Türkiyədə güclü zəlzələlərin baş verdiyi bölgədə bu gün başlayacaq, göy gurultusu ilə müşayiət olunacaq leysan yağışların axşam saatlarından sonra təsirini artırması gözlənilir.
Yağıntının bütün zəlzələ bölgəsində güclü, Adıyaman vilayətində, Şanlıurfanın şimal və qərbində, Kahramanmaraşın cənubunda və şərqində, Qaziantepin şimalında və şərqində çox güclü olacağı proqnozlaşdırılır.
Kahramanmaraş, Adıyaman, Malatyanın dağlıq ərazilərində güclü sulu qar və qar yağacağı təxmin edilir
Bölgədə son günlər yağan leysanla əlaqədar çaylarda suyun səviyyəsinin qalxması və gözlənilən yeni intensiv yağışlar, sel və daşqınlar, tufan, şimşək çaxması, dolu, güclü külək və qar səbəbindən buzlaşmaya görə tədbirli olmaları, nəqliyyatda gecikmələrə qarşı səbirli davranmaları barədə əhaliyə xəbərdarlıq edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?