Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Novxanı qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Emin Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və sandıqça aşkar edilərək götürülüb. Emin Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
DİN-dən gundemxeber.az-a daxil olan məlumatda bildirilir ki, faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?