GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Globalinfo.az”ın qlobal nadanlığı

“Globalinfo.az”ın qlobal nadanlığı

Tarix: 19-06-2023, 23:09 Bölmə :Cəmiyyət Baxış: 1 076


İnformasiyanın qıtlığı bir dərddirsə, yalan xəbərlərin tirajlanması daha böyük bəladı. Buna sosial vəba da deyə bilərik. 


Əvvəllər boş-bekar, əxlaqdan pəhrizdə olan “uzunsaçlı”lar pəncərədən-pəncərəyə, həyətdə-bacada, kişiciklər isə tində-bucaqda, çayxanalarda qeybət “poeziya”sı qurardılar. Bir vaxtlar ədəbiyyatımız, mətbuatımız söz-aparıb gətirənləri, dedi-qodu yayanları tənqid atəşinə tutub, kəskinliklə qınayırdısa, hazırda əksi baş verib. “Jurnalist”, “blogger”, “yazar” adı altında başqaldıranlar qeybəti media-ədəbiyyat cəbhəsində şaxələndiriblər. Bu hal cəmiyyətdə bisavadlığı, cahilliyi, deqradasiyanı “çiçəkləndirmək”dədi”.

Sıradan bir vətəndaşın hər hansı populist, gopçu, yalan çıxışlarını, paylaşımlarını ciddi qəbul etməmək olur. Deyirsən ki, haya düşüb. Amma bir çox özünü media nümayəndəsi kimi sırıyanların ifrat eqosundan dolayı dardüşüncəliklərini heç cür yola vermək olmur. Bu cür sayıqlayan ikiayaqlıların yuva qurduğu “sayt”lardan biri də “globalinfo.az”dı. Bir neçə gün öncə həmin “xəbər” portalının zurnalisti Zaira Akifqızı “Elə adamla evlənin ki, mətbəx bıçağı ilə öldürülmə” (başlığın uzun olması adamın müasir jurnalistikadakı kasadlığına sübutdu) yazısıyla pedofilizmə (bunun nə olduğunu bilmədiyi halda) dünyada “analoqu” olmayan, yeni “tərif” verməklə tibb, psixologiya, sosiologiya, seksalogiyaya “yeni yanaşma” gətirib.  Sən demə, 20-25 yaşlı qız-qadınların 40-45 yaşlı kişilərlə sevgili olmaları, evlənmələri zorakılıq və pedofiliyaymış ki, dünya bundan hali deyil. Savadı “püskürən” yazı müəllifinə görə ölkədəki boşanma hallarının bu səbəbdən çoxaldığını da “hayqır”ır. Pedofiliya və pedofil sözlərini çoxları eşitsə də, onun mənasını ya bilmir, ya ta təhrifli şəkildə məlumatlıdı. Ona görə də hansısa populistin biri 20 yaşlı qızın 40-50 yaşlı kişiylə izdivacına, evliliyinə pedofillik kimi qələmə verəndə, cahil, bilgisiz kütlə buna rahatca inanır. 

Pedofiliya və ya pedofilizm (ədəbiyyatlarda “infantoseksualizm”, “paderoziya”, pedoseksuallıq kimi də adlanır) yunanca “pedos” (uşaq) və “filiya” (sevmək) sözlərindən əmələ gəlmişdi. Pedofil isə uşaqlara qarşı seksual şəhvət bəsləyən, intim ehtiyaclarını onlar vasitəsilə təmin edən və bunun üçün zorakılığa (manyakallıq) belə əl atmaqdan çəkinməyən şəxslərdi. Bəs uşaq kimdi? Neçə yaşına kimi insan uşaq hesab olunur? İnsanda uşaqlıq çağı 0-12 yaş arası hesab olunur. 12-16 yaş – yeniyetməlik, 16-18 yaş – erkən gənclik, 18-35 yaş isə gənclik dövrü hesab olunur. Azərbaycanda isə gəncliyin son yaş həddi 29-du.

Ölkəmizdə demək olar ki, hamı cinsi münasibətdə erkən yaş ilə evliliyin minimal yaş həddini səhv salaraq bir ağızdan 18 deyirlər. Azərbaycan qanunvericiliyə görə cinsi yetişkənlik 16 yaşdı (hər 2 cins üçün). Yəni, 16 yaşına çatmış şəxsin (qızın) öz istəyi varsa, (zorakılıq, məcburiyyət yoxdusa) istədiyi şəxslə (yaşından asılı olmayaraq) intimin bütün rəngarəngliyi (homoseksual münasibəti nəzərdə tutmuram) dada bilər. Kiminsə buna şübhəsi varsa Cinayət Məcəlləsinin 152-ci maddəsinə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) baxa bilər. Əgər biz hüquqi dövlət olduğumuzu qeyd ediriksə, 16 yaşını tamamlamış (əqli, psixi xəstəlikləri olanlar xaric) hər kəs (qızlar) seksual istəyini həyata keçirməkdə tam sərbəstliyi olduğu halda buna pedofiliya donu geyindirilməsi sadəcə qanunlarımızdan bisavad olmağımızı göstərir. Həmçinin çoxları erkən nikah ilə pedofiliyanın eyniləşdirir (bu barədə ayrıca daha geniş məqalə yazacam). Bunlar tamamilə fərqli anlayışlar və əməllərdi. Erkən nikah zorakılıq, zorla seksual istismara məruz və s. bu kimi hallar demək deyil. Həmçinin Ailə, Nikah məcəlləsində istisna hallarda erkən nikaha, yəni 18 yaşdan aşağı evliliyə icazə verilir (hər iki tərəflərin razılığıyla). Təbii ki, bununla 16 yaşına çatmış qızların mütləq gedib seks yaşamağını, həmçinin 18 yaşı tamam olan uzunsaçlıların dərhal evlənməli olduqlarını təbliğ etmirəm. Bu məsələdə əsas qarşıdurma mentalitet və cahillikdən doğur. Çünki, mentalitetimizə görə 16 yaşında qızın kimləsə izdivac yaşaması qəbuledilməzdi. Üstəgəl qanunları, hüquq və vəzifələrimizi bilməməyimiz bu tip məsələlərdə mentallığın və cahilliyin daha da kristallaşmasına gətirib çıxarır. Hətta cəmiyyətimizdə 18-20 yaşlı insanların (qızların) öz istəkləriylə ailə həyatı qurmasına mız qoyaraq bunu başqa tərəflərə (o cümlədən də pedofiliyaya, zorakılığa) yönəldənlər də at ilxısı, köpək sürüsü qədərdi. Eyniylə özbaşınalığa, harınlığa, qanunsuzluağa, haqsızlığa susmayıb da şikayət etmək, naqislikləri ictimailəşdirməyi işverənlik (sukalıq) hesab edənlərin çoxluğu kimi. 

Odu ki, bir çox hallarda qanunlara laqeydlik, pozuculuğunun başlıca səbəbi də budu. Yəni, biz sivilləşməyə nail ola bilməmişik. 

Cinsi istəklər, zövqlər, seksual pozğunluq tibbi, psixoloji baxımından müxtəlif cür təsnifləndirilir. Onların hamısını burda bir-bir açıqlamaq fikirim yoxdu. Odu ki, vacibləri qeyd edəcəm. 

Efebofiliya – yeniyetmə və gənclərə cinsi maraq;

Partenofiliya – bakirə qızlara (qadınlara) seksual maraq;

Korofiliya – qadınlar arasında gənc və seks təcrübəsi olmayan qızlara maraq. Lesbiyanlığın rəngarəngliyindən biri hesab olunur;

Ginekofiliya – kişilərin özlərindən yaşca böyük və seks təcrübəsi çox olan qadınlardan xoşlanması;

Gerontofiliya – yaşda böyük insanlara seksual maraq (əsasən qızların özlərində 2-3 dəfə böyük yaşda kişilərə duyduğu hiss);

Qraofiliya – kişilərin qoca qadınlara şəhvət duyması

Androfiliya – homoseksuallar (geylər) arasında yaşca böyük “kişilər”ə maraq. 

Sapioseksualizm – ağıla, zəkaya, intelektə sevgi. Savadlı, dünyagörüşlü insanlara yönələn şəhvət və sevgi.  

Sadalananlardan göründüyü kimi 20-25 yaşlı zənənlərin 40+ kişilərlə portnyorluq, sevgili və evlilik münasibətlərində olması nə hüquqi, nə mənəvi, nə psixoloji, nə sosioloji, nə də seksuallıq açısından pedofiliya hesab oluna bilməz. Qadınların (qızların) özlərindən yaşda böyük kişilərə marağı gerontofiliya, sapioseksualizm kimi qiymətləndirilə bilər. Sapioseksualizm bəllidi. Qızlar həmyaşıdları arasında nadir hallarda intelektual, savadı “god level” səviyyəsində olan əks cinslərinə rast gəlirlər. Ona görə də yaşda böyük insanlara maraq duyurlar. Bəzən sapioseksualizmdən gerontofiliya doğur. Bəs zərif cinslərdə gerontofiliyaya meyilliliyin digər səbəbləri nədi?  Dardüşüncəli “psixoloq”lar bunu sırf atasızlıq travmasına, mentalitetpərəstlər isə maddiyyat və təminatlı həyatla əlaqələndirir. Onların yanaşmasını qəribçiliyə salmıram, sırf bu səbəbdən yaşda böyük kişilərə maraq göstərən madam və madmazellər var. Amma bunu hamıya şamil oluna bilməz. Kifayət qədər normal ailə və qayğlarla böyüyən, həmçinin yetəri qədər maddiyyata sahib qızlar var ki, onların mütləq əksəriyyəti həmyaşıdlarına yox, ən azı özlərindən 10 yaş böyük əkscinsləriylə daha yaxşı ünsiyyət, izdivac qurur. Demək ki, məsələ heç də həmişə maddiyat və təminatlı yaşamda yox, idealını axtarmaq, oxşar maraqlar, zövqlər, dünyagörüşlərdə özünü biruzə verir.  Kolorado Denver Universitetinin professor assistendi Maren Skall (xanımdı) da uzun illər ABŞ-da qadınların yaşlı kişilərə maraq göstərməsiylə bağlı geniş təhlillər apardıqdan sonra yanlız pulun əhəmiyyət daşımadığını faktlarla sübut edib. Bu cür qənaətə gələn onlarla psixoloq, sosioloq var. Qadınların fiziksəl inkişafını və psixologiyasını dərindən analiz edəndə aydın olur ki, onlar kişilərdən ən azı 3-4 il daha tez böyüyür. Məhz bundan dolayı əksər qadınlar özlərindən daha güclü xarakterə, iradəyə, və hərtərəfli təcrübəyə sahib, həyatın eniş-yoxuşlarında çıxmış kişiləri axtarır. Bu tip xüsusiyyətləri də həmyaşıdlarında tapa bilməyəndə, onların yaşda böyük əks cinslərinə marağı qaçılmazdı. Zatən sadalananları əsas götürən madmazellər güclü cinslərdə yaşlarını yox, yaşadıqca nə dərəcədə özlərini doğrultduqlarını qabardır. Yeniyetməlik vaxtlarımda yaşlı və yuxarı orta yaşlı qadınlardan kişilərlə bağlı maraqlı açıqlamalarını eşidirdim. Onlardan biri beləydi: 

“Kişilik ayaq arasındakı həcəmət və başına papaq qoymaq deyil. Əsl kişi yerişindən, baxışından, davranışından bəlli olar”. 

Onların bu dediklərini yaşa dolduqca və həyatda gördüklərimdən sonra tam anladım. Qısası, bu gün istər Azərbaycanda, istərsə də dünyada gənc qadınların (maddiyat düşkünü və travmalılar demirəm) 40+, 50+ yaşdadı kişilərə niyə meyilli olmasını soruşanda deyəcəkləri ilk ifadə budu: 

“Mən yanımda güclü, xarakterli kişi görmək istəyirəm”. 

Zənginlik, bolluq içində yaşamaq xətrinə özündən 20-25 yaş böyük cibi dolu cənablara özünü sırıyan “uzunsaçlılar”ın əməllərini qətiyyətlə pisləyirəm. Zatən başlıca məqsəd maddiyat olub da, buna “sevgi”donu geyindirənlərin maskası çox çəkmədən cırılır. Əgər kimlərinsə gözünə ancaq özünü pul üçün 40-50 yaşlı kişilərə sırıyan “qız”lar dəyibsə, demək ki, o şəxslər biləcəridən o tərəfə keçməyib.

Zaira Akifqızı kimi “tərəqqiçi”lərin yanaşmasına qalsa, gərək bu gün isimləri bəh-bəhlə çəkilən, az qala peyğəmbər kimi ilahiləşdirən Hacı Zeynalabdin Tağıyev ilə Hüseyn Cavidə də şərəfsiz, pedofil hesab etməliyik. Niyə? Çünki messenat 2-ci dəfə 73 yaşında ailə həyatı qurarkən özündən 57 yaş kişik (nəvəsi yaşında) Sona ilə evlənir. Cavid əfəndi isə Mişginazla nikaha daxil olanda ədibin 36, zənənin 16 yaşı vardı.  Amma hər 2 xanımın əsas da, şairin yoldaşının bütün məhrumiyyətlərə, başınagəlməyən olaylara rəğmən ərinin adını daim uca tutub və son nəfəsinə qədər ona sadiq qalıb.  Həmçinin Azərbaycanın Xalq artisti, Azərbaycan Televiziyasının diktoru Rafiq Hüseynov 51 yaşında özündən 30 yaş kiçik keçmiş tələbəsi Səbinə Hüseynli ailə həyatı qurur. Bu evliliyə ən çox israrlı tərəf isə madmazel olur. Baxmayaraq ki, heyran olduğu sənətkar ona qədər 3 dəfə evlənib, saysız sevgi macərası yaşamışdı. Sonralar cütlük bu evlilikdə əsl xöşbəxtliklərini tapdıqlarını dəfələrlə vurğulamışdı. 

Bu məqamda Adolf Hitlerin gənc qadınlarla dialoqu yada düşür. Bir gün fürer qadınlar məclisində olarkən zərif cinslərdən biri ona belə sual ünvanlayır:

Necə olur ki, fraulaynlar (gənc xanım, qızlar) sizdən dəlicəsinə xoşlanırlar. Onlar nəin ki, sizə heyran, qibtə edir, hətta sizin uğrunuzda ölümə belə getməyə hazırdı. Bunun sirri nədi?

Almaniyanın 1-ci şəxsi gülümsəyərək deyir: 

“Məndən xeyli yaşda kiçik zərif cinslərə həmyaşıdların gözüylə baxmır, onlara seksual yöndən yanaşmıram. Fraulaynlarla ünsiyyətim zamanı susur və diqqətlə, sona qədər onları dinləyirəm. Bundan müsbət enerji də alıram. Sözüm o ki, qadınların çoxu diqqət və eşidilmək istəyir. Bu məziyyətləri bacaran kişilər daim qadınlar üçün dəyərli, əvəzolunmazdı”. 

Günümüzdə iyrəncəsinə riyakarlıq, ifrat ziddiyətlilik relsdən çıxan sürət qatarı kimi qarşısında çıxanı əzib keçir. Yəni, başqa vaxt “18 yaşımız tamam olub, seçimlərimizdə tam sərbəstdik”, “yaşasın qadın azadlığı” kimi şüarlarla bağıranlar hər cür naqisliyi, nadüristliyi, murdarlığı, əxlaqsızlığı şaxələndirməklə məşğuldu. Populist “xor”la çıxış edənlər nəin ki, 18 yaşını keçmiş qadınları, hətta erkən yeniyetməlik çağını yaşayan qızların da pozğunlaşmasına rəvac verir. Hazırda 12-15 yaşlı “qızlar”ın məktəblərdə, kurs yerlərində, sosial şəbəkələrdə yedikləri və nümayiş etdirdikləri qələtlər dediklərimə bariz nümanədi. Bunları görməzlikdən gəlmək və ya “qoyun yeniyetmələr sərbəst, azad böyüsün” deyib də, 20-25 yaşlı qadınların özlərindən 15-20 yaş böyük bəylərlə sevgili olmasına və ya evlənməsinə pozğunluq, pedofillik kimi “qiymətləndirmə”si küləkli, yağışlı, doluyla keçən havada islanıb, donub, çamura bulaşıb da, sonra soyuq su ilə yuyunmağı özünə sığışdırmayanların riyakarlığına bənzəyir. Bu mövzuyla bağlı məmləkətimizdəki daha bir iyrəncliyi vurğulayım. Hansısa məşhur aktyor, müğənni, bəstəkar, şoumen, milyoner və bunlar kimi başqaları ölkəmizə təşrif buyuraraq konsert, görüş, seminar təşkil edəndə onlarla bir gecə və ya bir neçə saat seks yaşamaq üçün yanıb-tökülən minlərlə “uzunsaçlılar”ımız var. Hətta həmin populyarlara yaxın olmağın xəyalını  quranlar üçün yaş fərqi də əhəmiyyət kəsb etmir.  Yəni, ata-babası yaşında olan Klin İtsvud,   Jerar Depardiyo, Bill Qeyts, Donald Tramp, İbrahim Tatlısəs, Şahruh Xan Bakıya təşrif buyuraraq küçələrdə sərbəst gəzsələr nəvə-nəticəsi yaşındakılar özlərini sırıyaraq onlara Kamasutrada qeyd olunan intim növləri tamlıqla yaşamaq üçün sinov gedərlər. 33 illik ömrümdə yüzlərlə 16-25 yaşlı bu düşüncədə olan “əks cinslər”imə rast gəlmişəm. Onların hər birinin istəklərini qeyd etsəm, gərək palaz-palaz yazılar yazam, cild-cild kitablar çap etdirəm. Həmin “miss”lərdən ikisinin xəyalını nəzərinizə çatdırım. Cənub bölgəsindən olan 20 yaşlı “qız”la müzakirə zamanı seksdə rəngarəngliyi sevmədiyini, minnetdən isə iyrəndiyini vurğulayardı. Ardınca isə yanlız heyran olduğu Enrike İqlesiyasla bircə gecə baş-başa qalmaq şansı olsa, müğənniyə yataqda hər istədiyini fanatikcə yaşadacağını əlavə edərdi. 25 yaşlı filoloq “banu” isə etirafında: “Məni seksual olaraq 40-50 yaşlı kişilər cəlb edir. Hətta onlar içərisində intelektual biri olanda lap dəli oluram. Elə birisiylə söhbət edəndə ekstaza, orqazma çatıram”. 

Əminliklə deyirəm ki, Enrike İqlesiyas ölkəmizdəki saysız “qız” pərəstişkarlarının bu arzularının bilib də, onlara “Not is Love” mahnısıyla etiraz edərək xəyallarını alt-üst etdikdə, eləcə də 40-50 yaşlı kişilərin heyranlarına “qızım, get tay-tuşunla seviş” cavabıyla rədd etsə, həmin şəxslərə qorxaq, duyğusuz, hissiyatsız deyiləcək, hətta bir az da irəli gedərək ya sonzuz, ya da mavi yarlığı yapışdıracaqlar. Nədənsə belə halları Zaira Akifqızı kimi jurnalist vəsiqəsi gəzdirənlər nə qınayar, nə də pedofiliya adlandırar.

Boşanmalara gəlincə, bu xoşagəlməz halın həndəsi silsilər ilə artmasının səbəbində yaş fərqinin qabartmaq bisavadlıqdan və qərəzdən başqa bir şey deyil. Bu sahədə əsas problem cütlüklərin bir-birini tanımaması, qeyri-səmimilik, sosial-iqtisadi tənəzzül, texnloji inkişaf ilə yad qütblərə inteqrasiya və 3-cü şəxslərin (əsas da valideynlərin) müdaxiləsidi. Bunlar içərisində oğlan ilə qızların bir-birlərini tanımadan, fikir-məqsədlərini saf-çürük etmədən, 1 il belə nişanlı qalmayıb dərhal evlənilmələri qabardılmalıdı. Zatən maddiyat, seks yaşamaq, uşaq dünyaya gətirmək, “evdə qalsam camaat nə deyər”, “yaşım 30-u keçib evlənməsəm kişiliyimə söz gələr” və s. bu kimi “təfəkkür”lə nikaha daxil olanların sonluğunun fəlakətlə bitəcəyi əvvəlcədən məlumdu. Amma bundan dərs çıxaranlar olduqca azdı. XXI əsrdə yaşamağımıza rəğmən, dünyada yeganə xalqıq ki, həri, elçilik, xınayaxdı, kəbin, qız toyu, oğlan toyu, nikah mərasimini 1 aya sığışdıraraq 2 nəfəri bir evə və ya otağa saldırırıq. Sonra xiyar əyri bitəndə hər 2 cəbhədə “düz-qoş” edənlər qarşıya-qarşıya gələrək “sənin qızın tərbiyəsiz, əxlaqsız, gəzəyəndi”, “oğlun narkomandı, qumarbazdı” kimi qarşılıqlı ittihamla “meyxana” başlayır. Vay o günə ki, bu cür “evlənənlər”dən körpə dünyaya gələ. Bütün travma küləyi ən çox uşağı hədəf alacaq. Nəticədə ölkədə xudpəsən, travmalı, degenerat nəsillə “zənginləşəcək”.  

Qoloballaşan dünyamızda həqiqətlər, obyektiv reallıqlar və təbiət qanunlarının aksioması “mənim şəxsi fikirimdi” ifadəsiylə tapdalanaraq aradan qaldırılır. İnsanlığın neçə əsrdi düzgün anlamadığı və həyata keçirə bilmədiyi nüaslardan biri də fikir azadlığıdı. Əgər totalitar, avtoritar rejimlərdə yad fikirlər ya qəbul olunmayıb, ya da qismən qəbul edildiyi halda, demokratiyada bütün iyrənc düşüncələr nəin ki, rahatlıqla qəbul edilir, hətta həmin iyrəncliklər həqiqətləri tapdalamaqla şaxələndirilir. Ona görə demokratik diktaturanın, liberal-faşizmin dominantlıq etdiyi ölkələrdə xüdpəsənd, nadan, ulitarist, avantürist, cinsi azlıqların və digər bu kimilərin azğınlıqlarını hər yerədə sərbəst  ifadə etməklə irəli çəkilməsi sayəsində intelektual, bilgili, ziyallı şəxslərin ağızları möhürlənir. Yəni, daltoniklərin qaraya ağ deməsi, gerizəkallıların Ankaranı “mən qarayam” kimi oxuyub təbliğ etməsi, elmdən bixəbəbər olanların “yeni nəzəriyyələr”lə ağzına gələni hayqırması nəin ki, norma, hətta fikir “rəngarəngliyi”nin, gerçək demokratiyanın ayaqda qalması naminə labüdlük hesab olunur. Bu cür naqisliyinin həndəsi silsiləylə artmasında mediada, televiziyada, sosial şəbəkələrdə hərtərəfli alçaq, mənfəətcil “adamlar”ın müstəsna xidmətləri sayəsində baş verir. Jurnalistlər cəmiyyətin güzgüsü olmalıdı. Yəni, hər bir media nümayəndəsi ölkədə, toplumda baş verən qanunsuzluqları, özbaşınalıqları güzgü kimi bütün çılpaqlığı ilə əks etdirməlidi. Azərbaycanda isə yalanlar, ziddiyətlər, iyrəncliklər qısası bütün növ haqsızlıqlar əksər hallarda “jurnalist” kimi baş qaldıran, özlərini “media orqan”ı olaraq sırıyanlar sayəsində şaxələndirilir. Bu da ölkə mətbuatında üfunət epidemiyası saçmasına və xalqın 4-cü hakimiyyətdən uzaqlaşmasıyla nəticələnir. 

Qəzet, sayt rəhbərliyi hər bir əməkdaşının yazılarını ciddi-ciddi, dönə-dönə analiz etdikdən sonra dərcinə yaşıl işıq yandırmalıdı. Çünki media orqanında bütün məsuliyyəti onlar daşıyır. Odu ki, jurnalist vəsiqəsi gəzdirən hansısa ikiayaqlının durub ağzına gələni yazaraq buna “mənim fikirimdi” deməsi yolverilməzdi. 

Xülasə, bu gün böyük iddialarda olan “globalinfo.az”ın əməkdaşı elmə, məntiqə, etika-estetikaya, mənəvi dəyərlərə sığmayan “cızma-qarası”na məqalə adı ilə nəşr etdirib tirajladırsa, deməli adı çəkilən sayt rəhbərliyi təsis etdiyi media orqanıyla informasiya əsrdə ayaqlaşmağı yox, qlobal səviyyədə cəhaləti, nadanlığı, azğınlığı şaxələndirən üfunətli lümpenlərdəndi. 

Savadı “püskürən” Zaira Akifqızının yazısını aşağıdakı linkdən oxuya bilərsiz

https://globalinfo.az/ele-adamla-evlen-ki-metbex-bicagi-ile-oldurulme/


ABDULLA İSMAYILOĞLU  


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Samir Şərifovun tənqidinə həsr edilən yazılar sayt lardan niyə silinir? – Bunda kim maraqlıdır…

    Samir Şərifovun tənqidinə həsr edilən yazılar ...

    26-01-2017, 21:06

  • 
  • 8 mart günündə qadın özünü pəncərədən belə atdı - VİDEO (16+)

    8 mart günündə qadın özünü pəncərədən belə atdı - ...

    8-03-2015, 19:01

  • 
  • Azər Azərbaycanda yeni sayt yaratdı - FOTO

    Azər Azərbaycanda yeni sayt yaratdı - FOTO ...

    15-11-2022, 11:33

  • 
  • ABŞ səfirindən Azərbaycan mətbuatına şok ittihamlar

    ABŞ səfirindən Azərbaycan mətbuatına şok ...

    18-09-2013, 11:05

  • 
  • ANS sübut etməlidir ki, qiyməti düşüb, reklamı azalıb

    ANS sübut etməlidir ki, qiyməti düşüb, reklamı ...

    16-01-2014, 12:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu