Hüquq müdafiəçisi Taleh Xasməmmədov həbs olunduğu günə qədər bir qrup şəxslər tərəfindən özünün və ailə üzvülərinin təhqir olunması ilə bağlı öz Facebook səhifəsində məlumatlar yayırdı. O, dəfələrlə hüquq-mühafizə orqanlarından ünvanına səsləndirilən təhqiredici və açıq söyüşlərin müəlliflərinin cəzalandırılmasına dair müraciətlər edirdi. Amma hər şey əksinə oldu. Təhqir olunan tərəf həbs olundu. İndisə hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova görüş verilməməsi ilə bağlı şikayətçidir. GundemXeber.Az olaraq, Gülbuta xanımın müraciətini təqdim edirik: "Xasməmmədov Talehin həbsindən 12 gün keçməsinə baxmayaraq, ailə üzvülərimizdən heç kəs onunla görüşə bilməmişik. Müstəntiqdən görüş üçün icazə almağa getsəm də o belə bir qanunun olmadığını dedi. Əlavə olaraq müstəntiq onuda bildirdi ki, "Qanunda dəyişiklik olub". Bu gün Talehlə telefon əlaqəsi saxladım, səsi çox pis gəlirdi. Oğlumla görüşməyim lazımdr. Onun mənə ehtiyacı var. Ölüm-itim dünyasıdır. Bu dünyada özünü heç vaxt ölməyəcək kimi aparıb hökmranlıq edənlərə deyirəm: Allahdan qorxun! Xasməmmədovu şərlədiniz, tutdunuz nə əldə etdiniz? Çalışın xalqın nifrətinə səbəb olmayın.
Xatırladım ki, 2023-cü ilin 17 sentyabr ayında Xasməmmədovu Göyçay Rayon Polis Şöbəsinin Rəisi Müqalib Abdiyevin göstərişi ilə həbs ediblər. Ona CM-nin 221.3-cü maddəsi ilə cinayət işi açıblar. Talehi və ailəmizi şərləyib təhqir edənlər polisin göstərişi ilə mükafatlandırılıblar." Biz inanırıq ki, DİN rəhbərliyi baş verənləri obyektiv araşdırılması üçün müvafiq tapşırıqlarını verəcək və eyni zamanda günahkarlar dəqiq müəyyən ediləcəklər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?