Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vasif Talıbov həbs oluna bilərmi? - GƏLİŞMƏ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbova həbs təhlükəsi yaranıb.
GUNDEMXEBER.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Vasif Talıbov istefa verəndən sonra ilk dəfədir ki, rəsmi şəkildə Muxtar Respublikada yeyintilərin olduğu bəyan edilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Real TV"yə açıqlamasında bildirib ki, Muxtar Respublikanın hava limanında nəzarət tədbirlərinin nəticələri gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantlarının olmasını göstərib.
"Kənd Təsərrüfatı Nazirliyində isə fermerlərə verilən subsidiyaların kəmiyyət göstəriciləri artırılması hesabına artıq xərclərə yol verilib", deyə palata sədri əlavə edib.
Bu fakt həm də Vasif Talıbovun fəaliyyət dövrünün ciddi şəkildə araşdırıldığı barədə məlumatların təsdiqi kimi dəyrələndirilə bilər.
Vasif Talıbov ötən ilin dekbarında istefa verib. Rəsmi təqdimatda onun istefası səhhəti ilə əlaqələndirilib. Lakin Talıbovun biznesinə əl qoyulması, oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən, qızı Baharxanım Talıbovanın "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının üzvlüyündən, dövlət qurumlarında çalışan yaxınlarının işdən çıxarılması keçmiş Ali Məclisi sədrinin cəzalandırılması barədə qənaətləri möhkəmləndirib.
Vasif Talıbovun hansı səbəbdən qəzəbə gəldiyi dəqiq bəlli deyil. Bəzi mülahizələrə görə, o, mövcud siyasi konyukturaya uyğun xətt tutmaması, mərkəzi hakimiyyətə tabesizlik göstərməsi və bu kimi səbəblər üzündən hədəfə gəlib.
Talıbovun istefasından sonra həbs olunacağı barədə ehtimallar da səsləndirilirdi. Vüqar Gülməmmədovun açıqlaması bu ehtimalları bir qədər də möhkəmləndirir.
Məlumat üçün deyək ki, Vasif Talıbov Ali Məclis sədri vəzifəsindən istefa versə də, deputat mandatı daşıyır. Lakin o, Milli Məclisin yaz sessiyası başlayandan iclaslarda görünməyib.
GUNDEMXEBER.AZ
16-11-2017, 15:10
4-02-2020, 15:36
10-11-2018, 15:41
9-07-2019, 16:18
11-01-2023, 20:29
Sorğu
Yeni dizaynımız necədir?