Millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktı Azərbaycana mesaj göndərmək cəhdidir. Bu sui-qəsdi sifariş edənlər Azərbaycanda narahatlıq, çaxnaşma yaratmağa çalışırlar. Bu hadisə yalnız DTX-nın yarandığı günə yox, İsraildə Azərbaycan səfirliyinin açıldığı günə də təsadüf edir. Artıq bu hadisəni törədənləri həmən anlayırsan ki, kimlərdir.
Bu sözləri GundemXeber.Az-a açıqlamasında Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri, Qlobal Sülh Səfiri Şahin Əliyev bildirib.
O sözlərinə belə davam edib:
“Azərbaycan xalqı qorxmaz, mübariz xalqdır. Bu təxribatlar bizi nə təşvişə salar, nə də haqlı yolumuzdan yayındırar. Əminəm ki, bundan əvvəlki terror hadisələrində olduğu kimi yenə də Azərbaycan hüquq-mühafizə orqanları millət vəkilimizə qarşı sui-qəsd edən şəxsi tez bir zamanda de-şifrə edəcəkdir.
Cənab Prezidentimiz İlham Əliyevin ətrafında maksimum birləşib birlik nümayiş etdirərək xarici agentura şəbəkəsini sındıra, onu yox edə biləcəyik. Dövlətimizin təhlükəsizliyinə və milli maraqlarına qarşı hərəkət edən, Vətəninə xainlik edən şəxslər ən qatı tədbirlərlə həbs olunacaq. Azərbaycan xalqının əzmini bütün dünya Qarabağ müharibəsində gördü, bu birliyi və qorxmazlığı indi də dövlətimizin və xalqımızın maraqlarına qarşı çıxan şəxslərə göstərməliyik. Heç kimə güzəştdən söz gedə bilməz. Azərbaycanda yaşayıb, başqa ölkələrə işləyir, onların maraqlarına xidmət edirsə onlara heç bir güzəşt edilə bilməz. İçimizdəki xainlər tez bir zamanda ifşa olunacaqlar”,- deyə o qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?