GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Hindistandan ucuz dərman alırlar, Dubayda baha rəsmiləşdirirlər, Azərbaycana…”

“Hindistandan ucuz dərman alırlar, Dubayda baha rəsmiləşdirirlər, Azərbaycana…”

Tarix: 30-03-2023, 19:14 Bölmə :Cəmiyyət Baxış: 205


Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir. Bununla bağlı qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Beləliklə, “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda deputatlara təqdim olunub.

Qanun layihəsində dəyişikliklər bir neçə istiqamətdə təklif edilir. Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir.

“Dərmanların qeydiyyatının sadələşdirilməsi…”

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da “Turan”a bildirib ki, layihə onları həmişə narahat edən bir məsələnin həlli – ölkəyə gətirilən dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi və asanlaşdırılması istiqamətində irəliyə atılan mühüm addımdır. Onun sözlərinə görə, dəyişikliyə əsasən, ölkədə dərman preparatının hər hansı bir forması qeydiyyatdan keçibsə, həmin preparatın digər həb, suspenziya, məhlul kimi formaları da qeydiyyatdan keçmiş sayılır və onları da əlavə icazə almadan idxal etmək olar.

O vurğulayıb ki, dərmanların qiymətlərinin yüksək olması narazılıqlara səbəb olur: “Bu məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyi ilə danışıqlar aparılmalıdır. İlk növbədə qazi və şəhid ailəsinin üzvlərinə ambulator müalicədə dərmanlar ödənişsiz verilsin, sonrakı mərhələdə isə aztəminatlı vətəndaşlar, təqaüdçülər üçün bu imkan yaradılsın”.

Komitə sədri: “Bunu edə bilsək…”

Əmiraslanovun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikinin tikilib istifadə verilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə işlər aparılır: “Bu, xarici ölkələrdən asılılığımızı həll etməyə yönəlib. Bunu edə bilsək, həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq”.

Mövzu ilə bağlı TƏBİB rəsmiləri ilə danışmaq mümkün olmayıb.

“Dərman bazarında inhisarçılıq var”

“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri Aydın Əliyev də AzadlıqRadiosuna bildirib ki, dərman preparatlarının qiymət və keyfiyyətinin yaxşılaşdırılmasına yönəlik bütün addımlar təqdirəlayiqdir: “Amma, təəssüflər olsun ki, bizdə problem qanunların işlək olmamasıdır. Qanunlarımız gözəldir, amma işlək deyil. Qanun yol verməsə də, dərman bazarında inhisarçılıq var. Kimlərsə aralıq bir şirkət yaradırlar, Hindistandan ucuz dərman alırlar, gətirib Dubayda çox baha qiymətə rəsmiləşdirirlər, oradan da Azərbaycana idxal edirlər. Qanunlarımız işləsə, dövlət buna nəzarət etsə, bunu edə bilməzlər. Hindistanda qiyməti 1 dollar olan dərman 10 dollaradır”.

Ekspert vurğulayıb ki, qanunların işlək mexanizminə nəzarət etmək, inhisarçılığı aradan qaldırmaq lazımdır: “Əgər qanun işləyirsə, ölkəyə niyə keyfiyyətsiz dərmanlar gəlir? Həkim dərman yazır, pasiyent həmin dərmanı alır, amma sağala bilmir. Həkimin də reputasiyasına xələl gəlir, pasiyentin də pulu gedir, üstəlik də sağalmır. Yəni, idxal edilən dərman preparatlarının həm keyfiyyətinə, həm qiymətinə, həm saxlanma şəraitinə çox ciddi nəzarət olunmalıdır. Kağız üzərində bu nəzarət var, amma həmin qanunlar işlək olmalıdır”.

Mütəxəssisin fikrincə də, Azərbaycanda dərman preparatlarının yerli istehsalı vəziyyətə müsbət təsir edə bilər: “Biz bu məsələdə gecikmişik. 30 ildən çoxdur ki, müstəqilliyimiz var, amma dərman vasitələrinin, tibbi sərfiyyat materiallarının bizdə istehsalı, demək olar ki, sıfır səviyyəsindədir. Düzdür, dünyada heç bir dövlət öz əhalisinin dərmana olan ehtiyacını 100 faiz səviyyəsində qarşılaya bilmir. Amma biz hansısa dərman preparatlarını istehsal edəriksə, onları digər ölkələrlə barter edə bilərik, bunun da müsbət təsiri olacaq”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdən dərman vasitələrinin buraxılması ilə bağlı yeni QƏRAR

    Nazirlikdən dərman vasitələrinin buraxılması ilə ...

    11-11-2015, 15:03

  • 
  • Səhiyyə Nazirliyi: Bu il 835 adda qeydiyyatsız dərman satışdan çıxarılıb

    Səhiyyə Nazirliyi: Bu il 835 adda qeydiyyatsız ...

    10-12-2015, 19:52

  • 
  • Parlament “Dövlət Gerbi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib

    Parlament “Dövlət Gerbi haqqında” qanun ...

    18-12-2018, 13:59

  • 
  • Səhiyyə Nazirliyində yeni xidmət - Dərmanların qeydiyyatına nəzarət gücləndirildi

    Səhiyyə Nazirliyində yeni xidmət - Dərmanların ...

    3-08-2016, 11:27

  • 
  • Azərbaycanda həkimlərə QADAĞA

    Azərbaycanda həkimlərə QADAĞA ...

    20-09-2016, 14:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu