İran Azərbaycana qarşı təxribatçı fəaliyyətin faydasız olduğunu dərk etdi. Və münasibətləri normallaşdırmağa çalışır. Bu məktub normallaşdırma cəhdlərindən biri kimi sayıla bilər”.
Bunu İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı ünvanladığı təbrik məktubunun nə qədər səmimi olduğu haqda fikirlərini səsləndirən iranşünas Sədrəddin Soltan Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, bu, İranın Azərbaycana ilk təbrik mesajı deyil. Daha öncə Ramazan ayı münasibətilə də rəsmi Tehran Bakıya təbrik mesajı ünvanlayıb:
İran son zamanlar Azərbaycanla münasibətlərdə dönüş etmək istəyir. İran Ali Rəhbəri Seyid Əli Xamenei dövlət məmurları ilə görüşündə qonşu və qonşu olmayan müsəlman ölkələri ilə münasibətlərin normallaşdırılmasından danışıb. Hazırda İran Əfqanıstan, Səudiyyə, Oman, Qətər, BƏƏ və s. islam ölkələri ilə münasibətləri normallaşdırmağa çalışır. İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı ünvanladığı təbrik məktubu İranın qonşu müsəlman ölkələri ilə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlardan biridir. Son zamanlar İran Azərbaycana qarşı təxribatçı fəaliyyətin faydasız olduğunu dərk etdi. Və hazırda münasibətləri normallaşdırmağa çalışır. Bu məktub normallaşdırma cəhdlərindən biri kimi sayıla bilər.
Əlavə olaraq məktubun İsrail Prezidenti İshaq Hersoqun Azərbaycana səfəri ərəfəsində yazılması diqqət çəkən məqamlardan biridir. İranın İsrail-Azərbaycan münasibətləri ilə bağlı məsələdə üzdə qısqanclığı bir qədər azaltmaq taktikasına keçdiyi ehtimal olunur”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?