Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun ikinci qızı Süsən Rüstəmova Londonda şirkət açıb.
Bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
Məlumatda bildirilir ki, London Modalar Kollecinin məzunu olan Süsən Rüstəmova "EV LDN LTD”ni İran əsilli Anita Nazənin Şahi ilə ortaqlıq əsasında bu ilin yanvarında təsis edib:
"Şirkət keçmiş baş bankirin qızına məxsus Belvedere Row Apartments 64, Fountain Park Way ünvanında qeydiyyatdan keçib. Elman Rüstəmov Londonun bahalı yaşayış kompleksində yerləşən mənzili qızına 2 il əvvəl 820 min funt-sterlinqə alıb. Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları "Gyunel Limited” in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?