1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi işləyən Ramiz Zeynalovun özü və rəhbərlik etdiyi qurumda çalışan əməkdaşları haqda post media qrupu tərəfindən hazırlanmış və yayımlanmış məqalələrə nəzər saldıqda həqiqəti inkar edilməsi mümkünsüzdür. İllərdir vəzifədə olan Ramiz Zeynalov "Klan" formasında kök salması reallıqdır. R.Zeynalovun vəzifədə olduğu illər ərzində DYP orqanında heç bir yeniliyə nail olunması mümkün olmayıb. Məhz Daxili İşlər Naziri Vilayət Eyvazovun təşəbüsü ilə DYP əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi və o cümlədən onların fəaliyyətlərində qeyri-qanuni hərəkətlərə tam olaraq nəzarət edilməsi yönündə işlər görüldü. Nəyinki DYP Daxili işlər Nazirliyinin atributların daşıyan hər kəsin hərəkət və addımlarına bu gündə tam nəzarət edilir. Lakin buna baxmayaraq qeyri-qanuni yollarla varlanmaq istəyən, illərlə kök salmış şəxslər gənc kadrları da virusa yoluxdurmaqdadır desək yanılmarıq. Video görüntülərdə izahlı şəkildə hər şey deyilsədə bəzi məqamlar kənarda qalmışdır. DYP əməkdaşları içkili şəxslərə qarşı amansız olacağı məqamda amansızlığı hörmət izzətlə əvəzlənməsi isə faktdır. DYP yüksək çinli və inspektorların şəxslərin cəzasız qalmasına şərait yaratmasına görə qiymətlər videoda qeyd edilməyib. Qiymətlər şok rəqəmlərlə gündəmdən düşmək bilmir. Nəqliyyat vasitələrinin qeydiyyata on qat qiymətə qoyulması, nəqliyyatın öz qiyməti qədər qeydiyyata pul tələb edilməsi, bunlar hamısı cəmiyyətimizin tam bildiyi və qəbullana bilmədiyi məsələlərdir. 72 yaşlı Genral qanunda içkili şəxslərin 400-450 azn qiymətində cərimə və ya sürücülük hüququndan məhrumetmə nəzərdə tutulduğundan xəbərsiz deyil ki? cəzlandırlması nəzərdə tutulan qanun isə deaktiv halda işləməkdədir. Cəzadan kənar qalan şəxslər rüşvət hesabına qanun önündən deyil arxasından keçməyə DYP əməkdaşlarının tamahı ucbatından nail olurlar. Çünki, həmin şəxslərə protokol belə tərtib edilmədən 800-1200 arası qiymətlə şəxs cəzadan yayınır. Bu rəqəmlər hər gün yüzlərlə sürücü cəzasız qalır. Məsələdən tam agah olmaq istəyənlər əsas video görüntülərə tam olaraq qulaq asa bilər.
Həmçinin qeyd edək ki, mediada bu barədə çox yazılıb. Lakin tam hər şeyin izahı zamanı media qurumlarından yazılar hansısa səbəbdən və nəyin qarşılığında silinməsi isə müəammaya dönüb. Kimlər hansı yollarla nəyin qarşılığında qeyd edilmiş məqalələrin silinməsinə nail olması ilə bağlı gələn yazımızda oxuya bilərsiniz./Ulu TV/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?