Birləşmiş Millətlər Təşklatı (BMT) ölkələri Quranı hədəf alan və “dinə nifrət” olaraq xarakterizə edilən hücumları qınayıb.
Cneverədə BMT-nin İnsan Haqları Şurası, İslam Əməkdaşlıq Təşkilatının çağırışı ilə Qurana hücumlarla bağlı qətnamə layihəsini müzakirə edib.
Layihə 47 namizədi olan Şuranın səsverməsinə çıxarılıb.
Tənqid qərarı 12 lehinə, 28 əleyhinə səslə qəbul edilib.
7 isə ölkə bitərəf qalıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərarın əleyhinə səs verən ölkələrə reaksiya bildirib:
"Şura üzvləri arasında bu qanun layihəsinin əleyhinə səs verən ölkələrə azadlıq və insan haqları anlayışlarını nəzərdən keçirmələrini şiddətlə tövsiyə edirik".
Qeyd edək ki, Şurada qəbul edilən qərarlar məcburi deyil.
Lakin ondan çıxan rəy milli parlamentlərin qəbul edəcəyi mümkün qərarlara təsir göstərir.
Bundan əlavə, beynəlxalq ictimai rəyin formalaşdırılması baxımından da vacibdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?