Təcavüzkar Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar nəticəsində şəhid olan general-mayor Polad Həşimov “Əbədi Birlik” Gənclər İctimai Birliyi, BZT Akademi və Turan Akademi idarə heyətləri tərəfindən diplomla təltif edildi, Polad Həşimovun evinə baş çəkildi.
Görüş zamanı BMT-nin insan haqları və müdafiə komitəsinin üzvü, “Əbədi Birlik” GİB-nin fəxri üzvü Mirdaməd Əzizov, təşkilatların idarə heyəti və üzvləri iştirak etmişdir.
Çıxışında bu diplomu Səmayə Həşimovaya təqdim etməkdən qürur duyduqlarını deyən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev şəhidin ailəsinin də təşkilatı məmnuniyyətlə qarşıladığını vurğulayıb və buna görə şəhid generalın anasına təşəkkürünü ifadə edib.
Diplomda yazılır: “ Hörmətli Səmayə xanım Həşimova
Dövlətinin, Vətəninin və xalqının müqəddəratı üçün canını qurban verən Səngər Generalımız Polad Həşimovu yetişdirdiyi və bu millətə bəxş etdiyinə görə “Əbədi Birlik” Gənclər İctimai Birliyi, BZT Akademi və Turan Akademi İdarə Heyətlərinin 12 iyul 2023-cü il tarixli qərarı ilə təltif edilir. ”
Şəhidlərimizi hörmətlə anır, qazilərimizə Allahdan şəfa diləyirik!
Şəhid və qazilərimiz əbədi birliyimizin təməlidir!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?