Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi məluma yayıb. GundemXeber.Az-a daxil olan məlumatda bildirilir ki, "həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?