Bu gecə Bakıda baş verən zəlzələ xalqın psixoloji portretini cızmış oldu. Əhali təbii fəlakətlərə qətiyyən hazırlıqlı durumda deyil. Hökumət zəhmət çəkib fikirləşsin, əgər daha yüksək bal gücündə və daha gecə saatlarda zəlzələ baş versəydi, dağıntıların altından necə çıxacaqdıq?
Azərbaycan hökumətinin üzvləri uzun illərdir xalqı talayır, məmurlar, iş adamları paytaxtda nəhəng göydələnlər tikirlər. Ağaclıqların, təbiətin məhv edilməsi hesabına tikilən bu göydələnlər potensial tabutlardır. Xalqın gələcəyinə basdırılan bu “mina”lardan əldə olunan pulları da xaricə daşıyırlar, ölkəmizin ən gözəl yerlərində öz ailə üzvlərinə 15 bal gücündə zəlzələyə davamlı evlər tikirlər. Bəs xalq, bu körpələrə, yaşlılara yazığınız gəlmir?
Paytaxtda bu qədər binaların tikilməsi heç bir məntiqə sığmır. Bakı hədsiz dərəcədə yüklənib, sanki Azərbaycan təkcə Bakıdan ibarətdir. Əhalinin 70%-i Bakıda və Abşerondadır.
30 ildir bu ölkədə heç nə baş vermir. II Qarabağ müharibəsi istisna olmaqla, xalqın yaddaşını, təfəkkürünü yeniləyəcək heç nə baş verməyib. Bütün ölkələrdə pis-yaxşı olaylar baş verib. Azərbaycan isə dərin bir qeyri-müəyyənllik içərisində qıvrılır. Ölkəmizin ərazisi Rusiyanın, Türkiyənin, İranın böyük şəhərlərindən də kiçikdir, əhalimizin sayı İstanbulun, Moskvanın əhalisinin sayından 2 dəfə azdır.
Bəlkə də bizi xilas edən məhz bu amildir, biz xəritədə, coğrafiyada gizlənmişik.
Azərbaycanda bütün probemlərin kökündə iki amil dayanır: sosial ədalətsizlik və korrupsiya... Türkiyədə baş verən zəlzələ sübut etdi ki, 50 min insanı zəlzələ yox, oliqarxiya, saxtakarlıqlar və korrupsiya öldürdü.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?