Aparıcı Hacı Nuran Hüseynovun səhhəti yenidən pisləşib.
Gundemxeber.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
"Bu əziz günlərdə mənim səhhətim yenə şıltaqlıq etdi. Almaniyanın Düsseldorf şəhərində müayinəm və müalicəm davam edir. Özümü pis hiss etdim və həkimlər məni danladılar. Düzdür, mənim Bakıda da çox gözəl həkimlərim var. Hər biri də əvəzsizdir. Amma uzun illərdir, Düsseldorfda müalicə və müayinə olunduğumdan bu klinikanın ağxalatlı mələkləri məni bir kəlmədən başa düşürlər. Bu gün yenə Düsseldorfdayam və sizin dualarınıza ehtiyacım var! Müalicəm davam edir”, - deyə bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?