GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İranda erməni abidələrini UNESCO siyahısına saldırıblar, Azərbaycan abidələrini isə...

İranda erməni abidələrini UNESCO siyahısına saldırıblar, Azərbaycan abidələrini isə...

Tarix: 4-04-2023, 15:29 Bölmə :Cəmiyyət Baxış: 167

Sədrəddin Soltan: “Bütün bunlar “türklərsiz İran” siyasətinə xidmət edir ki, bunu həyata keçirmək üçün fars şovinistləri abidələrimizə qarşı bu cür ögeylik göstərirlər”

Molla rejimi Azərbaycan türklərinin mədəni irsinə qarşı heç də ermənilərdən az cinayət törətməyib. İstər Pəhləvi hakimiyyəti dövründə, istərsə də indiki Tehran rejimi zamanı Cənubi Azərbaycanda olan abidələrimizin böyük bir hissəsi məhv edilib, qalanlar da farslaşdırılaraq öz kökündən ayrılıb, saxtalaşdıra və yer üzündən silə bilmədikləri isə baxımsızlıq ucbatından dağılıb gedir. Baxan, diqqət yetirən yoxdur.  

Məlumatlara görə, İran ərazisindəki erməni kilsələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Özü də illər əvvəl. Belə söhbətlər olub ki, Cənubi Azərbaycan abidələri də UNESCO-ya təqdim edilsin, bəzi abidələrimiz UNESCO-ya salınsa da, amma onlar çox baxımsız vəziyyətdədir. Onu da deyək ki, Savalan dağının bu siyahıya salınacağı deyilirdi. Məlumata görə, Təbriz bazarı UNESCO-ya daxil edilib. Amma təəssüf ki, bazar bu gün baxımsız vəziyyətdədir. Amma İranın Erməni Monastır Cəmiyyəti və digər məbədləri UNESCO-ya daxil edilib, bununla yanaşı o saxta abidəyə və digər qondarma erməni abidələrinə hər cür qayğı göstərilir...    

Molla rejimi tərəfindən Azərbaycan abidələri dağıdılır, saxtalaşdırılır, baxımsız vəziyyətə salınır, məhv edilir. Erməni kilsələri, abidələri (sonradan yaradılan abidələr, çünki onların qədim tarixi abidələri olmayıb-İ.S ) isə qorunur.

Redaksiyamızın ilin əvvəlində təsdiqlədiyi plana uyğun olaraq “Cənubi Azərbaucanın tarixi irsi” rubrikasında bu mövzuda danışacağıq.

  • “Ermənilər türklərə məxsus Göy Məscidi farslaşdırdığı kimi, İranda da türklərə aid xristian abidələrini və kilsələrini erməniləşdiriblər”

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə bunun səbəblərini şərh etdi. “İran hakimiyyəti, panfarsizm ideologiyası əsasında idarə olunan bu ölkə Azərbaycan türklərinin milli mədəni, tarixi  abidələrinə, milli mədəniyyətinə ögey münasibət bəsləyir, onun inkişaf etməsinə əngəl olur. Abidələrin qorunmasından isə danışmağa dəyməz. Keçən əsrin 90-cı illərində qoç qəbirlərin buynuzlarını sındırırdılar ki, guya orada qızıl var. Bu “ideyanı” o vaxtkı prezident Rəfsəncaninin dəstəsi ölkə daxilində təbliğ edirdi ki, bununla da Azərbaycan türklərinə məxsus olan qəbirüstü qoç abidə daşlarını dağıtsınlar. Yaxud Ərk qalasının ətrafında qadınların namaz qılması üçün yer salınması ideyası ortaya atılmışdı. Göy Məscidin, Zəncandakı mədəni abidələrin, Miyanədəki Qız qalasının dağılması hadisələri baş verib. Bir sözlə, Güney Azərbaycanda qədim tarixi abidələrin dağılması İran hakimiyyətinin sanki hədəfidir. Məsələn, İrəvanda Göy Məscidin “ fars mədəniiyyətinə” “aid edilməsi”ni  və “fars məscidi” kimi qələmə verilməsini də İran hakimiyyəti məmnuniyyətlə qəbul edib. Bu məscidin Azərbaycana məxsus olduğunun üstündən sükutla keçir. Amma hər kəs bu məscdi kimin və nə vaxt tikdirdiyini bilir və bu məscidin Azərbaycan türklərinə aid olduğunu təsdiqləyən faktlar var. Yəni bunun Azərbaycan türklərinə məxsus olduğuna heç kəs etiraz edə bilməz”.

S.Soltanın sözlərinə görə, İranda harada kilsə varsa hamısını ermənilər öz adlarına çıxırlar. “Bir vaxtlar ermənilər İranda təxminən 600-ə qədər kiləsənin olduğunu bildirdilər və o kilsələrin hamısını “erməni kilsəsi” adlandırdılar. Hakimiyyət də bunu o cür qəbul etdi. Amma hər kəsə bəllidir ki, o taylı-bu taylı Azərbaycan türkləri əvvəllər xristianlılğı qəbul ediblər, buna görə də bu kilsələr yerli əhalinin, yəni Azərbaycan türklərinin ibadətgahı olub. Eynən Şimali Azərbaycan ərazisindəki kilsələr necə yerli Azərbaycan türkü olan xristianlara mənsub olub, eləcə də mahiyyət, quruluş, memarlıq etibarı ilə Güneydəki məbədlər buradakı yerli türklərə aid olub. Bunlar tədqiq olunası, araşdırılası məsələlərdir. Məsələn, hazırda İran ərazində 60 minə qədər erməni var. Ermənilər özləri etiraf  edirlər ki, inqilaba qədər bu ölkənin ərazisində 200 minə qədər erməni olub. 1979-cu ildən 2019-cu ilə kimi 150 minə yaxın erməni bu ölkənin ərazisindən köç edib. Məsələn, indi ermənilər əsasən Azərbaycan ərazisində, Tehranda və İsfahanda yerləşlər. Təbrizdə 3 minə yaxın erməninin yaşadığı deyilir, amma iddia edirlər ki, orada 50 erməni kilsəsi mövcuddur... İsfahanda 6 min erməninin yaşadığı bildirilir, amma orada 12 fəaliyyətdə olan kilsə var. Yaxud Tehranda 50 min erməninin olduğu qeyd edilir, burada 7 kilsə, eləcə də 30-dan çox məktəb, uşaq bağçası, uşaq mədəniyyət mərkəzi və idman mərkəzləri fəaliyyətdədir. Bax, bu göstərir ki, İran hakimiyyəti Azərbaycan türklərinin mədəni abidələrinə  ögey yanaşır, əslində ermənini qorumağa çalışır. Erməniləri qorumaqla da İranda erməni lobbisinin maraqlarını müdafiə edirlər.

İrandakı kilsələrin hamısını ermənilər “erməni kilsəsi” kimi qələmə verir, əslində isə o kilsələrin hamısının onlara aid olduğu şübhəlidir.

Ermənilər iddia edir ki, Təbrizdə 50 erməni kilsəsi var7 Orada 50 erməni kilsəsi necə ola bilər? Yaxud “İranda 600 kilsə var, hamısı da ermənilərə məxsusdur” iddiasını irəli sürürlər, heç Ermənistanda 600 kilsəyə gedəcək sayda adam yoxdur, o ki qala İranda. Bunlar hamısı absurddur. Ermənilər türklərə məxsus Göy Məscidi farslaşdırdığı kimi, İranda da  türklərə aid xristian abidələrini və kilsələrini erməniləşdiriblər. Türk mədəniyyət abidələrini baxımsız vəziyyətdə qoyurlar”.

S.Soltan vurğuladı ki, Azərbaycan abidələrindən UNESCO-ya daxil edilən abidələr olsa da, amma onlar baxımsız vəziyyətə salınaraq dağıdılır. “Ərk qalası, Göy Məscid kimi abidələr UNESCO-ya daxil edilən abidələrdir, İran hakimiyyəti Azərbaycan türklərinin abidələrinə çox ögey yanaşır. Hakimiyyət Göy Məscidi təmir etməli, onu bərpa etməli olduğu halda, amma Azərbaycan türklərinə məxsus olduğu üçün onun uçub dağılmasına göz yumur. Bu mövcud rejimin qulluq etdiyi siyasi ideolji mahiyyətdən irəli gəlir. Məqsəd Azərbaycan türklərinin mədəni irsinin izlərini İran ərazisindən silməkdir. Baxın, yer-yurd, şəhər-kənd adlarını dəyişdirib farslaşdırırlar. Niyə Azərbaycan türklərinin izləri silinməlidir? Faktiki olaraq Qaradağ mahalına Arasbaran (Arazbaran) adının verilməsi, Xiyavın Meşkin şəhəri adlandırılması, Qızılüzən çayın adının dəyişdirilərək farslaşırılması və sair xoşagəlməz hallar baş verib. Yer adlarının kütləvi dəyişdirilməsi prosesi baş verib, bu da buradan türkün izini silməyə xidmət edib. Türk abidələrinin dağıdılması, məhv edilməsi məsələsi də bizim izlərimizi yox etməyə yönəlib. Bu siyasətin əsasını Azərbaycan türklərinin izini silmək təşkil edir”.

S.Soltan qeyd etdi ki, hətta bir vaxtlar Azərbaycan türklərinin “bu torpağa gəlmə olduğu” və “türklərsiz İran şüarı” irəli sürülüb. “Bütün bunlar “türklərsiz İran” siyasətinə xidmət edir ki, bunu həyata  keçirmək üçün fars şovinistləri abidələrimizə qarşı bu cür ögeylik göstərirlər” - deyə S.Soltan qeyd etdi.

Gundemxeber.az






  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın mənəvi haqqı tanındı

    Azərbaycanın mənəvi haqqı tanındı ...

    20-12-2012, 13:23

  • 
  • UNESCO Ermənistanın “Köçəri" iddiasını rədd etdi

    UNESCO Ermənistanın “Köçəri" iddiasını rədd ...

    2-12-2015, 15:35

  • 
  • Azərbaycan UNESCO-nun hökumətlərarası komitəsinə üzv seçilib

    Azərbaycan UNESCO-nun hökumətlərarası komitəsinə ...

    6-06-2018, 21:39

  • 
  • İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”

    İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay ...

    20-05-2021, 21:40

  • 
  • İraq prezidenti İlham Əliyevdən kömək istədi

    İraq prezidenti İlham Əliyevdən kömək istədi ...

    1-07-2016, 19:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu