GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » MİLLİ MƏCLİS QANUNVERİCİ ORQANDIR, YOXSA, NAQQALXANA?

MİLLİ MƏCLİS QANUNVERİCİ ORQANDIR, YOXSA, NAQQALXANA?

Tarix: 8-06-2023, 16:46 Bölmə :Cəmiyyət Baxış: 245


Hələ yüz ildən də bir qədər əvvəl bəşərin ən böyük ŞƏR dühalarından biri, bəlkə də birincisi olan, Dövlət Quldarlığı, Dövlət Feodalizmi iqtisadi-ictimai quruluşların həm nəzəri, həm də praktiki müəllifi, eləcə də materialist DİN olan BOLŞEVİZMİN müəllifi Vladimir Lenin öz məqaləsində haqlı olaraq Rusiya Dövlət Dumasını NAQQALXANA adlandırmışdı. Bu da məlumdur ki, Rusiya Dövlət Duması bu ölkənin QANUNVERİCİ ORQANIDIR.


Bəs bu sahədə ölkəmizdə vəziyyət necədir?


İlk olaraq onu qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndində deyilir: – Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipi əsasında təşkil edilir:

– Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

– İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur;

– Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

(Bakı – 2019. 26 sentyabr 2016-cı ildə qəbul edilmiş dəyişikliklər və əlavələrlə).

96-cı maddənin 1-ci bəndində isə deyilir; – Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan muxtar Respublikasının Ali Məclisinə mənsubdur. (Yəni, son 30 il ərzində «Cənab Heydər Əliyev iks-iks birinci əsrdə (XXI) Naxçıvanda heç bir problem yoxdur» – Ş.Q.)un müəllifinə.

Mən Konstitusiyanın 2 maddəsindən seçmələri ona görə ilkin olaraq qeyd etdim ki, oxucu məqaləni oxuyanda bunların məzmununu da müqayisə edə bilsin. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası Milli Məclis adlanan dövlət qurumunu ölkənin QANUNVERİCİ ORQANI olaraq tanıyır və elan edir. Deməli bu dövlət orqanının əsas və yeganə funksiyası ölkənin idarə edilməsi üçün zəruri olan QANUN layihələri işləyib hazırlamaq, müzakirə edib qanun qəbul etmək, eləcə də dövlətin icra orqanının başqa dövlətlərlə bütün sahələr üzrə bağladığı müqavilələri ratifikasiya etməkdir. Əslində isə bu müqavilələrin ölkə üçün məqbul olan maddələrinin hüquqi qüvvəyə minməsi üçün həmin maddələr qanun məzmunu və formasında tərtib edilərək, qanun olaraq qəbul edilməlidir.

Ümumilikdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qanunlar istisnasız olaraq dekorativ məzmunlu, şüar şəklində qəbul edilir. Hansı ki, hər hansı bir qanun təcrübədə tətbiq edildikdə qanunun tətbiq edildiyi prosses, hadisə və sairənin çoxsaylı, bəzən də heç zaman ağıla gələ bilməyən rəngarəng konkret çalarları ortaya çıxır. Qanunda bu rəng çalarları konkret olaraq göstərilmədiyi zaman qanunun tərəflərdən kimin xeyrinə, yaxud zərərinə tətbiq ediləcəyi məmurun ümüdinə qaldığından, ölkədə müstəntiq, prokuror, hakim, digər dövlət icra orqanları məmurlarının «daxili inamı» əsasında qəbul etdiyi çoxsaylı CİNAYƏTKAR qərarların bir səbəbi məhz bu halın mövcudluğudur. Əlbəttə ki, hər hansı bir qanun işlənib hazırlanaraq qəbul edilən zaman heç bir prosses və ya baş verə biləcək hadisənin mümkün ola biləcək bütün hallarını müəyyən etmək mümkün deyil, xüsusilə ona görə ki, həyatın bütün sahələri daim inkişafda, dəyişməkdə olduğundan, sonsuzluğa qədər davam edən bu dəyişikliklər özü ilə hökmən, dünən bizə məlum olmayan yeni hallar gətirir, dünən bizə adi, aksioma kimi görünən bir halın yeni şərait və şərtlər daxilində hüquqi statusu dəyişərək, onun qanunla nizamlanması zərurəti yaranır. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanın da qanunvericiliyində zaman-zaman yaranan boşluqların aradan qaldırması xeyli zaman kəsimi tələb edir ki, bu zaman kəsimində nə həyat, nə də hüquqi prosseslər donub dayanmadığından dövlət məmurlarının bu zaman kəsimində qəbul etdiyi qərarların mütləq əksəriyyəti cinayətkar qərar, ən azı cinayət tərkibli qərar olur. Qanunlarda yaranan boşluqların vaxtında aradan götürülməsindəki gecikmələrin bir səbəbi də qanunverici orqanın daim, ahəngdar fəaliyyət göstərməməsinin olması ilə yanaşı, qanunvericilərin vaxtından, qanunvericiliyə heç bir dəxli olmayan məsələlərin müzakirəsində istifadə edilməsidir. Məsələn, Avropa Parlamentində Rusiyanın Ukraynaya təcavüzündən danışan bir avropalı xanım parlamentarinin çıxışının sonunda, – «Putin idi na…», nitqi, Azərbayxan Milli Məclisində deputat Vahid Əhmədovun çıxışına çoxsaylı millət vəkilərinin qanunvericilik məsələlərinə heç bir dəxli olmayan uzun-uzadı, öz mahiyyətlərinə və onlara ayrılmış real funksiyalarına layiq çıxışları kimi. Dünyanın ən mükəmməl hüquq sistemi sayılan İngiltərənin hüquq sistemində də yaranan boşluğu aradan qaldırmaq üçün əcaib, hüquq anlayışına zidd bir forma seçmişlər. Belə ki, orada bu boşluğu «prisident» adlanan, hərhansı bir hakimin oxşar halda şəxsi düşüncə və iradəsinə əsasən qəbul etdiyi qərar, başqa hakimlər üçün qanun rolunu oynayır. Hansı ki, bunun özü qanunvericilik hüququna malik olmayan dövlət qurumunun məmurunun şəxsi düşüncəsi və iradəsi ilə verilən qərar nəinki qanun statusu daşıya, eləcə də qanuni qərar sayıla bilməz. Bu əslində quldar-qul, feodal-təhkimli münasibətləri üzərində qurulub, mütləqiyyət, avtoritarizm adlandırılan quruluşlarda dövlətin icra orqanının mənsubları olub prezident, baş nazir və s. adlandırılan icra məmurlarının verdiyi qanun statusu daşıyıb, icrası icbari olan qərar, sərəncam və sairə ilə eyni mahiyyətli, hüquq anlayışına zidd bir hüquqi haldır. Bu hər iki qanunsuz hüququn, birinci halda hakimə, ikinci halda isə prezidentə, baş nazirə konstitusiya vasitəsilə verilməsinin özü, hüquq anlayışına zidd olduğu halda, beynəlxalq müstəvidə bir çox məsələlərə olan münasibət kimi, ikili münasibət sərgilənir. 

Digər bir önəmli məsələ də bundan ibarətdir ki, qanunverici orqanın tərkibi peşəkar mütəxəssislərdən ibarət olmalıdır. Adından və funksiyasından məlum olduğu kimi qanun hazırlayıb qəbul edənlər peşəkar hüquqşünaslar olmalı, eyni zamanda ayrı-ayrı sahələr üzrə qanun layihələri hazırlayan hüquqşünaslar bu sahələr üzrə də əlavə ixtisasa malik olmalıdır. 1990-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, ünlü filosof şairimiz Bəxtiyar Vahabzadəyə jurnalist iqtisadiyyat, bir dəfə hüquq, başqa dəfə də siyasətdən sual verdikdə, birinci dəfə şair mən iqtisadiyyatdan bir şey qanmıram, ikinci dəfə, mən hüquqdan bir şey qanmıram, üçüncü də mən siyasətdən heç nə qanmıram cavablarını verməsi, təkcə xalqın sevimlisi olan şairin şəxsiyyətinin alçaldılması ilə bitməyib, ümumilikdə millətimizə, milli dövlətçiliyimizə vurulan ləkədir və bu ləkənin vurulmasında əsas günahkarlar şairin vətən, millət sevgisindən, onun millət yolunda fədakarlığa hazır olmasından istifadə edib, onu bu nabələd olduğu işə cəlb edənlərdir. Belə hallar SSRİ dövründən tutmuş bu gün də davam etməkdədir. L.Brejnev sonuncu dəfə Bakıya gələrkən Zeynəğ Xanlarova onun qarşısında kiminsə məxsus quraşdırdığı 14 keçici bayrağı vəsf edən mahnını oxuyandan bir müddət sonra, A.Mütəllibovun dövründə jurnalist Z.Xanlarovadan o zaman niyə 14 bayrağı vəsf edən mahnını oxuduğunu soruşanda cavabı bu oldu ki, – «Mənim siyasətdən başım çıxmır. Mən müğənniyəm, mənə dedilər oxu, mən də oxudum. Desələr ki, səhərə qədər oxu oxuyaram». Lakin bir müddət sonra Z.Xanlarova Millət Vəkili kimi Milli Məclisdə iqtisadi, hüquqi, siyasi və s. məsələlərin müzakirəsində səlahiyyət sahibi olaraq, bu və digər sahələrə aid mürəkkəb prosseslərin tənzimlənməsini reallaşdıran qanunların qəbul edilməsinə səs verirdi. Qanunverici orqanın bu vəziyyətinin nə dərəcədə faciəli olmasını isə, istedadlı aktrisa Amalya Pənazovanın jurnalistin onun Millət Vəkili olmaq istəyinə təəccüblənməsinə verdiyi cavab daha dəqiq ifadə edir, – «Nə olsun ki, mənim hüquqdan, siyasətdən başım çıxmır, mən də başqaları kimi işləyib öyrənərəm də».

Ortabab dəllək olmaq üçün, bu sahədə təbii istedadı olan insanlar aylarla nəzəri kurs və təcrübə keçdikdən sonra bu peşəyə ala-babat bələd olurlar. Səhv buraxdıqda isə uzağı bir həftəyə uzanan saç onların səhvini düzəldir. Qanunvericilik orqanında milyonlarla insanın taleyini həll edən qanunların işlənib qəbul edilməsi ilə qanunun nə olduğunu bilməyib, dəlləkliyi millətin başında öyrənmək istəyənlərin  mütləq əksəriyyəti 20 illik fəaliyyətindən sonra milyonlarla dollarlıq sərvətlərə sahib olsalar da, hər bir qanunun hər bəndinin qəbul edilməsinə dirijor çubuğunun işarəsilə əl qaldırıb, karıxıb bir düz sözü ağzından qaçıran, həmkarları olan «ağ qarğanı» uzun, odlu-alovlu nitqləri ilə «tənqid» etməkdən başqa qanunvericilik adına heç nə öyrənə bilmədiklərindən, özləri də bilmədən, şər dühası Lenin yüz ildən çox qabaq mövcud olan parlamentin vəziyyətini dəqiq ifadə edən «NAQQALXANA» statusunu bu gün də göz-bəbəyi kimi qorumaqdadırlar.

Qanunverici orqanın belə bir bərbad durumda olması sadə vətəndaşlardan savayı, dövlət piramidasının bütün pillələrində duran məmur ordusuna sərfəlidir. Məqalənin əvvəlində ölkə konstitusiyasının 96-cı maddəsindən etdiyim seçmədən göründüyü kimi qanunvericilik təşəbbüsü məhz o dövlət orqanları məmurlarına verilib ki, onlar istənilən anda qanunlara öz mənafelərinə yararlı, zəruri olan dəyişikliklər edilməsi barədə Milli Məclisə müraciət edə bilərlər. Vətəndaşların hüquqlarının, mənafelərinin qorunması üçün qanunlardakı boşluqların doldurulması isə heç bir halda məmurlara sərf etmir. Belə ki, bu hüquqi boşluqlar doldurulduğu miqdarda qanunlar məmur iradəsinin tabeliyindən çıxmış olur. Yəni, məmurun özbaşınalıq, rüşvətxorluq, cinayətkar qərarlar qəbul etməsinin çərçivəsi daralmış olur. On milyon əhalisi olan ölkədə qanunvericilik təşəbbüsü, yəni, yeni qanun qəbul edilməsi və ya mövcud qanuna hansısa əlavənin edilməsi üçün Milli Məclisə müraciət etmək hüququnun seçki hüququ olan vətəndaşların ancaq 40 mininə verilməsi də, təcrübədə elə müxtəlif dövlət orqanlarında, müxtəlif vəzifələrdə işləyib, sadə vətəndaşın hüququnun mükəmməl qorunmasında maraqlı olmayanlara verilməsi anlamına gəlir. 

Belə ki, hər hansı bir lokal məsələ haqqında zəruri olan qanun layihəsini hazırlayıb Milli Məclisə təqdim edilməsi üçün 40 min vətəndaşın bir araya gəlməsi, elə ölkədə 40 min insanı təşkilatlandırıb, silahlandıraraq, silahlı üsyan həyata keçirmək kimi, sadə vətəndaş üçün əlçatmaz bir məsələdir. Xüsusilə, ölkədə 40-dan çox yaralı QAZİNİN, dərman almağa, uşağına çörək, paltar ala bilmədiyinə görə intihar etdiyi, sadə vətəndaşların öz ailəsini hətta minimum həyat səviyyəsində mövcudluğunu təmin etmək imkanının olmadığı şəraitdə bu qanunvericilik hüququnun reallaşdırılması heç bir halda mümkün deyil. Yəni, sadə vətəndaşın bu hüququ elə konstitusiyanın özündə dəfn edilib. Əslində bu hal vətəndaşların mütləq əksəriyyətinin qanunvericilik təşəbbüsü hüququndan məhrum edilməsidir. Hər bir vətəndaşın hər hansı qanunda aşkar etdiyi boşluğun aradan götürülməsi barədə qanunverici orqana müraciət hüququ olmalı, qanunvericilər isə bu boşluğu aradan qaldırmaq üçün ya mövcud qanunu təkmilləşdirməli, ya da yeni qanun layihəsi hazırlayıb, qəbul etməlidirlər. Belə ki, qanunvericilərin əsas və yeganə funksiyası və vəzifə borcu məhz bundan ibarətdir.

Bütün bunları bir yana qoysaq belə ölkədə baş alıb gedən məmur özbaşınalıqlarının, məmurların vəzifə cinayətlərinin, hətta qulduqluq kimi kütləvi cinayətlərinin qarşısını qanunların ala bilməməsinin, bu hallarda qanunun mexanizminin «xarab olub» işləməməsinin əsas səbəbi də qanunlarımızın hakimiyyətə malik olmamasıdır. Yəni, ölkədə hakimiyyət qanuna deyil, məmurlara məxsusdur. Buna görə hər bir məmur iradəsi, hakimiyyətə malik olduğu çərçivədə, istədiyi vaxtda qanunun fəaliyyətini durduraraq onu prossesdən kənarlaşdırıb, öz iradəsi ilə əvəz etməklə qanunu neytrallaşdıra bilir. Məmurların daim şikayətçiyə dediyi ayaq tutub yeriyə bilən, – «get, kimə deyirsən de!» ifadəsi məhz bu səbəbdən tüğyan edir.

Bütün bunların bünövrə mənbəsi isə Konstitusiyanın 7-ci maddəsinin, 3-cü bəndinin, 3-cü sətirindədir. Belə ki, 3-cü maddənin birinci sətrində hakimiyyətin bölünməsi prinsipi elan edilsə də, hakimiyyət payı qanunverici, məhkəmə orqanlarının başçısına, bu orqanlara deyil, icra hakimiyyəti başçısına, prezidentə verilir. Ölkədə qanunların tətbiqi ilə əlaqədar hər gün on milyonlarla yazılı, şifahi qərarların qəbul edilməsini nəzərə alsaq bütün bunlara nəinki bir nəfər prezidentin, hətta on min nəfərin xüsusi nəzarətinin belə bu qərarların qanunauyğun qəbul edilib-edilmədiyinə nəzarət edə, yoxlaya bilmək imkanı ola bilməz. Prezidentə verilən hakimiyyət dövlət piramidasının bütün qolları və pillələrində duran, sayı ən azı yüz minlərlə ölçülən dövlət məmurları arasında, tutduqları vəzifə və funksiyalara uyğun  obyektiv olaraq bölünür. Çünkü, bu bölgü olmasa onların heç biri vəzifə səlahiyyətlərini yerinə yetirə bilməz. Ona görə ki, hakimiyyət qanuna verilməyib, nəinki icra orqanı başçısına deyil, hətta dövlətin üç qolu arasında bölüşdürülsə belə qanunun aliliyinin təmin edilməsi mümkün deyil. Belə ki, qanun hakimiyyətin verildiyi dövlət orqanının bir və ya üç qolunun tərkib hissəsi deyil. Əsas qanunun, yəni Konstitusiyanın hakimiyyət piramidası qanunvericiliyin konkret qanunları toplumundan ibarətdir. Dövlət piramidası isə onun üç qolunun müxtəlif pillələri və sahələrində duran məmur ordusunun cəmindən ibarətdir. Ölkədə qanunların fəaliyyətinin məmur iradəsindən asılı olaraq işləyib-işləməməsinin əsil səbəbi də budur. Yəni, hakimiyyət qanunda yox, məmurdadır. Hər bir vətəndaşın, bütövlükdə cəmiyyət üzvlərinin şəxsi hüquqlarının tərkib hissəsi olub, cəmiyyətin bütövlükdə idarə edilməsi üçün güzəştə getdikləri hüququn üzərində sahiblik hüququ olan HAKİMİYYƏT QANUNA verildikdə ALİLİK QANUNDA, məmura verildikdə isə ALİLİK MƏMURDA olur. Bir vaxtlar Heydər Əliyev «müxalifət liderlərini» istehza ilə «siyasi primatlar» adlandıranda, məhz belə incə, lakin sadə həqiqətləri qanmadıqlarını nəzərdə tuturdu. Bu gün də ölkə daxilində və xaricdə, dövlət piramidasında və ya «müxalifət» partiyalarında olmasından asılı olmayayaraq, hətta elementar, sadə həqiqətləri dərk etmədən «azadlıq», «demokratiya» şüarları bağıran müxalifətçilər, məsələnin mahiyyətini dərk etmədən və ya dərk etmək belə istəmədən yal xatirinə kimlərəsə məddahlıq edib, kimlərisə «tənqid edənlər» ortada meydan suladıqca, nəinki, ölkənin qanunvericilik orqanı, müxalifətli-müxalifətsiz partiyaların məclisi şüra və s. də NAQQALXANA olaraq qalmaq zorundadır.


Şapur Qasimi

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda dövlət idarəçiliyi təkmilləşdirilir

    Azərbaycanda dövlət idarəçiliyi təkmilləşdirilir ...

    24-11-2016, 22:27

  • 
  • "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edildi

    "Dövlət qulluğu haqqında" qanuna ...

    14-10-2015, 22:17

  • 
  • Prezident İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında" qanunu təsdiq etdi

    Prezident İlham Əliyev "Vətəndaşların ...

    13-11-2015, 17:24

  • 
  • Gömrüklə bağlı iki sərəncam verildi - İlham Əliyev

    Gömrüklə bağlı iki sərəncam verildi - İlham Əliyev ...

    3-11-2014, 22:17

  • 
  • Özəlləşdirmə qanununda dəyişiklik edildi

    Özəlləşdirmə qanununda dəyişiklik edildi ...

    28-11-2013, 21:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu