • 
  • Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

    Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür ...

    24-04-2021, 13:03

  • 
  • Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı – VİDEO

    Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı – ...

    17-07-2020, 10:20

  • 
  • Şəhid gizir Neftçalada dəfn edildi - Fotolar

    Şəhid gizir Neftçalada dəfn edildi - Fotolar ...

    4-04-2016, 13:11

  • 
  • Bu gün snayperlə vurulan Fərmanın atası da şəhid imiş... - Foto

    Bu gün snayperlə vurulan Fərmanın atası da şəhid ...

    24-07-2021, 11:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu