GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İDDİA: Əli Əhmədov YAP-a buraxılmır - "Qocalar"dan qurtulmaq prosesi davam edir

İDDİA: Əli Əhmədov YAP-a buraxılmır - "Qocalar"dan qurtulmaq prosesi davam edir

Tarix: 4-05-2023, 10:50 Bölmə :Cəmiyyət Baxış: 194

İDDİA: Əli Əhmədov YAP-a buraxılmır

Hakim komandada çoxdan anons edilən dəyişikliklər bir-birinin ardınca gerçəkləşir. Xüsusilə son illər geniş vüsət alan iqtisadi islahatlar fonunda iqtidar komandasında baş verən keyfiyyət dəyişiklikləri diqqətdən kənarda qalmayıb. Hakim elitanın dəyişməsi və yenilənməsi fonunda cərəyan edən proseslər daha çox “köhnə qvardiya”nın sıradan çıxarılması ilə müşayiət olunur. Yenisabah.az bildirir ki, “qocalar”dan qurtulmaq prosesi bundan sonra da davam edəcək. Çoxillik staja malik olan nazirlərin, uzun illərdən bəri oturduqları postlarda “kök atmış” icra başçılarının sıradan çıxarılması ilə bağlı mövqe dəyişməz olaraq qalır. Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevdən sonra daha bir neçə qocaman məmurun “könüllü” istefaya getməsi gözlənilir.

Qeyd edək ki, proses təkcə köhnələrin “vurulması” ilə məhdudlaşmır. Hakim komandada postunu qorumağa müvəffəq olmuş bəzi stajlı məmurların təsir imkanlarının minimuma endirilməsi baş verir. Bu sırada vaxtilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı simalarından biri olan, Baş nazirin müavini Əli Əhmədovun adını çəkmək olar. Bu ilin yanvarında 70 yaşını tamamlamış Ə. Əhmədovun ictimai-siyasi proseslərdən tamamilə təcrid olunması səbəbsiz deyil. Məşhur YAP-çının çoxdan arzuolunmaz şəxsə çevrildiyi bildirilir.

Xatırladaq ki, Ə.Əhmədovun “vurulması” 2021-ci ilə təsadüf edir. 2021-ci ildə YAP-ın VII Qurultayında partiyadakı bütün mövqelərini itirəndən sonra onun “kölgəyə çəkildiyi” müşahidə olunur. Tahir Budaqovun 5 mart 2021-ci ildə YAP sədrinin qərarı ilə YAP sədrinin müavini və YAP Mərkəzi Aparatının sədri təyin olunması Ə.Əhmədovun siyasi karyerasının bitməsi ilə nəticələndi. YAP Mərkəzi Aparatının əməkdaşlarından birinin saytımıza dediyinə görə, məşhur YAP-çı son vaxtlar, hətta hakim partiyanın qərargahına da buraxılmır.

GUNDEMXEBER.AZ bildirir ki, YAP-çı deputatlardan biri “Yeni Sabah”a Ə.Əhmədovun “vurulmasının” səbəbini açıqlayıb. Parlamentarinin dediyinə görə, sabiq icra katibinin cəzalandırılması vaxtilə yol vermiş olduğu səhvlərlə bağlıdır. Onun sözlərinə görə, Ə.Əhmədovun partiyaya de-fakto rəhbərlik etdiyi dövrdə intriqan fəaliyyətlə məşğul olub, kadr seçimində şəxsi münasibətlər və regional amilləri əsas götürüb. Bu problem 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində daha qabarıq formada diqqəti cəlb edib. Ə.Əhmədovun YAP-ın deputat siyahısını, əsasən, yaxın ətrafındakı şəxslərdən müəyyən etməsi 2021-ci ildə onu “oyundankənar vəziyyət”ə salıb. Xatırladaq ki, həmin vaxt YAP-ın yekun siyahısının hazırlanması ard-arda 3 dəfə təxirə salınmışdı. Bu fəaliyyətinə görə, hətta çoxillik silahdaşlarından biri olan YAP-çı deputat Siyavuş Novruzovla onun arasında konflikt yaranmışdı.

Mənbə deyib ki, Ə.Əhmədov hazırda Baş nazirin müavini postunu tutsa da, onun bu vəzifədə çalışması formal xarakter daşıyır. O, faktiki olaraq, hökumətdə ikinci adam olsa da, heç bir fəaliyyəti ilə diqqəti cəlb etmir. Məlum qurultaydan sonra Ə.Əhmədov Baş nazirin portfelli müavinlərindən birinə çevrilib.

YAP-çı deputat 70 yaşını 4 ay əvvəl tamamlamış Ə.Əhmədovun yaxın vaxtlarda postu ilə vidalaşacağını bildirib. Onun sözlərinə görə, Ə.Əhmədov könüllü şəkildə istefa verməsi gözlənilir. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov YAP-ın İdarə Heyətindən kənarlaşdırılır - GƏLİŞMƏ

    Vasif Talıbov YAP-ın İdarə Heyətindən ...

    11-01-2023, 20:29

  • 
  • Ramiz Rzayevin dirənişi: Üç gün əvvəl demişdi ki... - İLGİNC

    Ramiz Rzayevin dirənişi: Üç gün əvvəl demişdi ...

    7-03-2023, 16:37

  • 
  • Ramiz Mehdiyevin hakimiyyətə yeni partiya şantajı

    Ramiz Mehdiyevin hakimiyyətə yeni partiya şantajı ...

    16-12-2012, 12:45

  • 
  • Əli İnsanov Ali Məhkəmənin sədrini məhkəməyə verir

    Əli İnsanov Ali Məhkəmənin sədrini məhkəməyə verir ...

    22-08-2013, 11:35

  • 
  • İcra başçıları üçün verdiyi vaxt dekabrın 15-də bitir - Gözlər prezidentdə

    İcra başçıları üçün verdiyi vaxt dekabrın 15-də ...

    10-12-2017, 14:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu