Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qazi intihar anonsu verdi: `Lazımi orqanlar mənimlə maraqlanmasa...` - TƏFƏRRÜAT
Vətən müharibəsi qazisi İlkin Hüseynov ona əlillik dərəcəsinin təyin edilməməsindən şikayət edib.
Gundemxeber.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində status yazıb. Qazi statusunda qeyd edib ki, Vətən müharibəsinin bitməsindən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, ona əlillik dərəcəsi təyin olunmayıb:
"Vətən müharibəsində oktyabr ayının 20-si Qubadlı uğrunda gedən döyüşlərdə sağ ayağımdan yaralanmışam. Bundan əlavə olaraq, psixoloji travma da almışam. Ağrılarım günü-gündən artır. Müalicə üçün “YAŞAT” fonduna müraciət edəndə isə deyirlər ki, sizin əlillik dərəcəniz yoxdur, köməklik edə bilmərik.
Mənim nə imkanım var ki, gündə rayondan Bakıya gəlim etiraz aksiyası edim, nə də səhhətim ona icazə vermir. Son paylaşımım budur. Bu ayın sonuna qədər lazımi orqanlardan mənimlə maraqlanan olmasa, intihar edəcəm. Nə yaşama gücüm var, nə də əsəblərim bu haqsızlığa tab gətirmir”.
Gundemxeber.az
13-04-2022, 13:35
12-08-2021, 13:56
12-05-2022, 15:55
31-05-2021, 13:11
14-06-2021, 22:16
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?