Gundemxeber.az » Ölkə » Cəmiyyət » Novxanıda arvadını öldürən biznesmenlə bağlı QƏRAR
Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tofiq Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən ilin may ayında Abşeron rayonu Novxanıda yerləşən bağ evin həyətində qeydə alınıb. Belə ki, Tovuz rayonundan olan və Rusiyada biznes fəaliyyəti göstərən Tofiq Həsənov arvadı İlahə İsgəndərovanı xüsusi amansızlıqla qətlə yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb. Məlumata görə, Tofiq Həsənov ondan boşanmaq istəyən arvadını 14 bıçaq zərbəsi ilə qətlə yetirərkən İlahənin anası da orada olub və hadisələr onun gözü qarşısında baş verib. Qadın qızını xilas etməyə çalışarkən bıçaq onun əlini kəsib. Həmçinin qeyd edilib ki, İlahə İsgəndərova həyat yoldaşının aldığı bağ evinə ərini buraxmırmış. Tofiq Həsənov iddia edib ki, arvadı onun Bakıda aldığı evləri və seyfdə saxladığı 200 min manata yaxın pulu da ələ keçirib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə biznesmen 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Gundemxeber.az
30-03-2016, 10:43
4-09-2017, 12:21
22-04-2016, 00:50
22-01-2016, 13:12
17-10-2018, 18:08
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?