GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Freedom Finance Azərbaycan” qanunları saymır? – Şirkət Təlim və tədris adı altında invesitisiya fəaliyyəti göstərir

“Freedom Finance Azərbaycan” qanunları saymır? – Şirkət Təlim və tədris adı altında invesitisiya fəaliyyəti göstərir

Tarix: 2-09-2023, 00:21 Bölmə :Cəmiyyət Baxış: 338
“Freedom Finance Azərbaycan” qanunları saymır?

“Freedom Finance Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) qanunsuz fəaliyyət göstərir...

Gundemxeber.az xəbər verir ki, şirkət 15 fevral 2021-ci ildə Azərbaycanda vergi uçotuna alınıb. Şirkətin nizamnamə kapitalı 3 998 326,75 AZN, qanuni təmsilçisi Məmmədov Vüsal Rafael oğludur.
Vüsal Məmmədov həm də “Freedom Finance Azərbaycan” ASC-nin direktorudur.
Açıq mənbələrdə onun barəsində olan məlumatlarda qeyd edilir ki, Vüsal Məmmədov Mərkəzi Bankının rəsmi şəhadətnaməli məsləhətçisi və fond bazarında 10 ildən çox təcrübəyə malik maliyyə üzrə ekspertdir. Onun əsas məqsədi müştərilərinə maliyyə, investisiya və qiymətli kağızlarla ticarət sahələrində doğru həllər təklif edərək onların qısa müddətli və uzun müddətli maliyyə məqsədlərinə uğurlu formada çatmalarına dəstək göstərməkdir.
İndisə gələk onun direktoru olduğu şirkətə.
“Freedom Finance Azərbaycan” ASC beynəlxalq maliyyə holdinqi olan “Freedom Holding Copr”un törəmə şirkətidir. Şirkət əvvəllər MMC kimi fəaliyyəti göstərib. Sonradan təşkilati-hüquqi forması dəyişərək ASC-yə çevrilib.
“Freedom Holding Copr”un əsas fəaliyyəti investisiya xidmətləridir. Holdingin investisiya, vasitəçilik, məsləhət xidmətləri və müştəriləri kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin bilavasitə ilkin bazardan alınması üzrə xidmətləri təşkil etməkdir. Holdinq Azərbaycan da daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir
“Freedom Finance Azərbaycan” ASC isə investisiya qoyuluşu, kapital bazarları, beynəlxalq birjalar və birjalarda ticarətlə bağlı maarifləndirmə sahəsində ixtisaslaşmış bir şirkətdir. Yəni, ASC-nin əsas fəaliyyət istiqaməti təlim və tədrisdir.
Vüsal Məmmədov Mərkəzi Bankın şəhadətnaməli eksperti olsa da, direktoru olduğu şirkət Azərbaycan qanunlarını pozur.
Əvvəla, yerli mediada dərc edilən məlumatlardan da görünür ki, “Freedom Finance Azərbaycan” ASC təlim və tədris adı altında invesitiya xidməti göstərir. Daha doğrusu, şirkət investisiya xidmətləri olan qiymətli kağızlar bazarında vasitəçilik və investisiya məsləhətləri xidməti verir. Bu xidmətləri isə Kiprdə qurulu olan Freedom Finance Europe Ltd. şirkəti üzərindən təşkil edir.
Azərbaycanda investisiya fəaliyyəti “Qiymətli Kağızlar Bazarı haqqında” Qanunla tənzimlənir. İnvestisiya fəaliyyəti lisenziyalı fəaliyyət növüdür və o cümlədən şirkətin əməkdaşları Mərkəzi Bank tərəfindən attestasiya olunaraq müvafiq şəhadətnamə əsasında fəaliyyət göstərməlidirlər. Şirkətin, o cümlədən əməkdaşların lisenziyasız və şəhadətnaməsiz fəaliyyət göstərməsi qanunsuzdur. Bu qanun pozuntusu cinayət əməli sayılır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən külli miqdarda gəlir əldə etməklə törədildikdə 1 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Vüsal Məmmədov özünü şəhadətnaməli ekspert kimi təqdim edir. Bunun əksini söyləmək fikrində deyilik. Mümkündür ki, onun şəhadətnaməsi var. Bəs rəhbərlik etdiyi şirkətin investisiya fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası varmı?
Sualın cavabı birmənalıdır: Xeyr. Və bu fakt rəsmi səviyyədə təsdiqlənir.
Buyurun Mərkəzi Bankın “Freedom Finance Azərbaycan” ASC barəsində sorğuya cavabı ilə tanış olun:
"Freedom Finance Azerbaijan" ASC-yə (cəmiyyət) dair sorğunuzla bağlı bildiririk ki, cəmiyyətə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən investisiya şirkəti fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməmişdir.
Qeyd edək ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən olunmuş əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən investisiya şirkəti fəaliyyəti üçün verilmiş lisenziya əsasında mümkündür.
Cəmiyyətin “Freedom Broker” brendindən istifadəsi ilə bağlı isə qeyd etmək istərdik ki, qanunvericilikdə “broker” sözünün istifadəsi qadağan edilməmişdir"(marja.az).
Göründüyü kimi Mərkəzi Bank açıq şəkildə bəyan edib ki, “Freedom Finance Azərbaycan” ASC-yə lisenziya verilməyib. Bu halda ASC hansı əsasla investisiya fəaliyyəti ilə məşğuldur? Bu fəaliyyət təlm və tədris adı ilə pərədələnsə də, ASC barəsində gələn məlumatları təhlil edərkən şirkətin investisiya fəaliyyəti göstərdiyinə heç bir şübhə yeri qalmır.
Qeyd edək ki, bir müddət əvvəl ölkə mətbuatında Freedom Finance Azerbaijan ASC-nin qanunsuz fəaliyyəti ilə bağlı ciddi araşdırma dərc edilmişdi. Həmin araşdırmada vurğulanırdı ki, Freedom Finance Azerbaijan ASC Azərbaycan vətəndaşlarının pulunu Kipr şirkəti olan Freedom Finance Europe Ltd. üzərindən xaricə çıxarır. //AzFakt.com//


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baba Rzayev DÖVLƏTƏ NECƏ ŞƏRİKLİK EDİR... - Daha bir ŞÜBHƏLİ TENDER

    Baba Rzayev DÖVLƏTƏ NECƏ ŞƏRİKLİK EDİR... - Daha ...

    22-06-2021, 16:49

  • 
  • Baba Rzayevin "Azərişıq"dakı LƏPİRLƏRİ... - Tender-mender oyunu...

    Baba Rzayevin "Azərişıq"dakı ...

    9-06-2021, 14:39

  • 
  • Zaur Hüseynovdan şübhəli tender əməliyyatı - 300 minlik müqavilədə vergi saxtakarlığı

    Zaur Hüseynovdan şübhəli tender əməliyyatı - 300 ...

    19-05-2021, 12:22

  • 
  • 10 manatlıq şirkət milyonluq tenderləri necə udur?

    10 manatlıq şirkət milyonluq tenderləri necə udur? ...

    5-07-2020, 10:08

  • 
  • "Freedom House" Mehman Əliyevin həbsini pislədi

    "Freedom House" Mehman Əliyevin həbsini ...

    26-08-2017, 14:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu