Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qırmızı təhlükə: İtaliyada beş minə yaxın insan təxliyə edildi
İtaliyanın şimalında güclü yağışlar səbəbindən 5 minə yaxın insan təxliyə edilib.
Bazar ertəsi axşam saatlarından İtaliyanın şimalında yağan güclü yağışlar sel və daşqınlarla nəticələnib, bu səbəblə Emiliya Romanyadan azı 5 min insan təxliyə edilib.
Təcili problemlərin həlli üçün 10 milyon avro vəsait ayrılıb.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər itkin düşüb. Müxtəlif şəhərlərin sakinləri evlərin damına çıxaraq xilasediciləri gözləmək məcburiyyətində qalıblar. Rayonda təhsil müəssisələri bağlanıb, qatarların hərəkəti dayandırılıb.
Bölgədə hava şəraitinin son (qırmızı) təhlükə səviyyəsi elan edilib. Bazar ertəsi axşamdan etibarən orada güclü yağış yağır.
Gundemxeber.az
9-10-2018, 10:15
4-10-2013, 13:43
25-07-2016, 14:44
7-11-2018, 11:59
4-09-2017, 11:53
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?