Qanunsuz erməni silahlılarının Füzuli və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?