"ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərilərini kütləvi şəkildə məhkəməyə verib.
10 mart tarixində "ABC-Telecom” MMC mağazalarından kreditlə məhsul götürmüş müştərilərinin ödənişlərində yaranmış gecikmələrə görə 40-a ayxın şəxslə bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət edib.
MMC kredit götürmüş müştərilərindən pulları ödəməyi tələb edir.
Apardığımız araşdırma zamanı bəlli olub ki, "ABC-Telecom”un mağazaları iş yeri olmadan tək şəxsiyyət vəsiqəsilə kredit verdiyi müştərilərinin əksəriyyətində bu problem yaranıb.
Qeyd edək ki, "ABC-Telecom”mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir./Qaynarinfo
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?