Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Gundemxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksəkdəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, - deyə məlumatda qeyd olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?